Axtarış:
Kafedralar > Uşaq yoluxucu xəstəlikləri kafedrası
     Kafedranın ünvanı - AZ 1078, Bakı, S.Vurğun küç., 956 məhəllə, Ə.F.Qaraye adına 2 saylı uşaq xəstəxanası. Tel. 494-79-53.
     Kafedra müdiri - Rusiya TEA-nın akademiki t.e.d., professor Əsgərov Vasif Fətulla oğlu. O, 1969-cu ildən kafedraya rəhbərlik edir.
     Kafedra 1944-cü ildə pediatriya fakültəsinin tələbələrinə uşaq yoluxucu xəstəliklərinin tədrisi məqsədi ilə yaradılmışdır.
     1944-1960-cı illərdə kafedra N.A.Semaşko adına xəstəxananın uşaq infeksiyası şöbəsində yerləşirdi. 1960-cı ildə Ə.F.Qarayev adına 2 saylı uşaq klinik xəstəxanasının 6 şöbədən ibarət olan 250 yerlik yoluxucu xəstəliklər korpusunda kafedranın klinik bazası təşkil edilmişdir.
     Kafedranın ilk rəhbəri (1944-1952-ci illər) Azərbaycan Respublikasının əməkdar elm xadimi professor Ə.F.Qarayev olmuşdur. Prof. Ə.F.Qarayevin vəfatından sonra kafedraya müvəqqəti olaraq (1952-1954-ci illərdə) müalicə-profilaktika fakültəsinin uşaq xəstəlikləri kafedrasının müdiri prof. S.Q.Şteyn rəhbərlik etmişdir. 1955-ci ildən 1969-ci ilə qədər kafedra müdiri vəzifəsində dosent M.M.Quliyev işləmişdir.
     1969-ci ildə isə bu vəzifəyə tibb elmləri doktoru, professor V.F.Əsgərov seçilmişdir. O, indiyə qədər uşaq yoluxucu xəstəlikləri kafedrasına rəhbərlik edir.
     İlk illər kafedrada ştatların az olmasına baxmayaraq onun əməkdaşları 1956-cı ildən səhiyyə orqanlarına böyük kömək göstərmişlər. Onlar о vaxtlar geniş yayılmış difteriya və skarlatina ilə mübarizə aparmaq məqsədilə rayonlara gedir, rayonlarda və Bakıda seminarlar aparır, müxtəlif tibb müəssisələrində xəstələri baxış aparır və məsləhətlər verirlər.
     İlk illər uşaq yoluxucu xəstəlikləri kafedrasında həm pediatriya fakültəsi, həm də müalicə-profilaktika və sanitar-gigiyena fakültələrinin tələbələri məşqul olurdular. Sonralar kafedraya ancaq pediatriya fakültəsinin tələbələri təhkim olunmuşlar.
     Elmi mövzular о dövrün praktik səhiyyəsinin tələbatına müvafiq olaraq difteriya, qızılca və skarlatinanın patogenezi, klinikası, müalicə və profilaktikası, uşaq orqanizminin immunoloji reaktivliyinin öyrənilməsinə həsr olunmuşdur.
     1960-ci ildən kafedranın bazasının genişlənməsi ilə əlaqədər müayinələrin əhatəsi xeyli genişlənmiş və kafedranın əməkdaşları bağırsaq infeksiyaları və virus hepatitlərinin aktual problemləri ilə məşqul olmuşlar.
     Uşaq yoluxucu kafedrasının qabaqcıl alimlərinin rəhbərliyi ilə 20-dən artıq namizədlik və 3 doktorluq dissertasiyası müdafiə olunmuşdur.
     Hal-hazırda 2 doktorluq və 5 namizədlik dissertasiyası üzərində işlənilir.
     Ümumittifaq və respublikanın çox saylı jurnallarında (xaricdə və MDB ölkələrində), müxtəlif məcmuələrdə, kafedra əməkdaşlarının 1000-dən çox işi çap olunmuşdur. Bu işlərdə uşaqlarda infeksion patologiyasının aktual məsələləri, müayinələrin nəticələri öz əksini tapmışdır. Elmi işlər əsasən kompleks şəklində yerinə yetirilmişdir. Burada tək Universitetin və Azərbaycan ETİ əməkdaşlarından başqa Moskva və Leninqradın ETİ əməkdaşlarıda iştirak etmişlə (SSRİ səhiyyə nazirliyi ntn Moskva virus preparatları institutu, Taraseviç adına Moskva Dövbt nəzarət institutu, SSRİ TEA-nın, Pediatriya institutu, Paster adına Leninqrad epidemioloqiya institutu, Leninqrad uşaq infeksiyası ETİ, SSRİ TEA poliomielit və virus ensefalitləri institutu və s.).
     Çap olunmuş işlərdə əsas yeri diri virus vaksinlərinin sağlam uşaq orqanizminə və bir sıra patoloji hallarda təsir mexanizmi, kəskin bağırsaq infeksiyalarının, virus hepatitlərinin meninqokokk və stafilokokk infeksiyalarının müalicəsi, patogenezi və digər aspektləri; bağırsaq disbakteriozu, şərti-patogen mikrobların bağırsaq infeksiyalarında rolu və uşaqlar arasında infeksion patologiyanın digər aspektləri əsas yer tutmuşdur. Son illər kafedrada aparılan elmi işlər sırasına kəskin bağırsaq və virus hepatitlərində başqa növ müalicə üsullarına - lazeroterapiya üsuluna fikir verilmişdir. Hal-hazırda kafedranın əməkdaşları «Uşaqlarda virus hepatitləri və kəskin bağırsaq infeksiyalarında klinik müşahidə, immunoloji, biokimyəvi və seroloji müayinələr əsasında korreksiya edici terapiyanın səmərəlililyi» üzərində elmi-tədqiqat işi aparırlar. 2 monoqrafiya (prof.V.F.Əsgərov və dos.N.V.Bədəlov) prof.N.İ.Əliyevin redaksiyası altında azərbaycan dilində tibb universitetin tələbələri üçün «İnfeksion xəstəliklər» adlı dərslik, 20-dən çox tədris-metodik vəsaitlər çap edilmişdir.
     1970-cı ildən tələbə qəbulu artdığı üçün və subordinatura daxil olduğu üçün kafedranın ştatı tədricən genişlənmişdir.
     2006-cı ildə kafedranın əməkdaşlaşının sayı 28 nəfərdir:
     Kafedra müdiri, akademik RTEA, t.e.d., prof. -1
     Professor, t.e.d.-l
     Dosent, t.e.n.- 5
     Assistent- 13 (onlardan t.e.n.- 4)
     Baş laborant - 3
     Laborant-1
     Başpreparator-1
     Preparator- 2
     Kafedranın əməkdaşları fakültə və universitetin ictimai işlərinin yerinə yetirilməsində, simpoziumlarda, respublika və xaricdə keçirilən konqresslərdə aktiv iştirak edirlər.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |