AZ RU EN
Tibbdə bu gün
21.09.2017
21 sentyabr - Dünya Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günü

1907-ci ildə alman psixiatrı Aloes Altsheymer tərərəfindən təsvir edilmiş bu xəstəlik beynin neyro-degenerativ problemidir. Bu gün Altsheymer xəstələrin çoxalması əhali arasında uzunömürlülüyünün artması ilə əlaqədardır və müasir dövrdə bu xəstəliyin qarşısının alınması üçün müasir farmakoloji və müxtəlif psixo-sosial müdaxilələr mövcuddur.

Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2050-ci ildə bu xəstəlikdən əziyyət çəkənlırin sayı dörd dəfə artacağı ehtimal olunur. Hazırda Azərbaycanda bu xəstəlik hər 100 nəfərdən 1.6-da rast gəlinir. Əsasən yaşlı nəsl nümayəndələri arasında rast gəlinən xəstəlik 60-70 yaş qrupuna daxil olan insanlarda 1.6 faiz, 70-80 yaş qrupunda 20 faiz, 80 yaşdan yuxarı olanlarda isə 40 faizində müşahidə edilir. İlkin mərhələdə aşkarlanıb müalicə olunduqda bu problemlə 20 ilədək yaşamaq mümkündür.

Xəstəliyə tutсulma risk qrupuna əsasən piylənmə, hipertoniya, şəkərli diabet kimi problemi olanlar daxildirlər. Səhiyyə Nazirliyi tərəfindən Altsheymer xəstəliyindən əziyyət çəkən insanlara yardım göstərilməsi məqsədilə bir çox işlər görülüb. Belə ki, 2013-cü ildən Altsheymer xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokollar işlənilib hazırlanıb, xəstəliyin skirininqini aparmaq üçün miqyaslar tərcümə və adaptasiya olunub, psixiatr, nevropatoloq və terapevtlər üçün treninqlər keçirilib. Bir sıra ümumi profilli xəstəxanalar müasir MRT aparatları ilə təmin olunub, poliklinikalara xəstəliyin qarşısının alınması üçün müəyyən qrup dərmanlar verilib.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı