AZ RU EN
Tibbdə bu gün
02.10.2017
Bu gün Beynəlxalq Həkimlər Günüdür...

Dünyanın bir çox ölkələrində hər il oktyabr ayının birinci bazar ertəsi Beynəlxalq Həkimlər Günü kimi qeyd olunur. Bu gün bütün dünya həkimlərinin həmrəylik və birliyini nümayiş etdirir. Çünki həkimin əsas məqsədi istənilən millətdən olan pasiyentlərin sağlamlığını qorumaq və yaxşılaşdırmaqdır.

Bu bayramın yaradılmasının təşəbbüskarları Dünya Səhiyyə Təşkilatı və “Sərhədsiz həkimlər” beynəlxalq tibbi humanitar təşkilatıdır. Məhz bu müstəqil, qeyri-hökumət təşkilatı olan “Sərhədsiz həkimlər”in əməkdaşları insanlara milli və dini mənsubiyyətinə fərq qoymadan tibbi yardım edir, müxtəlif epidemiyaların, silahlı münaqişələrin və təbii fəlakətlərin qurbanlarına yardım göstərir. Həmçinin könüllülər təşkilatı QİÇS və narkomaniya ilə mübarizəyə yönəlmiş profilaktik və maarifləndirmə işi ilə məşğuldur.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı