AZ RU EN
Tibbdə bu gün
28.07.2017
28 iyul - Ümumdünya Hepatit Günüdür

İyulun 28-i Ümumdünya Hepatit Günü kimi qeyd edilir. Dünya Səhiyyə Assambleyasının qərarı ilə 2010-cu ildən etibarən həmin gün Ümumdünya Hepatit Günü elan edilib.

Bu gün bütün dünyada hepatit viruslarına qarşı profilaktik və mübarizə tədbirlərinin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir.

Hepatit son vaxtlar sürətlə artan xəstəliklər qrupuna aid edilir. Onun A, B, C, D, F və digər növləri var. Hepatit B və C qan vasitəsilə yoluxur və onların müalicəsi daha çətindir. Dünya üzrə 200 milyondan çox xəstənin hepatit C ilə yoluxduğu aşkar edilib.

ABŞ-da hər il həyata keçirilən 500 qaraciyər köçürülməsi əməliyyatının təxminən 30-35 faizə qədəri xroniki hepatit C xəstələrinin payına düşür. Digər hepatitlərdə olduğu kimi, hepatit C-də həm parental-venadaxili infuziya yolu ilə, həm də qeyri-parental - cinsi yolla yoluxma, transplasentar – anadan körpəyə yoluxma yolu ilə keçə bilər.

DST Ümumdünya Hepatit Günü ilə əlaqədar bütün ölkələri milyonlarla insanın həyatını xilas etmək üçün hepatitin diaqnostikası və müalicəsinin keyfiyyətini yüksəltməyə çağırıb. BMT-yə üzv dövlətlər tərəfindən imzalanmış davamlı inkişaf məqsədlərinə uyğun olaraq hepatitə yoluxanların sayının 2030-cu ilədək 90 faiz azaldılması əsas hədəf seçilib.

Hepatit xəstəliyinin müayinə və müalicəsi sahəsində ölkəmizdə də mühüm tədbirlər görülür. Həmin tədbirlərə hepatit viruslarına yoluxanların diaqnozlarının qoyulması, qeydiyyatlarının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicələrinin təşkili daxildir. Hepatitlərin profilaktika, diaqnostika və müalicəsinin təşkili üzrə Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı