Azərbaycan Tibb Universitetində ingilis dilində tədris aparan müəllimlərin nəzərinə.
Azərbaycan Tibb Universitetində ingilis dilində tədris aparan müəllimlərin dil biliyinin qiymətləndirilməsinin ikinci mərhələsi 22 iyun - 02 iyul tarixlərində keçiriləcəkdir.
Ətraflı məlumat
Bağla
AZ RU EN WEBMAIL
Tibbdə bu gün
29.05.2018
29 May - Ümumdünya Sağlam Qidalanma Günüdür

Mayın 29-u Ümumdünya Sağlam Qidalanma Günüdür. Bu gün Dünya Qastroenteroloqlar Təşkilatının təşəbbüsü ilə təsis olunub. Təşkilat 1935-ci ildə qastroenteroloqların Brüsseldə keçirilən birinci Beynəlxalq konqresində yaradılsa da, onun rəsmi təsis tarixi 1958-ci il mayın 29-u hesab olunur. Həmin gün Vaşinqtonda keçirilən Qastroenteroloqların Birinci Dünya Konqresində təşkilatın nizamnaməsinin qəbul edildiyi günün sağlam həzm günü elan edilməsi qərara alınıb.

Beynəlxalq qeyri-hökumət, peşəkar tibb federasiyası olan Dünya Qastroenteroloqlar Təşkilatı yüzdən çox milli cəmiyyəti və dörd regional assosiasiyanı birləşdirir. Qurumun 50 mindən çox fərdi üzvü var.

Bu Günü qeyd etməklə Dünya Qastroenteroqlar Təşkilatının əsas məqsədi əhali arasında maarifləndirmə tədbirləri aparmaq, ictimaiyyətin diqqətini həzm pozulması səbəbindən yaranan problemlərə yönəltmək, o cümlədən hər il qastroenteroloji xəstəliklərin sayının çoxalması barəsində xəbərdarlıq etməkdir. Təşkilat həmin məsələlərin işıqlandırılması, xəstəliyin profilaktikası, həmçinin həzm sistemi xəstəliklərinin müalicəsinin səmərəli üsullarının axtarışı ilə məşğul olur.

Statistika göstərir ki, əhalinin 50-60 faizi düzgün olmayan həyat tərzi və həzm sistemi orqanlarının xəstəliklərinin pozulmasından əzab çəkir. Böyük şəhərlərdə həmin rəqəm 90 faizə çatır. Qıcqırma, köp, mütəmadi təkrarlanan qarın ağrısı həzm pozuntusu əlamətləri sayılır. Həmçinin düzgün qidalanmamağın nəticələri özünü piylənmə, maddələr mübadiləsinin pozulması və digər xəstəliklərlə büruzə verir. Bu problemlərdən qorunmaq üçün qastroenteroloq və diyetoloqların məsləhət gördüyü əsas üsullardan biri də profilaktikadır. Profilaktik tədbirlərin əsası zərərli vərdişlərdən və az hərəkətli həyat tərzindən imtina etmək, stressdən uzaq olmaq, fiziki fəallığı artırmaq, rejim və qidalanma rasionuna diqqət etməkdən ibarətdir.

Hər il Mayın 29-u Ümumdünya Sağlam Qidalanma Günü və bununla əlaqədar keçirilən bütün tədbirlər qastroenterologiyanın müəyyən probleminə, onun müalicəsi və profilaktikası üsullarına həsr edilir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı