Axtarış:
Kafedralar > Müalicə-profilaktika fakültəsinin Uşaq xəstəlikləri kafedrası
     Bakı şəhəri , Bəsti Bağırova 15, K.Fərəcova adına ET Pediatriya İnstitutu. Tel : 494-69-53
     Quliyev Nəsib Cəfər oğlu, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi ,1992-ci ildən kafedraya başçılıq edir.
     1924-cü ildə N.Nərimanov adına uşaq xəstəxanasında yaradılmış pediatriya fakültəsi Azərbaycan Dövlət Tibb İnstitutunun ilk kafedrası olmuşdur.
     Kafedraya 1924-1930-cu illərdə prof.Kornitski, 1930-1935-ci illərdə prof. Bruxanski, 1935-1940-cı illərdə Z.A.Hüseynbəyov, 1940-1955-ci illərdə prof.S.Q.Şteyn, 1956-1959-cu illərdə yenə də prof. Z.A.Hüseynbəyov, 1963-1965-ci iliərdə dos.N.X.Mustafayeva, 1965-1970-ci illərdə akademik A.Namazova , 1970-1992-ci illərdə prof. N.A.Hüseynova rəhbərlik etmişdir.
     Kafedranın əsas problemi uşaq yaşının qastroenterologiyasıdır.
     Qastroduodenal orqanların və hepatobiliar sisteminin xəstəliklərini, 70-ci illərin sonunda endoskopik, bakterioloji, ultrasəs müayinələrinin tətbiqi ilə əlaqədar olaraq öyrənməyə başladılar. Bütün bunlar elmi metodlara əsaslanmış müalicə metodlarının tətbiq olunmasına gətirib .
     Xəstə uşaqlar üçün dispanser müayinəsi təşkil olunub. 20 min məktəbli arasında aparılan qastroenteroloji xəstəliklərin müayinəsi onların geniş yayıldığını (22%) göstərdi.
     Son illərdə kafedranın elmi-tədqiqat işləri bunlardır: «Erkən yaşıl uşaqlarda bağırsaq sorulması sindromunda kliniko-paraklinik paralellər»,
     «Uşaqlarda xroniki hepatitlərin klinika və patogenezinin öyrənilməsi». Son 30 ildə kafedranın professor-müəllim heyəti tərəfindən 2 dərslik , 29 tədris metodik və elmi metodik vəsait işlənmişdir. Kafedrada işlənən elmi metodik vəsaitlərin adları aşağıda göstərilir: I. Professor Quliyev Nəsib Cəfər oğlu – tədris metodik vəsait: “Kəskin tənəffüs çatmamazlığının səbəbləri, diaqnostikası, klinikası və müasir reanimasiya və intensiv müalicə üsulları.” Bakı, 1987, 14 s. (rus); “Uşaqlarda qazanılmış immun çatışmazlığı sindromu.” Bakı, 1996, 12s(rus); “Yenidoğulmuş uşaqların baş beyin ultrasəs dalğaları ilə müayinəsi.” Bakı, 1995, 30 s.; “Hipoqalaktiya, müalicə və profilaktika.” Bakı, 1997, 32 s (rus); “Bağırsaq disfunksiyaları: kliniki-laborator dəyişmələrin spektri, müalicə taktikası. Metodik tövsiyə.” Bakı, 1998, 27 s (rus); “Yenidoğulmuş uşaqlarda xlamidiya infeksiyası. Metodik tövsiyə.” Bakı, 1998, 12 s. (rus); “Təbii qidalanmanın bəzi müasir aspektləri.” Tədris metodik vəsait. Bakı, 1998-20s. (rus); “Anadangəlmə toksoplazmozun klinika, diaqnostika və müalicəsi.” Metodik tövsiyə Bakı şəhəri. 2000 -ci il, 14 səh.; “Yenidoğulmuş uşaqlarda xlamidioz infeksiyası. Metodik tövsiyə.” Bakı şəhəri 1999, 12səh.; “Роль врожденной респираторной вирусной инфекции в неонатальной патологии.” Metodik tövsiyə. Bakı 2001, 9 səh.; “Цитомегаловирусная инфекция у новорожденных детей.” Metodik tövsiyə. Bakı 2001, 27 səh.; “Хронические гепатиты у детей.” Учебно-методическое пособие 2003 С; “Uşaqlarda dəmirdefisitli anemiyalar.” Pediatrlar üçün metodik tövsiyə. Bakı 2004 ,14 səh.; “Uşaqlarda hipertermik sindrom zamanı dərman müalicəsi. Pediatrlar üçün metodik tövsiyə” Bakı 2004, 23 səh. II. Dos. Rzayeva Roidə Hidayət qızı – “Qidalanmanın xroniki pozğunluqları ( distrofiyalar).” Bakı, 1994. III. Dos. Zahirə Talışlı Sulduz qızı - Tədris metodik vəsait: “Гипогалактия, лечение и профилактика” (Учебно-методическое пособие) Баку .1997 37 ст.; “Некоторые современные аспекты естественного вскармливания” . (Учебно-методическое пособие) Баку 1998 20 ст; “Uşaqlarda pnevmoniyanın müalicəsi.” ( Pediatrlar üçün metodik tövsiyələr), Bakı 2003 , 24 səh.; “Uşaqlarda dəmirdefisitli anemiyalar ( Pediatrlar üçün metodik tövsiyələr).” Bakı 2004, 14səh.; “Uşaqlarda hipertermik sindrom zamanı dərman müalicəsi.” ( Pediatrlar üçün metodik tövsiyyələr) Bakı 2004 , 24 səh. IV. Dos . Hüseynova Səbirə - “Диагностика иммунологической недостаточности, ассоциоированной с функциональными нарушениями печени .”, Баку , 1993 г; “Uşaqlarda qazanılmış immun çatışmamazlığı sindromu.” Bakı , 1996; “Хронические гепатиты у детей.” Баку , 2003 г.; V. Ass. İsayeva Rəfiqə.S – “Məktəbəqədər yaşlı uşaqların fıziki inkişaf meyarları.” Bakı, 1993 17 səh; “Uşaqlarda fiziki inkişafın xüsusiyyətləri və onun qiymətləndirilməsi.” Bakı, 1997. 49 səh.; “Yenidoğulmuş uşaqlarda xlamidiya infeksiyası.” Bakı , 1998 12 səh.; Səmərələşdirici təklif: “Uşaqlarda vegetativ statusun qiymətləndirilmə üsulu.” Bakı , 1995. №2/3-9 .IX; V. Dos.Qasımova Sürəyya – «Наследственные гемопатии и персистенция стафилакокка-угроза всей семье.» Принципы лечения и постационарной реабилитации., Баку 1998 г. 15 ст.; «Состояние и перспективы реабилитации детей раннего возроста с наследственными гемопатиями после перенесенной инфекции. Баку 2000. 25 ст. Соавтор Гулиев Н.Д. «Клинико-лабораторная характеристика сальмонеллеза у детей с различным преморбидным фоном.» 200.20 ст.; «Показатели иммунитета у детей с наследственным дефицитом Г6ФДГ. Соавтор Рагимова А.А.
     Kafedranın 39 əməkdaşı var: 3 nəfər elmlər doktoru, professor, 14 nəfər elmlər namizədi, onlardan 7 nəfəri dosentdir.
     Son 30 ildə kafedrada 3 doktorluq, 19 namizədlik dissertasiyası müdafiə edilmişdir.
     Son 30 ildə 1187 məqalə çap edilmişdir.
     1982- ci ildə 17 saylı poliklinikada qastroenteroloji mərkəz yaradılmışdır.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |