Axtarış:
Kafedralar > Uşaq stomatologiyası kafedrası
     Ünvan: AZ 1033, Bakı, Təbriz küçəsi 102, tel. 4675921 Respublika uşaq stomatoloji mərkəzinin nəzdində və AZ 37078 Bakı, S.Vurğun küçəsi kv. 941 tel. 4498263. Azərbaycan Tibb Universitetinin stomatoloji klinikasının bazasında.
     Tibb elmləri doktoru, professor - Əliyeva Rəna Qurban qızı – 1998-ci ildən kafedraya başçılıq edir.
     Azərbaycan Tibb Universitetinin uşaq stomatologiyası kafedrası 1977-ci ildə cərrahi stomatologiya kafedrasında uşaq stomatologiyası kursu kimi fəaliyyətə başlamışdır. 1987-ci ildə Respublika Uşaq Stomatoloji Mərkəzinin açılması ilə uşaq stomatologiyası kursunun kafedraya çevrilməsi eyni vaxta təsadüf etmiş və Respublika Uşaq Stomatoloji Mərkəzi N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun uşaq stomatologiyası kafedrasının tədris bazası olmuşdur.
     Kursun müdiri dos. R.Q.Həşimov təyin edilmişdir. 1998-ci ildən uşaq stomatologiyası kafedrasına professor Rəna Qurban qızı Əliyeva başçılıq edir. O, həm də 1997- ci ildə təsis edilmiş Azərbaycan Stomatoloji Assosiasiyasının Prezidentidir, Ümumdünya Stomatoloqlar Assosiasiyasının parlament üzvüdür və Azərbaycan Respublikasının baş uşaq stomatoloqudur.
     Azərbaycan Respublikasında uşaq yaşlarında əsas stomatoloji xəstəliklərin epidemiologiyası, profilaktikası və müalicəsi.
     Əliyeva R.Q., Kəlbiyev Ə.K., Quliyev A.İ., İmanov E.Ə. «Üz-çənə nahiyəsinin iltihab xəstəliklərinin müalicəsində Ampisid preparatının tətbiqi» (metodik tövsiyyə, Bakı ş., 2002, azərbaycan dilində); R.S. Əmirəliyev «Uşaqlarda parodont xəstəliklərinin konservativ müalicəsi», (metodik tövsiyyə, Bakı ş., 2003, rus dilində).
     Kafedrada 28 əməkdaş çalışır, bunlardan:
     Tibb elmləri doktoru, professor - 1 nəfər
     Tibb elmləri namizədi, dosent - 2 nəfər
     Tibb elmləri namizədi, assistent - 4 nəfər
     Assistentlər - 11 nəfər
     Baş laborantlar - 5 nəfər
     1 nəfər tibb elmləri doktoru, 8 nəfər isə tibb elmləri namizədi adına layiq olmaq üçün müdafiə etmişlər.
     1998-ci ildən indiyə qədər uşaq stomatologiyası kafedrasının əməkdaşları tərəfindən 100-ə yaxın elmi işləmə dərc edilibdir ki, bunlar arasında məqalələr, metodiki işləmələr vardır.
     Uşaq stomatologiyası kafedrasının əməkdaşları 1998-ci ildən ölkəmizdə həyata keçirilən «Ağız boşluğuna qulluq» Məktəb Təhsil Proqramının təşəbbüskarı və icraçılarıdırlar. Bu profilaktik Tədris Proqramı artıq Bakı, Sumqayıt, Əli-Bayramlı, Gəncə, Mingəçevir şəhərlərinin 300.000-ə yaxın məktəblisini əhatə etmişdir. Proqram hal-hazırda davam etdirilir. Kafedranın kollektivi respublikamızın stomatoloqları üçün «Müasir stomatoloji klinikanın səmərəli təşkili», «Üz-çənə nahiyyəsinin iltihabi xəstəliklərinin müalicəsində Ampisid preparatının tətbiqi», «Müasir stomatoloji materiallarla müalicə», «Endodontiyada yeni texnologiyaların tətbiqi», «Stomatoloqiyada infeksion nəzarət» və digər seminarlar təşkil edib keçirmişlər.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |