AZ RU EN WEBMAIL
Tibbdə bu gün
04.02.2019
4 Fevral - Ümumdünya Xərçənglə Mübarizə Günüdür

Ümumdünya Xərçənglə Mübarizə Günü 2005-ci ildən Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən hər il fevralın 4-də qeyd edilir.

 

Ümumdünya Xərçənglə Mübarizə Günündə Dünya Səhiyyə Təşkilatı və Xərçəngin Öyrənilməsi üzrə Beynəlxalq Agentlik xəstəliyi yüngülləşdirmək tədbirləri barədə informasiyanın yayılmasında Beynəlxalq ittifaqa dəstək göstərir.

 

Xərçəng insan orqanizminin istənilən hissəsini sıradan çıxarmağa qadir yüzdən çox xəstəliyin ümumiləşdirilmiş adıdır. Xərçəngin səciyyəvi əlamətlərindən biri özünün adi sərhədlərini aşan anomal hüceyrələrin sürətlə əmələ gəlməsidir.

 

Onkoloji xəstəlik həmişə faciədir. Lakin mütəxəssislər onu da xəbərdarlıq edirlər ki, xərçəngə yoluxma hallarının 40 faizə qədərinin qarşısını almaq mümkündür. Bu zaman tütün tüstüsü kimi bədxassəli şişləri əmələ gətirən kansoregen maddələrlə təmasdan mütləq qaçmaq lazımdır. Xərçəngin əksər növlərində xəstəliyin vaxtında aşkarlanması və düzgün aparılan müalicə nəticəsində sağalma ehtimalı çox yüksəkdir.

 

2016-2018 ildə xərçəngə qarşı mübarizənin Ümumdünya Xərçənglə Mübarizə Günü “Biz bacararıq. Mən bacararam” şüarı altında keçir. Həmin gün xərçəngin nəticələrinin yüngülləşdirilməsi üçün kollektiv və ya fərdi qaydada təşəbbüs göstərmək olar.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı