AZ RU EN
Tibbdə bu gün
12.10.2017
12 oktyabr - Dünya görmə günüdür

Dünya Səhiyyə Təşkilatının (DST) təşəbbüsü ilə oktyabr ayının ikinci cümə axşamı hər il Dünya Görmə Günü (World Sight Day) kimi qeyd edilir.

Həmin gün təqvimə korluq, görmənin pozulması və reabilitasiyası problemlərinə diqqəti cəlb etmək üçün salınıb. Dünya Görmə Gününün qeyd olunmasında müxtəlif əlaqədar təşkilatlar iştirak edirlər. Bu gün, həmçinin DST və korluğun qarşısının alınması üzrə Beynəlxalq Agentlik tərəfindən yaradılmış "2020-ci ildən baxanda: görə bilmək hüququ” qlobal təşəbbüsünün əsas hadisəsidir.

Korluğun qarşısının alınması üzrə Beynəlxalq Agentliyin məlumatına görə, hazırda dünyada təqribən 300 milyona qədər insanın gözlə bağlı problemləri vardır. Onların 39 milyonu görmə qabiliyyətini tamamilə itirib. Hər il 19 milyondan çox uşaq göz xəstəliklərinə mübtəla olur, halbuki vaxtında müdaxilə olunarsa, korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür.

Korluq görmə qabiliyyətinin itirilməsidir. Xroniki korluğun əsas səbəbləri katarakta, qlaukoma, gözün tor qişasındakı sarı ləkənin yaşlanma ilə əlaqədar degenerasiyası, buynuz qişasının ləkələnməsi, zədə, uşaqlarda anadangəlmə göz xəstəlikləridir. Dünyada, həmçinin yaşın artması və nəzarət olunmayan şəkər xəstəliyi ilə bağlı korluq da geniş yayılıb. Mütəxəssislərin rəyinə görə, vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür.

Dünya Görmə Günü çərçivəsində göz xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş maarifləndirmə və profilaktika tədbirləri aparılır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kollektivi həm Bakıda, həm də bölqələrdə göz xəstəlikləri ilə bağlı əhali arasında geniş maarifləndirmə tədbirləri aparır, oftalmoloji xəstələrin müayinəsini və müalicəsini həyata keçirir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı