Azərbaycan Tibb Universitetində ingilis dilində tədris aparan müəllimlərin nəzərinə.
Azərbaycan Tibb Universitetində ingilis dilində tədris aparan müəllimlərin dil biliyinin qiymətləndirilməsinin ikinci mərhələsi 22 iyun - 02 iyul tarixlərində keçiriləcəkdir.
Ətraflı məlumat
Bağla
AZ RU EN WEBMAIL
Tibbdə bu gün
31.05.2018
31 May – Ümumdünya Tütünsüz Günüdür

Hər il mayın 31-i dünyada Ümumdünya Tütünsüz Günü kimi qeyd olunur.

Dünya Səhiyyə Təşkilatının (DST) təşəbüssü ilə 1988-ci ildən keçirilən bu gündə ictimaiyyətin diqqəti tütünün yaratdığı acınacaqlı vəziyyətə yönəldilir, hər il tütünün törətdiyi xəstəliklər nəticəsində dünyada altı milyonadək insanın vəfat etdiyi nəzərə çatdırılır və bu zərərli vərdişdən çəkinməyin yolları müzakirə olunur.

 

Ümumdünya Tütünsüz Günündə Azərbaycanda da bir sıra tədbirlər həyata keçirilir. Tütünçəkmə ilə daima mübarizə aparan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin maarifləndirilməsi istiqamətində bir sıra işlər görür.

 

İndiyədək tütünçəkmə ilə bağlı tədqiqatlar aparılmış, əhalinin sağlamlığının qorunması və sağlam həyat tərzinin təbliği məqsədi ilə videoçarx hazırlanmış, fotomüsabiqə təşkil edilmiş, “Tütünə qarşı mübarizə haqqında” DST-nin Çərçivə Konvensiyasının müvafiq maddələrinin həyata keçirilməsinin rəhbər prinsipləri Azərbaycan dilinə tərcümə olunaraq kitab şəklində çap edilmişdir. Həmçinin İSİM-in mütəxəssisləri Bakı şəhəri üzrə ali və orta məktəblərdə “Tütünsüz həyat: Sən özün yarat!” mövzusunda təqdimatlar keçirmişlər. Təqdimatlarda tütünçəkmənin insan sağlamlığına ziyanları, habelə tütünçəkmə ilə mübarizə istiqamətlərindən söhbət açılmış, tələbələrin və şagirdlərin sualları ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Bundan başqa, İSİM tərəfindən hazırlanmış bukletlər, plakatlar, qələmlər, məlumatlandırıcı nişan və digər nəşrlər əhali arasında paylanılmışdır.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı