Haqqında Struktur Əməkdaşlar Elektron kitabxana Elektron bazalar Elektron kataloq Yeni kitablar
Eminova Ziyafət Sabir qızı -direktor

Tarix elmləri namizədi.
İş telefonu 012 595 59 25
E-mail: eminovazs@yandex.ru

Qısa bioqrafik məlumat.
1960-cı il noyabr ayının 15-də Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub. Qara İlyasov adına Qubadlı qəsəbə orta məktəbini bitirib.
1977-1983-cü illərdə BDU-nun kitabxanaçılıq fakultəsini bitirmişdir. 1977-1980-ci illərdə Qubadlı rayon Mərkəzi kitabxanasında əvvəl metodist, sonra isə metodika və biblioqrafiya şöbəsinin müdiri işləmişdir. 1981-ci ildən 1998-ci ilə qədər
M. F. Axundov adına Azərbaycan Milli kitabxanasında əvvəl kitabxanaçı, sonra bölmə müdiri, daha sonra isə şöbə müdiri vəzifəsində işləmişdir.
1998-ci ildən indiyədək ATU-nun Əsaslı Kitabxanasında çalışır.
2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix İnstitutunda "XIX-XX əsrin əvvələrində Azərbaycanda səhiyyənin tarixi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, tarix elmləri namizədi - alimlik dərəcəsi almışdır.

Çap olunmuş elmi məqalələri:
1. XIX əsrin sonu - XX əsrin əvvəllərində Yelizavetpol (Gəncə) quberniyasında səhiyyə - sanitariya işlərinin vəziyyəti. //Azərbaycan EA xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası. 1999, №2, s. 159-164.
2. Bakı şəhəri həkimlər cəmiyyətinin yaradılması və fəaliyyəti. //Azərbaycan Xalq Cümhuriyyətinin 82-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransının materialları. Bakı, 2000, s. 79-81.
3. Bakı quberniyası ərazisində tibb müəssisələrinin inkişafı tarixindən.// Azərbaycan Xalq Cümhuriyyətinin 82-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransının materialları . Bakı.- 2000, s. 93-98.
4. Bakıda ilk ruhi xəstələr evi və onun fəaliyyəti tarixindən. //Azərbaycan Xalq Cümhuriyyətinin 83-cü ildönümünə həsr olunmuş Respublika elmi konfransının materialları. Bakı.- 2001, s. 122-124.
5. XIX - XX əsrin əvvəllərində Şimali Azərbaycanda əhalinin sosial iqtisadi vəziyyəti və məişət şəraiti. //Azərbaycan Xalq Cümhuriyyətinin 84-cü ildönümünə həsr olunmuş Respublika elmi konfransının materialları. Bakı.- Ağrıdağ, 2002, s. 29-31.
6. Şimali Azərbaycanda səhiyyənin təşkili sahəsində çarizmin siyasəti. //Azərbaycan Xalq Cümhuriyyətinin 84-cü ildönümünə həsr olunmuş Respublika elmi konfransının materialları. Bakı.- Ağrıdağ, 2002, s.134-139.
7. XIX - XX əsrin əvvəllərində Şimali Azərbaycanda səhiyyənin tarixindən.// "Orta əsr əlyazmalarında ənənəvi tibb və əczaçılıq" I beynəlxalq konfransının materialları. Bakı, 12- 14 iyun -2006. II cild.- s.20.
8. XIX əsrin II yarısı və XX əsrin əvvəllərində Bakı quberniyası ərazisində epidemiyaya qarşı mübarizə təşkilatının yaranması və fəaliyyəti.// Pedaqoji Universitetinin xəbərləri (humanitar və təbiət elmləri seriyası). Bakı - ADPU- 2005, s. 312 - 314.
9. Azərbaycan Tibb Universitetinin Əsaslı Kitabxanasının yaranması və inkişafı tarixindən. // Sağlamlıq jurnalı.- 2010, s. 141-145.
10. XIX əsrin II yarısı və XX əsrin əvvəllərində Şimali Azərbaycanda tibb kadrlarının kəmiyyət və keyfiyyət tərkibinin inkişaf dinamikası.// Tarix və onun problemləri. Bakı.- 2005, s. 33-36.
11. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda təcili-tibbi yardımın yaranması tarixindən.// Tarix və onun problemləri. Bakı.- 2011, s.67 -70.
12. Qafqazda çıxan külliyyat üzrə Bakı quberniyası ərazisində tibb müəssisələrinin inkişafı tarixi.// Təbib qəzeti.- 26 avqust, 8 sentyabr. 1999- cu il, s.4.
13. Əsaslı Kitabxanada informasiya resurslarının tətbiqinə dair. // Təbib qəzeti.- 15 yanvar. 2011-ci il, s. 3.
14. İnformasiya təminatı gündən-günə yaxşılaşır.// Təbib qəzeti.-31 yanvar. 2012-ci il, s.3.

 

Copyright © 2013-2016. Azərbaycan Tibb Universiteti. Bütün hüquqlar qorunur E - mail: amu.lib@gmail.com
Tel: (+99412) 595-59-25, 595-25-64