
Ünvan: AZ 0078, Bakı, Mərdanov qardaşları küç. 98, tel: 495-34-97
Kafedra müdiri Tibb elmləri namizədi, dosent Gürzəliyev Səyyad Alı oğlu. (2005-ci ildən).
Kafedra 1988-ci ildə Uşaq və yeniyetmələr gigiyenası və əmək gigiyenası kafedralarının birləşməsindən yaranmışdır. 1988-ci ilə qədər Əmək gigiyenası fənni sənəti xəstəliklərlə bir yerdə əsası 1930-cu ildə qoyulmuş, əmək gigiyenası və sənəti xəstəliklər kafedrasında tədris olunmuşdur. Kafedranın ilk müdiri dosent P.Y.Kaufman (1930-1937) olmuşdur. Uşaq və yeniyetmələr gigiyenası kafedrasının əsası 1935-ci ildə qoyulmuşdur. İlk kafedra müdiri əməkdar elm xadimi, professor M.M.Əfəndizadə (1935-1963) olmuşdur.
Sonrakı illər Əmək gigiyenası və sənəti xəstəliklər kafedrasına prof. N.K.Baxusov (1942-1946), prof. B.A. Şextman (1946-1970), dos. H.S.Əliyev (1970-1975), dos. R.A.Orucov (1976-1987); uşaq və yeniy-etmələr gigiyenası kafedrasına prof. Ə.M.Məmmədov (1963-1988), 1988-ci ildə hər iki kafedra birləşdikdən sonra yenidən prof. Ə.M.Məmmədov (1988-1993), prof. V.Ə.Əliyev (1993-1998), dos. B.Ə.Bağırova (1998-2004) rəhbərlik etmişlər. 2005-ci ildən isə kafedraya dos. S.A.Gürzəliyev rəhbərlik edir.
Əmək gigiyenası bölməsi üzrə «Neft emalı zamanı müxtəlif tezlikli elektromaqnit sahəsinin və digər istehsalat amillərinin işçi orqanizminə müştərək təsirinin fizioloji-gigiyenik qiymətləndirilməsi». Uşaq və yeniyetmələr gigiyenası üzrə «Azərbaycanda kimsəsiz uşaqların sağlamlıq göstəricilərinin yaş dinamikası».
V.Ə.Əliyev «Uşaq və yeniyetmələr gigiyenası» dərslik, (Bakı, Təbib, 1995, azərbaycan dilində); V.Ə.Əliyev «Azərbaycanda uşaq əhalisinin bioloji inkişafı» (Bakı, Təbib, 1997, rus dilində); V.Ə.Əliyev «Gənc orqanizmə neft karbohidrogenlərinin təsirinin hüceyrə mexanizmi» (Bakı, Təbib, 1998, rus dilində); V.Ə.Əliyev «Abşeron yarmadasında uşaqların sağlamlığını formalaşdıran sosioloji və ekoloji amillər» (Bakı, Təbib, 1998, rus dilində); R.A.Orucov « Əmək gigiyenası» dərs vəsaiti (Bakı, 1987, azərbaycan dilində); Orucov R.A. «Əmək gigiyenası» dərs vəsaiti (Bakı, 1992, azərbaycan dilində); S.A. Gürzəliyev «Əmək gigiyenasına aid situasiya məsələləri və onların etanol həlli yolları» dərs vəsaiti (Bakı, 1994, azərbaycan dilində); R.H.Əliyeva «Azərbaycan neftçilərinin sağlamlığının mühafizəsi və əmək gigiyenasının bəzi aspektləri» (Bakı, 1997, rus dilində); R.H.Əliyeva «Əmək gigiyenasından mühazirələr» dərs vəsaiti (Bakı,2001, azərbaycan dilində).
Kafedrada 20 əməkdaş çalışır, bunlardan:
Tibb elm. doktoru, professor - 1 nəfər
Tibb elm. namizədi, dosent - 5 nəfər
Tibb elm. namizədi, assisent - 2 nəfər
Baş laborantlar - 2 nəfər
Laborantlar - 2 nəfər
Preporatorlar - 4 nəfər
4-ə qədər tibb elmləri doktorıı, 12 tibb elmləri namizədi müdafiə etmişdir.
Hər iki bölmə üzrə 700-dən artıq elmi məqalə çap olunmuşdur.
|