AZ RU EN WEBMAIL
Tibbdə bu gün
25.04.2019
25 Aprel - Beynəlxalq DNT Günüdür

Dünyanın müxtəlif ölkələrində bir sıra təşkilatlar hər il aprelin 25-də Beynəlxalq DNT Gününü qeyd edirlər, bəzən gün dəyişsə də, apreldə onun qeyd olunması ənənə şəklini alıb.

 

Həmin tarixin seçilməsi alimlər Ceyms Uotson və Frensis Krikin, Moris Uilkins və Rozalind Franklinlə birgə DNT molekullarının strukturunun öyrənilməsi istiqamətində apardıqları tədqiqatların nəticələrinin 1953-cü il aprelin 25-də “Nature” jurnalında dərc olunması ilə əlaqədardır. Məqalənin dərc olunmasından düz 50 il sonra, yəni 2003-cü il aprelin 25-də insan genlərinin deşifrə edilməsi layihəsinin sona yaxınlaşdığı elan edilib. Belə ki, genomun bəzi hissələrinin əlavə analizləri başa çatmasa da, layihə üzərində əsas işin yekunlaşdırılması bildirilib. İnsan genlərinin strukturunun müəyyən edilməsi səhiyyənin inkişafı istiqamətində atılan çox vacib addımdır.

 

DNT - dezoksiribinuklein turşusudur. Həmin turşu canlı orqanizmin formalaşması və həyati prosesləri davam etdirə bilməsi üçün irsi informasiyaların saxlanıldığı və nəsillər arasında ötürülən biopolimerdir. Məhz DNT testi qohumluq əlaqələrinin təyin edilməsi üçün ən geniş yayılmış üsuldur. Əbəs yerə deyil ki, DNT-nin açılması elmdə inqilab hesab edilir. Onun aşkar edilməsi nəticəsində irsiliyin kodu açılıb, genetik risk müəyyən edilib, orqanizmin proqramlaşdırılmış xüsusiyyətlərinin formalaşması başlanılıb. İrsiliyin yaxşılaşdırılmasının həyata keçirilməsi və genetik mühəndislik texnologiyalarının yaradılması da onunla əlaqədardır.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı