AZ RU EN WEBMAIL
Tibbdə bu gün
01.12.2018
1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

Dekabrın 1-i Dünya QİÇS-lə Mübarizə Günüdür. Bu münasibətlə keçirilən mətbuat konfransında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova xəstəlik haqqında məlumat verərək bildirmişdir ki, bu gün 1988-ci ildən etibarən Dünya Səhiyyə Təşkilatının (DST) təklifi ilə qeyd edilir.

 

Natiq vurğulamışdır ki, İİV infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sırasında ən ciddi problem kimi qalmaqdadır.

 

BMT-nin İİV/QİÇS üzrə proqramının (UNAİDS) dərc etdiyi hesabatında göstərilir ki, son 10 ildə yeni yoluxma halları, son 5 ildə isə ölüm halları 20 faiz azalmışdır. Bu isə İİV/QİÇS-lə yaşayan insanların sayının stabilləşməsinə gətirib çıxarmışdır.

 

Azərbaycanda 2010-cu ilin 11 ayı ərzində 409 yeni İİV-ə yoluxma faktı aşkar olunaraq qeydiyyata alınmışdır. Onlardan 398-i Azərbaycan vətəndaşı, 11 nəfəri əcnəbidir.

 

Azərbaycanda bu xəstəliyin ilk dəfə aşkar edildiyi 1987-ci ildən bu günə kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 2673 nəfər qeydiyyata götürülmüşdür. Onlardan 2572 nəfəri Azərbaycan vətəndaşı, qalanı isə əcnəbidir. QİÇS mərhələsində olan insanların sayı 620, İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 339 nəfərdir.

 

Vurğulanmışdır ki, bu xəstəliyə yoluxanların əksəriyyəti kişilərdir.

 

Ölkəmizdə xəstəli, əsasən, yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, İİV-ə yoluxma hallarının 63,5 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. 32 uşaqda isə anadan uşağa keçməklə müşahidə olunmuşdur. Buna görə də qadınların hamiləlik dövründə müayinələrdən keçməsi çox vacibdir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı