AZ RU EN WEBMAIL
Tibbdə bu gün
31.05.2019
31 May – Ümumdünya Tütünlə Mübarizə Günüdür

Bakı, 31 may Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyası 1988-ci ildə 31 may tarixini Ümumdünya Tütünlə Mübarizə Günü elan etmişdir. O vaxtdan dünyanın müxtəlif ölkələrində insanları tütün məhsullarından istifadədən çəkindirmək məqsədi ilə bu tarixi gün hər il qeyd olunur.

 

Müxtəlif ölkələrlə yanaşı, Azərbaycanda da bununla bağlı tədbirlər keçirilir. Azərbaycan 2005-ci ildə Tütünlə mübarizə haqqında ÜST-ün Çərçivə Konvensiyasına ratifikasiya etmişdir. Hazırda Azərbaycan Respublikasının Milli Məclisi “Tütünə nəzarət” haqda yeni qanun tərtib edir.

 

“Tütün sənayesinə müdaxilə” builki Ümumdünya Tütünlə Mübarizə Gününün mövzusudur.

 

Tütünlə mübarizə haqqında ÜST-ün Çərçivə Konvensiyası dünyada tütünə qarşı mübarizədə ən mühüm hüquqi sənəddir. ÜST-ün himayəsi altında razılaşdırılmış birinci saziş olmaqla, bu sənəd həm də ictimai səhiyyənin inkişafı sahəsində əldə edilmiş əhəmiyyətli nailiyyətdir. 2005-ci ildən etibarən qüvvəyə minməklə, artıq Birləşmiş Millətlər Təşkilatının tarixində ən sürətlə və geniş yayılan və 170-dən artıq üzv dövlətin qoşulduğu sazişlərdən biridir.

 

Bu il, 5 milyondan artıq insan tütünçəkmə ilə bağlı yaranan ürək tutması, iflic, xərçəng, ağ ciyər xəstəliyi və ya digər xəstəliklərdən öləcəkdir. Bura passiv tütünçəkməyə məruzqalma nəticəsində öləcək 600 yüz nəfərdən artıq insan (bunların dörddə birindən çoxu uşaqlardır) daxil deyildir. Qlobal tütün epidemiyası nəticəsində baş verən illik ölüm sayı 2030-cu ilə qədər 8 milyon nəfərə çata bilər. 20-ci əsr ərzində 100 milyon nəfərin həyatına son qoyan tütünçəkmə 21-ci əsrdə 1 milyard insanın ölümünə səbəb ola bilər.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı