Axtarış:
Kafedralar > Urologiya kafedrası
     Ünvan:AZ0122, Bakı, Tbilisi prospekti, 3165-cı məhəllə, M.Ə.Mirqasımov ad. Respublika klinik xəstəxanası, tel: 431-60-67.
     Kafedra müdiri – tibb elmləri doktoru , MEA-nın müxbir üzvü , professor İmamverdiyev Sudeyf Bəşir oğlu (1990-cı ildən.)
     Kafedra 26 mart 1975- ci ildə M.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 60 çarpayılıq uroloji şöbəsinin bazasında təşkil edilmişdir. İlk kafedra müdiri vəzifəsinə t.e.d. Nurəli Lətif oğlu Əfəndiyev təyin olunur.
     N.L Əfəndiyev 1941-ci ildə Azərbaycan Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olmuş və 1946 –cı ildə oranı bitirmişdir. O, 1962-ci ildə Moskvada «Prostat vəzinin hipertrofiyası zamanı adenomektomiyaya göstərişlər» mövzusunda namizədlik və 1969-cu ildə «Böyrəyin bəzi xəstəlikləri zamanı onun rezeksiyası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Kafedra müdiri vəzifəsinə seçilənə kimi o, Moskvada 50 saylı Kliniki şəhər xəstəxanasının uroloji şöbəsinin müdiri işləmişdir.
     Professor N.L.Əfəndiyev 1990-cı ilə kimi kafedraya rəhbərlik etmişdir. Bu müddətdə o, 3 nəfər elmlər namizədi hazırlamış, 130-dan çox elmi məqalə, 1 monoqrafiya çap etdirmiş və bir neçə səmərələşdirici təklif vermişdir. Bundan əlavə kafedranın əməkdaşları tərəfindən bir çox məqalələr və iki monoqrafiya çap edilmiş, tədris prosesinin təşkil olunmasında mühüm işlər görülmüşdür. Hazırda o, kafedranın konsultat professoru vəzifəsində fəaliyyə¬tini davam etdirir.
     1990-ci ildə kafedra müdiri vəzifəsinə professor Sudeyf Bəşir oğlu İmamverdiyev seçilmişdir. Azərbaycanda urologiyanın və ATU –nun urologiya kafedrasının inkişafında onun böyük xidmətləri olmuşdur.
     S.B.İmamverdiyev 1956-cı ildə N.Nərimanov adına ATİ-nin müalicə-profilaktika fakültəsinin azərbaycan bölməsinə daxil olmuş və 1962-ci ildə oranı bitirmişdir..
     O,1968-ci ildə Bakıda «Sidikliyin, prostat vəzinin və xarici cinsiyyət üzvlərinin şişlərində limfoqrafiya və sümükdaxili çanaq fleboqrafiyasının rolu» mövzusunda namizədlik, 1974-ci ildə isə Moskvada « Hər iki böyrək arteriyasının xəstəliyi zamanı vazorenal hipertoniyanın cərrahi müalicəsi» mövzusunda doktorluq dis¬ser¬tasiyası müdafiə etmişdir.
     1976-cı ildə Urologiya kafedrasının dosenti, 1977-ci ildə isə professoru vəzifəsinə seçilir.
     Onun səyi nəticəsində M.N. Qədirli adına Mərkəzi Hövzə xəstəxanasının uroloji şöbəsi də klinik baza kimi ATİ-nin urologiya kafedrasına verilir. Bundan sonra kafedranın tədris bazası və elmi potensialı daha da artır. Onun gəlişilə kafedrada aparılan müayinə və müalicə işləri də genişləndirilir. Belə ki, Seldinqer üsulu ilə qarın aortoqrafiyası, venokavoqrafiya və digər damar müayinələri kafedrada ilk dəfə onun tərəfindən həyata keçirilmişdir.
     Professor S.B.İmamverdiyev tərəfindən 1979-cu ildə Qafqazda ilk dəfə olaraq böyrək arteriyasının ekstrakorporal rezeksiyası və böyrəyin autotransplantasiyası əməliyyatı müvəffəqiyyətlə icra edilmişdir. Bu əməliyyat qarın aortasının anevrizması və yeganə funksiyalı böyrək arteriyasının stenozuna görə bədxassəli vazorenal hipertoniyası olan 28 yaşlı qadında aparılmış və effektli nəticələr alınmışdır.
     Alim 80-ci illərdən başlayaraq, cərrahi əməliyyatların texniki cəhətdən təkmilləşdirilməsi istiqamətində böyük işlər görmüşdür. Belə ki, işlədiyi müddətdə urologiyanın müxtəlif sahələrinə həsr olunmuş 12 ixtira və səmərələşdirici təklif vermişdir.
     Bunlara – nefroptozun cərrahi müalicəsi zamanı böyrək və böyrəkətrafı toxumalarda baş vermiş dəyişikliklərin xüsusiyyətlərinə görə tətbiq olunan 3 nefropeksiya üsulu (1984, 1986, 1992) , sistektomiyadan sonra sidik axarının S-vari bağırsağa köçürülməsinin yeni modifikasiyası (1986 ) , prostat vəzinin adenoması olan ahıl və qoca yaşlı xəstələrin taktivinlə immunokorreksiyası (1988 ), veziko-vaginal fistulaların transperitoneal plastikası (1991 ) , mərcanvari və çoxlu nefrolitiazın cərrahi müalicəsində böyrək arteriyasının sıxılması zamanı böyrəyin işemiyadan müdafiəsi (1993 ), prostat vəzinin adenoması zamanı yeni hemostaz üsulu (1985, 1997), sidik kisəsi xərçəngində sidiklikdən keçməklə sidikliyin rezeksiyası və ureterosistoneostomiya üsulu (1987, 1998), Anderson-Xaynes əməliyyatının yeni modifikasiyası (2000) aiddir. Bütün bunlar urologiyanın inkişafına güclü təkan vermiş və xəstələrin müalicəsində böyük dönüş yaratmışdır.
     Ümumiyyətlə, professor S.B.İmamverdiyevin əsas elmi fəaliyyəti Respublikada urologiyanın və cərrahi nefrologiyanın inkişafına , bu sahələrdə yeni cərrahi üsulların işlənib hazırlanmasına və həyata keçirilməsinə ,bir çox ağır uroloji xəstəliklərdə ona qədər praktikada əməliyyatların ağırlığına görə tətbiq olunmayan , lakin böyük əhəmiyyət kəsb edən cərrahi üsulların tətbiqinə, həmçinin kadrların hazırlanmasına həsr edilmişdir.
     Sidikliyin bədxassəli şişlərinin ağır formalarının müalicəsində əldə olunmuş müvəffəqiyyətlər respublikamızda S.B.İmamverdiyevin adı ilə bağlıdır. Belə ki , sidikliyin yayılmış və residiv şişlərində yaxın və uzaq nəticələri effektli olan sistektomiya , ureterosiqmostomiya, ureterokutaneostomiya kimi radikal əməliyyatlar onun tərəfindən həyata keçirilmişdir.
     Prostat vəzinin xərçənginin diaqnostikasında punksion biopsiyanın və radikal prostatektomiyanın tətbiqi də Azərbaycanda ilk dəfə olaraq 1995- ci ildə S.B.İmamverdiyev tərəfindən həyata keçirilmişdir.
     1999-cu ildən başlayaraq onun tərəfindən prostat vəzinin, sidikliyin xoş və bədxassəli şişləri zamanı TUR (transuretral rezeksiya ) əməliyyatları da müvəffəqiyyətlə tətbiq olunmaqdadır.
     Ümumiyyətlə, professor S.B.İmamverdiyev sidik –cinsiyyət sistemi üzvlərinin şiş xəstəliklərinin müayinə və müalicəsi sahəsində çox böyük müvəffəqiyyətlər əldə etmişdir. Onun bu sahədə apardığı işlər və əldə etdiyi nəticələr respublikada elmi -praktik onkourologiyanın inkişafına böyük təsir göstərmişdir. Hazırda onun rəhbərliyi altında böyrək şişlərində üzv saxlayıcı əməliyyatların nəticələri mövzusunda işlər müvəffəqiyyətlə aparılır.
     Uroloji praktikada priapizm , Peyroni xəstəliyi ağır xəstəlik sayılaraq , cavan və orta yaşlı insanlarda erektil disfunksiya ilə nəticələnir.Azərbaycanda bu xəstəliklər zamanı ilk dəfə olaraq yaxın və uzaq nəticələri qənaətbəxş olan böyük həcmli əməliyyatların aparılması da onun adı ilə bağlıdır.
     S. B. İmamverdiyevin rəhbərliyi altında 1994-cü ildən urologiya kafedrasında sidik kisəsinin və böyrəklərin daşları zamanı ekstrakorporal zərbə-dalğa litotripsiyası müvəffəqiyyətlə tətbiq olunmaqdadır.
     Professor S.B.İmamverdiyev işlədiyi müddətdə Azərbaycanda elmi kadrların hazırlanması, tədris işlərinin keyfiyyətinin yaxşılaşdırılması və səmərəli uroloji xidmətin təşkili istiqamətində daima çalışmış, öz bilik və bacarığını əsirgəməmişdir. Məhz onun rəhbərliyi ilə son 10 ildə kafedrada 12 elmlər namizədi hazırlanmış, 2 namizədlik dissertasiyası isə ilkin müdafiədən keçmişdir. Onun hazırladığı alimlər sırasında xarici ölkə vətandaşları da var.
     Professor S.B.İmamverdiyevin elmi dəstəyi ilə kafedrada 2 doktorluq dissertasiyası da müdafiə olunmuş, 3 doktorluq dissertasiyası yazılır. Alimin elmi fəaliyyəti dövründə həmçinin urologiyanın müxtəlif problemlərinə həsr olunmuş 230-dan çox elmi məqaləsi, 7 monoqrafiyası, 5 dərs vəsaiti, 1 dərsliyi çapdan çıxmışdır.
     Görkəmli alim Azərbaycan elmini dəfələrlə dünyanın 20 –dən çox ölkəsinin mötəbər elmi konfranslarında təmsil etmişdir.
     Professor S.B. İmamverdiyevin urologiya sahəsində olan elmi fəaliyyəti respublikamızda və ondan kənarda daima yüksək qiymətləndirilmişdir. O, 1993-cü ildə Avropa Uroloqlar Assosiasiyasının həqiqi, 2000-ci ildə Gürcüstan Uroloqlar Assosiasiyasının fəxri , 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. O, həmçinin 2005 –ci ildə « SKV» Uroloqlar Assosiasiyasının və Türk Cümhuriyyətləri Androloji Konfedarasiyasının sədri seçilib.
     Alim elm sahəsində göstərdiyi xidmətlərə görə 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Şöhrət ordeni ilə , 2006 –ci ildə isə Y. Məmmədəliyev adına medalla təltif edilmişdir.
     Professor S.B.İmamverdiyev həmçinin tanınmış ictimai xadimdir və 1995-ci ildə Müstəqil Azərbaycan Respublikasının ilk parlamentinin (Milli Məclis) deputatı seçilmişdir. O, 2000-ci ildə II dövrə (2005-ci ilədək) yenidən Milli Məclisə deputat seçilmişdir.
     Qeyd etməliyik ki , kafedra 2006-cı ilin yanvar ayına kimi 2 bazada fəaliyyətini davam etdirmişdir. 2006 –cı ilin yanvar ayından isə M.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının uroloji şöbəsinin bazasında fəaliyyətini davam etdirir. Kafedrada iki professor (S.B.İmamverdiyev və N.L.Əfəndiyev), 2 dosent (t.e.n Ə.A.Baxışov, t.e. d. A. M. Bağırov), 7 assistent tibb elmləri namizədləri T.A.Talıbov, İ.F.Mahmudov, E.N.Əfəndiyev, İ.S.Əhmədov, E. C. Qasımov, V.Y. Əbdürrəhimova, R. N Məmmədov, 3 baş laborant , 3 aspirant və 1 kliniki ordinator çalışır.
     Kafedranın ilk müdiri prof. N.L.Əfəndiyev (1975-1990), MEA-nın müxbir üzvü , prof. S.B.İmamverdiyev (1990).
     Kafedranın elmi problemləri «Gərginlik zamanı sidik saxlamamazlığın diaqnostikası və müalicəsi».
     Kafedra əməkdaşlarının əsərləri:
     С.Б. Имамвердиев, М.Д.Князев Хирургия вазоренальной гипертонии при двустороннем поражении артерий.-Баку: Азернешр.-1979.-200 с..
     S.B. İmamverdiyev, T.A.Talıbov Prostat vəzinin adenomasının cərrahi müalicəsi. Bakı,Elm.-1998.-168 s
     S.B. İmamverdiyev, Ə.A.Baxışov Sidik-cinsiyyət fistulalarının diaqnostikası və müalicəsi: Dərs vəsaiti. Bakı,1998.-35 s.
     S.B.İmamverdiyev, A.A.Baxışov Urologiya—hamı üçün - 1992,
     С.Б. Имамвердиев Оперативное лечение коралловидного и множественного нефролитиаза.- Баку1993, Азернешр.- 107 с.
     S.B. İmamverdiyev, T.A.Talıbov Urologiya- dərslik Bakı -2005 498 səh.
     Ə.A.Baxışov Fiziki gərginlik zamanı sidik saxlanmazlığı (stress inkontinensiyası) olan qadınlarda aşağı sidik yollarının urodinamikası Bakı--2005
     A.M.Bağırov Böyrəkköçürmə -1998.
     Kafedra əməkdaşları
     1. İmamverdiyev Sudeyf Bəşir - kaf.müdiri,MEA-nın müxbir ü zvü professor
     2. Əfəndiyev Nurəli Lətif - t.e.d., professor
     3. Bağırov Akif Məmməd - t.e.d.,dosent
     4. Baxışov Əlimərdan Aşur - t.e.n.,dosent
     5. Talıbov Talıb Atalı - t.e.n.,assistent kafedranın tədris- hissə müdiri
     6. Mahmudov İlham Fikrət - t.e.n.,assistent
     7. Əfəndiyev Elçin Nurəli - t.e.n.,assistent
     8. Qasımov Elman Cəfər - t.e.n.,assistent
     9. Əhmədov İlham Səmid - t.e.n.,assistent
     10. Əbdürrəhimova Vəfa Yaşar - t.e.n.,assistent
     11. Məmmədov Rəşad Nurəddin - t.e.n.,assistent
     12. Əlizadə Çingiz Şamil - baş laborant
     13 Astanov Yusif Mövsüm - baş laborant Həmkarlar qrupunun sədri
     14.Kuliyev Pərviz - baş laborant
     15.Əsədov Rüfət Şirzad - aspirant
     16.Əhədov Anar Fazil - aspirant
     17.Qocayev Murad Əhməd - kl/ordinator
     18.Hüseynzadə Rafiq Tofiq - aspirant
     19.Abasəliyeva L.A. - preparator
     2 doktorluq, 12 namizədlik dissertasiyası , müdafiə olunub, 2 namizədlik dissertasiyası ilkin müdafiədən keçib.
     İndiyə kimi kafedra əməkdaşları tərəfindən 500 yaxın məqalə çap edilmişdir.
     Böyük uroloji məktəb yaradıb. Kafedra Azərbaycanda urologiyanın bütün sahələri üzrə ən ağır və çeşidli əməliyyatların aparılması lə fərqlənir.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |