AZ RU EN
Tibbdə bu gün
05.05.2017
5 may - Beynəlxalq Həkim-Mama Günüdür

Uşaqlar bizim gələcəyimizdir. Hər bir yeni həyatın yaranmasında tibb işçilərinin böyük əməyi var. Burada həkim-mamaların rolunu xüsusi qeyd etmək lazımdır. Uşağın dünyaya gəlməsi ilə yanaşı, ana və körpənin doğuşdan sonrakı sağlamlığı da həkim-mamaların təcrübə və professionallığından asılıdır. Məhz bu insanlar dünyaya göz açan, köməksiz körpə ilə ilk təmasda olurlar. Bu mütəxəssislər yeni analara professional tibbi yardım göstərməklə yanaşı daima onların yanlarında olur, kömək edirlər. Dünyaya uşaq gətirən hər bir qadın üçün həkim-mamalar tibb işçisi olmaqla yanaşı, həm də psixoloq və dost rolunu oynayırlar. Beynəlxalq Həkim-Mama Gününün təsis olunması da bu sənətin vacibliyi və zərurətindən irəli gəlib.

1987-ci ildən həkim-mamaların beynəlxalq konfransı zamanı təsis olunan bu əlamətdar gün, 1992-ci ildən etibarən qeyd olunmağa başlayıb. Bu gün dünyanın 50 ölkəsində Beynəlxalq Həkim-Mama Günü qeyd edilir, müxtəlif yürüşlər, aksiyalar, ictimai yerlərdə pulsuz konsultasiyalar keçirilir, əhali bu istiqamətdə əldə olunmuş nailiyyətlər barədə maarifləndirilirlər. Keçirilən tədbirlərin əsasını abortlara qarşı yürüş və aksiyalar təşkil edir. Bu əlamətdar gün həkim-mama sənətinin vacibliyinin önə çıxarmaq, cəmiyyəti bu istiqamətdə maarifləndirmək məqsədilə qeyd edilir. Həkim-mama peşəsini seçən hər bir kəs professionallığı ilə yanaşı mərhəməti, qayğıkeşliyi və mehribanlığı ilə də seçilməlidir.

Hamiləlik və doğuşla bağlı qadın orqanizmini öyrənən bu elmin təməli hələ qədim Hindistanda qoyulub, sonralar qədim Yunanıstanda davam etdirilib və günümüzə qədər gəlib çıxıb.

Ginnessin rekordlar kitabına əsasən dünyanın ən qocaman həkim-maması Perudan olan Adelina Vilyalobosdur ki, onun 90 yaşı olub. Adelina Vilyalobos səkkiz mindən artıq uşağın dünyaya gəlməsinə kömək edib. Bu körpələrin arasında prezident də var. Dünyanın ən gənc həkim-maması isə yeddi yaşlı Loren Burmandır. O, bacısının dünyaya gəlməsində iştirak edib.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı