Azərbaycan Tibb Universiteti və onun Əsaslı kitabxanası 1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsi və kitabxananın tibb ədəbiyyatı bazasında təşkil edilmişdir. Kitabxana Tibb İnstitutunun əsas binasında keçmiş Korqanov (indiki Rəsul Rza) küçəsindəki 11/13 nömrəli ünvanda yerləşirdi. Kitabxananın filialı isə Tibb İnstitutunun Qoqol küçəsi ilə 9-cu Dağlıq küçələrinin (indiki Mərdanov qardaşları ilə akademik Həsən Əliyev küçələrinin) kəsişdiyi yerdə yerləşən ictimai elmlər kabinəsinin nəzdində təşkil edilmişdi.
Tibb institutunun kitabxanasının tələbələr və əməkdaşlar üçün iki oxu zalı fəaliyyət göstərirdi. Ana dilində dərsliklər çatışmadığından oxu zallarının iş saatları səhər saat 10-dan axşam saat 23:00-24:00-a dək uzadılırdı.
Kitabxana fondunun yaranmasında və zənginləşməsində ictimai təşkilatların, ayrı-ayrı tibb xadimlərinin, digər ziyalıların əvəzsiz olaraq bağışladığı töhfələr də böyük rol oynayırdı. Çox təqdirə layiq olan bu xeyirxah ənənə indiyədək davam edir və kitabxana fondunun zənginləşməsində XX əsrin 90-cı illərindən indiyədək pay çoxluğu ilə əsas yer tutur.
Yarandığı ilk illərdə ATU-nun kitabxanasında cəmi 13 nəfər işləyirdi: kitabxana müdiri, 4 nəfər kitabxanaçı, 2 nəfər kitabxanaçı köməkçisi, 4 nəfər texniki işçi, tələbə lektoriyasının müdiri və onun köməkçisi.
Kitabxananın ştatı XX əsrin 60-cı illərinə qədər, demək olar ki, dəyişməz olaraq qalmışdır, yəni 13 nəfərdən 15 nəfərə çatdırılmışdır. 1968-ci ildə kitabxananın ştatı 35 nəfərə çatdırılmışdır. Rəhbər işçilərə əmək haqqı verilməsinə görə kitabxana III qrupa aid edildi. Lakin 8 minə yaxın tələbəyə və 2 minə yaxın müəllim və əməkdaşa xidmət edən kitabxana üçün mövcud ştat da azlıq edirdi. İldə 11 min nəfərdən çox oxucuya xidmət edən kitabxana öz fəaliyyətinin əsas göstəriciləri ilə (kitab fondunun həcmi 800000-ə yaxın, kitab verilişinin sayı ildə 600 mindən çox) daha çox ştata ehtiyacı olduğu büruzə verilirdi. Rəhbərliyin müraciəti və müvafiq komissiyanın tövsiyələri əsasında Əsaslı kitabxana 1986-cı ildə III qrupdan II qrupa keçirildi və həmin ildə ştatı 42 nəfərə çatdırıldı. 1988-ci ildə isə Əsaslı kitabxananın ştatı 68 nəfərə çatdırıldı. Kitabxanada yeni şöbələr və bölmələr yaradıldı.
1994-cü ildə Əsaslı kitabxana işçilərinin əməyinin ödənilməsinin tarif dərəcələrinin Respublika kitabxanaları səviyyəsində müəyyən edilməsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən etiraz etmədiyi rəsmən bildirildi (07/11-660 saylı 22.06.1994-cü il tarixli məktub haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09/19-3178 saylı 12.07.1994 tarixli bildirişi).
Əsaslı kitabxanamıza Respublika kitabxanası səviyyəsinin şamil edilməsi onun fəaliyyətinin yüksək göstəricilərə malik olması zəruriyyətə çevrilmişdi. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki eyni göstəricilərə malik olan bir neçə ali məktəb kitabxanasında artıq Respublika kitabxanaları səviyyəsində əmək haqqı tətbiq edilmişdi.
Beləliklə, Əsaslı kitabxanada günün tələbləri səviyyəsinə yeni şöbələr, bölmələr açıldı, kitabxana işinin bəzi sahələrinin avtomatlaşdırılması sahəsində müvafiq işlər görülməyə başlandı. Kitabxana işində surətçıxardan müasir aparatların, kataloq kartoçkalarını çoxaldan rotatorların, bir çox digər texniki vasitələrin tətbiqinə başlandı.

1990-cı ildən elektron kataloqunun tərtibinə başlandı. Təəssüf ki, kompüter xarab olduğuna görə bu iş yarımçıq qaldı. 2003-cü ilin dekabr ayından bu iş yeni kitabxana proqramı əsasında davam etdirildi. Elmin və texnikanın sürətli inkişafı mövcud avtomatlaşdırma vasitələrinin tezliklə maddi və mənəvi cəhətdən köhnəlib sıradan çıxmağa, daha müasir avadanlıqla əvəz edilməyə başlandı.
Kitabxana fondunun zənginləşməsi və oxucu sorğularının artması kitabxana kollektivi qarşısında yeni vəzifələr qoyur, kitab fondunu hərtərəfli açıb əks etdirən məlumat aparatını yaratmaq, müntəzəm olaraq kitabxana fondunun məzmunca və fiziki cəhətdən köhnəlmiş və istifadəyə yararsız ədəbiyyatdan təmizlənməsi tələb olunurdu. Kitabxanada daim zənginləşdirilən və təkmilləşdirilən məlumat aparatı - əlifba, sistemli və predmet kataloqları, əməkdaşların çap olunmuş əsərlərinin kartotekası, avtoreferatların və dissertasiyaların kartotekaları, biblioqrafik siyahılar və göstəricilər tərtib edilməyə başlandı. Fondun köhnəlmiş ədəbiyyatdan təmizlənməsi də müntəzəm surətdə həyata keçirilir.
Əsaslı kitabxana fəaliyyət göstərdiyi vaxtdan 1998-ci ilədək dəfələrlə müxtəlif ünvanlardakı binalara köçürülmüşdür. 1997-1998-ci illərdə Əsaslı kitabxana bütünlüklə yeni vahid binaya - keçmiş Leninqrad prospekti ilə Səməd Vurğun və Mərdanov qardaşları küçələrinin kəsişdiyi yerdəki, 996-cı məhəllədəki ATU-nun yeni tikilib istifadəyə verilmiş 5 saylı tədris binasının I və II mərtəbələrində ümumi sahəsi 1700 kv. metrdən ibarət binaya köçürülmüşdür. Bu binanın I mərtəbəsinin şərq tərəfində dərslik fondu və tələbələrə xidmət şöbəsi (tələbə abonementi), I mərtəbənin qərb hissəsində isə elmi (əsas) fond və əməkdaşlara xidmət şöbəsi yerləşdirilmişdir. 2005-ci ildə tələbə abonementində yenidənqurma işləri aparılmış, kitab qəbulu və kitab verilişi yerlərinin sayı 11-ə çatdırılmışdır, yəni eyni zamanda 11 nəfərə xidmət etmək imkanı yaradılmışdır.
Əsaslı kitabxananın II mərtəbəsində xarici ədəbiyyat fondu, jurnal fondu, qəzet fondu, avtoreferatlar və dissertasiyalar fondu, 260 nəfərlik 4 oxu zalı, oxu zalının köməkçi fondu, Azərbaycan, rus, türk, ingilis, alman, fransız və digər xarici dillərdəki ədəbiyyatı özündə əks etdirən əlifba və sistemli kataloqları, tibb kitablarını və təbabətə dair elmi məqalələri əks etdirən predmet kataloqu, universitet əməkdaşlarının kitab və məqalələrini əks etdirən "Şəxslər" kartotekası, sistemli kataloqdan istifadəni asanlaşdıran açar - əlifba-predmet göstəricisi, Respublikamızın müasir ictimai həyatını əks etdirən məqalələrin ümumi kartotekası, jurnalların əlifba kataloqu, avtoreferatların və dissertasiyaların kartotekası ayrıca (212) otaqda yerləşdirilmişdir.
Bu mərtəbədə həmçinin kitabxana əməkdaşlarının iş otaqları komplektləşdirmə şöbəsi, kitabişləmə və kataloqlaşdırma şöbəsi, elmi biblioqrafiya şöbəsi, kitabxanadaxili xidmət şöbəsi, avtoreferatlar və dissertasiyalar şöbəsi, həmçinin Əsaslı kitabxananın rəhbərliyi və Kompüter zalı yerləşir. Universitet əməkdaşları burada sərbəst surətdə pulsuz internetdən istifadə edir, yeni tibb ədəbiyyatı ilə, elm və texnikanın ən yeni nailiyyətləri ilə tanış olur, dünyanın müxtəlif nöqtələrində yerləşən özlərinin həmkarları və tanışları ilə elektron poçta ilə əlaqə saxlayır, yazışırlar. Özlərinin arzusu ilə onlar printer və kseroks xidmətindən də istifadə edirlər. Ayrıca kompüter otağında da əməkdaşlarımız xidmət işlərini həyata keçirir, elektron kataloqunun aparılması və təkmilləşdirilməsi ilə məşğul olurlar. Bu günədək elektron kataloquna 42 mindən çox kitabın təsviri salınmışdır.

Əsaslı kitabxana 1997-ci ildən İnternetə qoşulmuşdur. Kitabxananın bir əməkdaşının udduğu fərdi qrant hesabına 2001-ci ildən 50 meqabayt həcmində
"medlib.aznet.org" saytımız açılmış, kitabxana haqqında müəyyən məlumatlar, universitetimizin görkəmli alimlərinin doktorluq dissertasiyalarının avtoreferatları bu saytda yerləşdirilmişdir.
Kitabxanamız özünün elektron poçtası (Email= amu_lib@mail.ru) vasitəsilə də maraqlandığı təşkilatlar, cəmiyyətlər və şəxslərlə əlaqə saxlayır.
Əsaslı kitabxanada çoxlu sayda CD və disketlərdə kitab və jurnal mətnləri, maqnitofon kasetləri və video-kasetlər halında insanların həyat fəaliyyətini, tibbi əməliyyatları, fızioloji prosesləri əyani şəkildə əks etdirən materiallarla tanış olmaq mümkündür.
2004-2005-ci illərdə kitabxanada əsaslı təmir işləri aparılmış, onun maddi-texniki bazası xeyli yaxşılaşdırılmışdır.
Hazırda Əsaslı kitabxanada 69 nəfər işləyir. Onlardan 55 nəfərinin ali, o cümlədən 47 nəfərinin ali ixtısas təhsili vardır. Kitabxanada 7 şöbə və 10 bölmə fəaliyyət göstərir. Ştatımızda kitabxana direktorunun iki nəfər: elmi işlər və təsərrüfat işləri üzrə müavini, iki nəfər baş kitabxanaçı, o cümlədən bir nəfər baş kitabxanaçı-metodist, baş biblioqraf, proqramçı, elektrofotoqraf-operator, çildçi də vardır. Kitabxana əməkdaşlarmdan bir nəfərinin-böyük redaktor Eminova Ziyafət Sabir qızının tarix elmləri namizədi alimlik dərəcəsi vardır.
İndiyədək kitabxanamızın əməkdaşlarından iki nəfəri "Əməkdar kitabxanaçı" və "Əməkdar mədəniyyət ışçisi" fəxri adlara layiq görülmüşdür.
1940-2004-sü illərdə kitabxananın əsas göstəriciləri aşağıdakı rəqəmlərlə ifadə olunur:
| İllər |
Kitab fondunun sayı |
Oxucuların sayı |
Kitab verilişi |
| 1940 |
100.048 |
3.098 |
70.169 |
| 1945 |
104.050 |
4.138 |
75.554 |
| 1950 |
125.652 |
4.941 |
76.939 |
| 1955 |
166.294 |
4.500 |
77.118 |
| 1960 |
182.620 |
3.223 |
81.826 |
| 1965 |
317.000 |
5.123 |
85.000 |
| 1970 |
542.687 |
6.143 |
73.047 |
| 1975 |
577.902 |
10.123 |
88.639 |
| 1980 |
670.700 |
10.269 |
653.496 |
| 1985 |
756.874 |
11.452 |
797.846 |
| 1990 |
834.779 |
12.734 |
644.602 |
| 1995 |
812.100 |
13.981 |
662.242 |
| 2000 |
779.935 |
12.906 |
609.890 |
| 2004 |
789.414 |
11.373 |
603.358 |
Universitet rəhbərliyinin göstərdiyi qayğı sayəsində kitabxanamız Respublikamızda ən iri və qabaqcıl ali məktəb kilabxanalanndan birinə çevrilmişdir. Kitabxanamızın fəaliyyət göstərdiyi 75 ili tamam olan günlərdə hər bir əməkdaşımızın öz işi ilə fəxr etməyə və başını uca tutmağa haqqı vardır, çünki oxucuların kitaba olan tələbatını tez və tam ödəmək hər birimizin başlıca amalımız olub və bundan sonra da olacaqdır.