AZ RU EN
Tibbdə bu gün
06.04.2017
6 aprel - Dünya Fiziki Fəallıq Günüdür

2002-ci ildən başlayaraq hər il aprelin 6-sı bütün dünyada “Hər gün otuz dəqiqə fiziki fəallıq!” devizi altında Dünya Fiziki Fəallıq Günü qeyd edilir.

Qlobal miqyasda yaşlı insanların orta hesabla hər üç nəfərindən biri fiziki cəhətdən yetərincə fəal deyil. Bundan əlavə, süd vəzisinin və yoğun bağırsağın xərçəngi xəstəliklərinin təqribən 21,25 faizinin, diabet hallarının 27 faizinin və ürəyin işemik xəstəliyinin təqribən 30 faizinin əsas səbəbi fiziki ətalətdir.

Müxtəlif yaş qruplarına mənsub olan insanlar üçün fəallığın optimal səviyyələri barədə tövsiyələr işlənib hazırlanıb, lakin azacıq da olsa fiziki fəallıq, ümumiyyətlə belə fəallığın olmamasından yaxşı haldır. Passiv həyat tərzi keçirən insanlar fiziki aktivliyin mövcud səviyyəsindən başlayaraq fiziki məşğələlərin müddətini, tezliyini və intensivliyini tədricən artırmalıdırlar.

Son vaxtlar “Skandinav yerişi” deyilən hərəkət bütün dünyada geniş yayılıb. Yerişin bu növü XX əsrin 30-cu illərdə Finlandiyada başlanıb. Həmin dövrdə yerli xizəkçilər yay fəslində, yerdə qar olmadığı şəraitdə fiziki formalarını saxlamaq üçün əlavə imkanlar axtarmağa başlayıblar. Onlar xizək sürmək əvəzinə, yalnız xizək ağaclarından istifadə etməklə qaçmaq yolu ilə məşq etməyə başlayıblar. Aparılmış tibbi araşdırmalar nəticəsində təsdiq edilib ki, xizək ağacları ilə yerimək idmançıların fiziki vəziyyətinə müsbət təsir göstərir. Beləliklə, skandinav yerişi peşəkar səviyyədə tətbiq edilməyə başlanıb. Bu sahədə növbəti yenilik idmançının biləyinə bağlanan xüsusi kəmərləri olan xizək ağaclarıdır. Bizim dövrdə skandinav yerişində bu ağaclardan istifadə edilir.

Yerişin bu növü Skandinaviya ölkələrindən İsveçrə, Avstriya və Almaniyaya keçərək bütün Avropada yayılıb, 1997-1998- illərdə isə bu yenilik okeanı da keçərək Amerika, Avstraliya, Yeni Zelandiya və Yaponiyada populyarlaşıb. Hazırda dünyanın 65 ölkəsində milyonlarla insan Skandinav yerişi “xəstəliyinə tutulub”. Bu yeriş dünyada ən sürətlə yayılan əyləncə və idman növünə çevrilməkdədir.

Belə məşğələlər zamanı insan əzələlərinin 90 faizə qədəri (əsasən əl, ayaq, çiyin, kürək və sinə əzələləri) fəallaşır. Bu, adi yerişlə müqayisədə xeyli çoxdur.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı