AZ RU EN WEBMAIL
Tibbdə bu gün
16.03.2019
16 Mart - Ümumdünya Yuxu Günüdür

Ümumdünya Yuxu Günü ilk dəfə 2008-ci ilin martında qeyd edilib. Həmin vaxtdan Dünya Səhiyyə Təşkilatının qərarı ilə sağlamlıq və yuxu problemləri çərçivəsində hər il martın üçüncü cümə axşamı Ümumdünya Yuxu Günü kimi qeyd edilir.

 

esablamalara görə həyatımızın təxminən üçdəbiri yuxuda keçir və bu, orta hesabla ən azı iki on illik deməkdir. Yuxu zamanı bədən tamamilə hərəkətsiz olsa da, beyin işləməkdə davam edir. O, ötən gün ərzində alınan müxtəlif informasiyaları, necə deyərlər, yerbəyer edir, lazım olmayanı unudur.

 

Yuxu orqanizmin xüsusi vəziyyətidir. Yuxu zamanı gün ərzində orqanizmin itirdiyi enerji bərpa olunur və əsəb sistemi nizama düşür, gümrahlıq hissi yaranır. Məhz onun sayəsində növbəti gün üçün toparlanmaq mümkündür. Ümumdünya Yuxu Günündə televiziya ilə sosialyönümlü reklam çarxları nümayiş olunur, müxtəlif konfrans və simpoziumlar təşkil edilir, yuxunun müxtəlif problemlərinə və onun pozulması, eləcə də orqanizmə təsiri ilə əlaqədar tədbirlər keçirilir.

 

Yatmazdan qabaq bir neçə sadə qaydaya əməl etmək lazımdır. Yuxudan əvvəl alkoqolu və tərkibində kofein olan məhsulları qəbul etmək əsəb sisteminə mənfi təsir göstərir. Axşam yeməyindən sonra yatana qədər 4 saata qədər vaxt keçməsi məsləhət görülür.

 

Həkimlər pis yuxunu gələcəkdə insult, infarkt, hipertoniya və digər ciddi xəstəliklərə doğru addım hesab edirlər. Eyni zamanda, normal yuxu ürək-damar və bir çox başqa xəstəliklərin, həmçinin piylənmənin profilaktikası üçün təsirli vasitələrdən biridir. Mütəxəssislər iddia edirlər ki, doyunca yatmamaq nəinki işgüzarlıq keyfiyyətini aşağı salır, həm də əsəb gərginliyinə aparıb çıxarır.

 

Ancaq çox yatmaq heç də az yatmaqdan az zərərli deyil. Alimlərin fikrincə, normal yuxu müddəti gündə 7-8 saat təşkil etməlidir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı