AZ EN
Tibbdə bu gün
06.03.2017
6 mart - Beynəlxalq Stomatoloqlar Günüdür

Hər il fevralın 9-da stomatoloqların peşə bayramı - Beynəlxalq Stomatoloq Günü qeyd olunur.

Stomatoloq ən qədim peşələrdən biridir. Arxeoloqlar qazıntılar zamanı bu qədim sənətin nümayəndələrinin fəaliyyətlərinin çoxsaylı sübutlarını aşkar etmişlər. Qalıqlar hələ eramızdan əvvəl yeddi min il əvvələ təsadüf edir. Bayramın özü isə nisbətən gəncdir.

Bu tarix təsadüfən seçilməyib. Həmin gün katolik kilsəsinin xristian şəhidi isgəndəriyyəli Apolloniya anılır. Xristianlıqdan dönməsi üçün Apolloniyaya dəhşətli işgəncələr verilib. Müqəddəs Apolloniyanın məruz qaldığı işgəncələrin atributu kəlbətin olub. Müqəddəs qadın bütün işgəncələrə davam gətirib, onu tonqalda yandırmaq ilə hədələyəndə, o, özü alovun içinə addımlayıb. Bu hadisə 249-cu il fevralın 9-da baş verib.

O vaxtdan belə bir inanc yaranıb: “Santa Apollonia!” deyən kimi, dişağrısı keçir.

ATU-nun Stomatologiya klinikasında fəaliyyət göstərən stomatoloqlarımızı, stomatologiya fakültəsinin bütün tələbələrini peşə bayramları münasibətilə təbrik edirik!

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana For foreign students Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı