AZ RU EN
Tibbdə bu gün
29.10.2017
29 oktyabr - Ümumdünya İnsultla Mübarizə Günüdür

nsult beynin qan dövranının kəskin pozulması, yəni, beyni qidalandıran damarlardan bir və ya bir neçəsinin daralması və ya tutulmasıdır. Ağır gedişli insultlardan sonra baş -beyin funksiyasının yalnız qismən bərpa olunması müşahidə edilir.

insulta daha çox şəkərli diabet və ürək-damar xəstəliklərində rast gəlinir. Arterial təzyiqin yüksəlməsi, siqaret çəkmə, artıq çəki, hərəkət məhdudluğu gənc nəsil arasında da insult hallarına səbəb olur. Mütəxəssislərin fikrincə, beynin qan-damar xəstəliklərinin əmələ gəlməsində bir sıra amillərlə yanaşı, fiziki gərginlik və stress də başlıca rol oynayır.

2004-cü ildə Dünya Səhiyyə Təşkilatı belə bir statistika açıqlayıb ki, dünyada yaşlılar arasında hər altı nəfərdən biri beynin qan dövranının kəskin pozulması ilə üzləşir. Onların dörddə üçü işemik, qalanları hemorragik insult keçirənlərdir. Elə həmin il Dünya Səhiyyə Təşkilatı insultu qlobal epidemiya elan edib. Beynəlxalq İnsultla Mübarizə Təşkilatı 2006-cı ilin oktyabrında təsis olunub. Onun 85 ölkədən 3,5 mindən çox fərdi və 60-dan çox kollektiv üzvü var. Təşkilatın təşəbbüsü ilə həmin ildən İnsultla Mübarizə Günü qeyd olunmağa başlayıb. Dünyanın 40 ölkəsində oktyabrın 29-u Ümümdünya İnsultla Mübarizə Günü kimi qeyd olunur.

Həmin təqvim günü keçirilən bütün tədbirlərin hədəfi diqqəti xəstəliklə əlaqədar ölüm faizinə və insult xəbərdarlığına yönəltməkdir. Təəssüf ki, çox vaxt nə xəstələr, nə də onların ətrafındakılar xəstəliyin əlamətlərini hiss etmirlər.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı