AZ EN
Tibbdə bu gün
11.04.2017
11 aprel - Ümumdünya Parkinson Xəstəliyi ilə Mübarizə Günüdür

Aprelin 11-də - Parkinson xəstəliyinin ilk tədqiqatçısı, ingilis alimi Ceyms Parkinsonun doğum günündə Ümumdünya Parkinson Xəstəliyinə qarşı Mübarizə günü qeyd edilir. Parkinson xəstəliyi mərkəzi sinir sisteminin xroniki şiddətlənən xəstəliyidir. O, ilk dəfə XIX əsrin əvvəlində ingilis həkimi C.Parkinson tərəfindən “titrəyən iflic” kimi təsvir edilib.

Əllərin titrəməsi, hərəkətlərin ləngiməsi, sərbəstlikdən məhrum olma, ağrılar, hərəkət dinamikası və psixikanın pozulması bu xəstəliyin əsas əlamətləridir. Xəstəlik əlilliyə səbəb olur, lakin insanın şüuru pozulmur. Son illər planet əhalisinin qocalması – cəmiyyətin strukturunda qocaların sayının artması ilə bağlı olaraq Parkinson xəstəliyi əsl sosial problemə çevrilib. Xəstələnənlərin sayı durmadan artır, xəstəlik cavanlaşır – 30-40 yaş arasında pasiyentlərin sayı çoxalır. Bu xəstəliyin öyrənilməsi sahəsində qazanılan uğurlara baxmayaraq, təbabət Parkinson xəstəliyinin kifayət qədər səmərəli müalicə metoduna malik deyil.

Dünyada təxminən 4 milyon insan bu xəstəlikdən əziyyət çəkir.

Ümumdünya Parkinson Xəstəliyinə qarşı Mübarizə Gününün rəmzi qırmızı zanbaqdır. Seleksiyaçılar hətta “Doktor Ceyms Parkinson” xüsusi zanbaq növü yaradıblar.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı