Haqqında Struktur Əməkdaşlar Elektron kitabxana Elektron bazalar Elektron kataloq Yeni kitablar
Əliyev Saşa Əli oğlu-direktor müavini

1951-ci il noyabrın 5-də Ermənistanın Vardenis rayonunun Qanlı kəndində anadan olub. Çaxırlı kənd orta məktəbini bitirdikdən sonra 1971-1977-ci illərdə BDU-nun kitabxanaçılıq fakultəsində təhsil alıb. 1972-1988-cu illərdə Qanlı kəndində klub müdiri, eyni zamanda Şəfəq kənd orta məktəbində tarix və erməni dili müəllimi işləyib. 1990-cı ildə Azərbaycan SSR Statistika Komitəsində iqtisadçı, 1990-1994-cü illərdə Azərbaycan Qaçqınlar Cəmiyyətində ideologiya şöbəsində baş təlimatçı, 1994-1996-cı illərdə Ağrıdağ Xeyriyyə Cəmiyyətində məsul katib, 1996-cı ilin may ayından indiyə kimi ATU-nun Əsaslı Kitabxanasında direktorun elmi işlər üzrə müavini vəzifəsində işləyir.
"Dünyamızdan nigaranam"(şerlər), "Bir elin dayağı" (publisistika) kitablarının və 200-dən çox məqalənin müəllifidir.
2007-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
"Eldar İsmayıl" (2005) biblioqrafiyasının elmi redaktorudur.

Copyright © 2013-2016. Azərbaycan Tibb Universiteti. Bütün hüquqlar qorunur E - mail: [email protected]
Tel: (+99412) 595-59-25, 595-25-64