AZ RU EN WEBMAIL
Tibbdə bu gün
16.10.2018
16 oktyabr - Ümumdünya Anesteziologiya Günüdür

İnsanların böyük əksəriyyəti ağrıya qarşı həssasdır. Lakin təcili tibbi yardıma, xüsusilə operativ müdaxiləyə ehtiyac yarananda həssaslığın itirilməsi həlledici əhəmiyyət daşıyır və qaçılmaz olur. Yüzilliklər boyu cərrahi müdaxilə ağrısızlaşdırma tətbiq edilmədən aparılıb.

Daha ətraflı...
12.10.2018
12 Oktyabr - Ümumdünya Artrit Xəstəliyi ilə Mübarizə Günüdür

Artrit bir və ya bir neçə oynağın ciddi iltihabi xəstəliyidir, onun müalicə edilməməsi nəinki ağrı və hərəkətin məhdudlaşmasına, həm də əlillik və iş qabiliyyətinin itirilməsinə səbəb olur. Oynaqların tez-tez təkrarlanan ağır və yüngül travmaları, fiziki gərginlik və ya genetik irsiyyət xəstəliyin yaranma səbəbləri sırasına aid edilir. Bundan başqa artritin inkişafı virus və bakterial infeksiyaları, həddindən artıq soyuqlama, fiziki və psixi yüklənmə, hətta siqaretə aludəçilik də xəstəliyə səbəb ola bilər. Lakin xəstəliyin yaranma səbəbləri və inkişaf mexanizmləri heç də tam öyrənilməyib.

Daha ətraflı...
11.10.2018
11 oktyabr - Ümumdünya görmə günüdür

11 oktyabr bir çox ölkələrdə Ümumdünya görmə günü kimi qeyd olunur. Bu günün qeyd olunmasının əsas məqsədi gözdən əlillik, görmə pozuntusu və reabilitasiyası problemlərinə qlobal diqqəti cəlb etməkdir.

Daha ətraflı...
10.10.2018
10 Oktyabr - Ümumdünya Psixi Sağlamlıq Günüdür

1992-ci ildən etibarən hər il oktyabrın 10-u Dünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Həmin gün Dünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü və Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə təsis edilib.

Daha ətraflı...
03.10.2018
1-7 oktyabr - “Ana südü ilə qidalandırma” həftəsidir

Respublikamizda 1-7 oktyabr Ana südü ilə qidalandırma həftəsi kimi qeyd olunur

 

 

Daha ətraflı...
01.10.2018
1 Oktyabr - Beynəlxalq Həkimlər Günüdür

Hər il oktyabr ayının ilk bazar ertəsi bütün dünyada Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir. Bu günün başlıca mahiyyəti eyni əlifba - latın qrafikası ilə işləyən dünya həkimlərinin həmrəyliyidir.

Daha ətraflı...
21.09.2018
21 Sentyabr - Beynəlxalq Altsheymer Xəstəliyi haqqında İnformasiyanın Yayılması Günüdür

Hər il sentyabrın 21-i Beynəlxalq Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günü kimi qeyd edilir. Həmin gün 1994-cü ildə xəstəliyin araşdırılması və onun inkişafının ləngidilməsi ilə məşğul olan təşkilatın təşəbbüsü ilə təsis edilib. Xəstəlik ilk dəfə alman psixiatrı Alois Altsheymer tərəfindən 1906-cı ildə aşkar edilib.

Daha ətraflı...
10.09.2018
10 Sentyabr - Ümumdünya İntiharların Qarşısının Alınması Günü

Bu gün - 10 sentyabr ümumdünya intiharın qarşısının alınması günüdür. İntiharın qarşısının alınması üçün yaradılmış Beynəlxalq Assosiasiya Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə ictimaiyyəti bu gündə intihar nəticəsində itirilə biləcək insan həyatını xilas etmək məqsədilə məsuliyyət hissinin gücləndirilməsi üçün tədbirlər keçirməyə çağırır.

Daha ətraflı...
08.09.2018
8 Sentyabr - Dünya Fizioterapiya Günüdür

8 sentyabr - Dünya Fizioterapiya Günüdür. Bu gün fizioterapevtlərə onların insanları sağlam, azad və yaxşı etməkdə önəmli rola malik olduqlarını hər kəsə duyurmaq üçün şans verir.

Daha ətraflı...
08.09.2018
08 Sentyabr - Ümumdünya İlk Tibbi Yardım Günüdür

2000-ci ildən etibarən hər il sentyabr ayının ikinci şənbəsi Ümumdünya İlk Tibbi Yardım Günü (World First Aid Day) kimi qeyd olunur. Bu tarix Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına üzv ölkələrinin təşəbbüsü ilə təsis edilib. Günün əsas məqsədi bədbəxt hadisələr zamanı insanların həyatını xilas etmək üçün həkimə qədər mülki şəxslərin necə yardım göstərməsini öyrətməkdir. Bu sahədə professional yardım əlbəttə ki, həkimlərin işidir, lakin polislər və xilas edənlərin də düzgün ilkin yardım göstərə bilməsi vacibdir. Belə ki, bəzi hallarda insan həyatını xilas etmək üçün zaman əsas rol oynayır.

Daha ətraflı...
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı