AZ RU EN
Tibbdə bu gün
07.10.2017
7 oktyabr - Beynəlxalq Üçlü Sinirin Nevralgiyası Günüdür

Üçlü sinirin nevralgiyası insanın yaşadığı ən ağrılı tutmalardan biridir. Həmin günün qeyd olunması xəstəlik haqqında məlumatın yayılmasına xidmət edir. Onun barəsində məlumatların yayılması kampaniyası 2013-cü ildə TNnME (üçlü sinirin nevralgiyası və Mən) təşkilatının sayəsində başlanılıb.

Xəstəlik ağrı, stress, üz əzələlərinin atrofiyası, dərinin ağarması və qızartısı, habelə digər əlamətlərlə özünü göstərir. Həmin hallarla üzləşən kimi yubanmadan həkimə müraciət edilməlidir. Xəstəliyin ilkin mərhələsində və bəzi hallarında xalq təbabəti üsullarından yardımçı vasitə kimi istifadə edilir.

Üçlü sinirin nevralgiyası müxtəlif səbəblərdən yarana bilər. Onunla həm də ayrıca xəstəlik kimi, həm də digər xəstəliklərin ağırlaşmaları zamanı üzləşmək mümkündür, lakin əsasən müxtəlif infeksiyalar, stress, yorğunluq, soyuqlama, üz nahiyəsinin zədələnmələri nəticəsində əmələ gəlir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı