Axtarış:
Kafedralar > Travmatologiya və ortopediya kafedrası
     Ünvan: AZ0022, Bakı, Mir Qasımov a/ Bakı Kliniki Tibbi Mərkəz
     Əhmədzadə Əhməd Yaqub oğlu – Tibb elmləri doktoru – professor (1998-ci ildən kafedra müdiridir)
     Kafedra 1968-ci ildə keçmiş SSRİ Səhiyyə Nazirliyinin əmrinə əsasən hospital cərrahiyyə kafedrasından ayrılaraq sərbəst fəaliyyətə başlamışdır. İlk dəfə prof. N.N.Bünyadov tərəfindən təşkil olunmuş və rəhbərlik etmişdir. Yarandığı tarixdən kafedra Bakı şəhəri Təcili yardım xəstəxanasında yerləşmişdir və burada xəstələrə ilkin yardımın təşkili və yardımı ilə məşğul olunmuşdur. Kafedra Tibb universitetinin tələbələrinə IV-VI kurslarda travmatologiya və ortopediya fənninin tədrisi ilə məşğuldur. Burada xüsusi əsasında tələbələrə həm mühazirələr, həm də praktiki məşğələlər tədris edilir. Kafedra get-gedə genişlənmişdir, əvvəllər cəmi 4-5 əməkdaş çalışırdısa, hal-hazırda kafedrada – 18 əməkdaş işləyir. Tədrisin keyfiyyəti yaxşılaşdırılır, xüsusi otaqlar təşkil edilmiş və orada tədris üçün bütün şərait yaradılmışdır. Hal-hazırda kafedra kompüterlə təmin edilmiş və tədrisə böyük köməklik göstərilir.
     1968-ci ildən 1980-ci ilə qədər kafedraya prof. N.N.Bünyatov və 1980-1998-ci ilə qədər prof. Ə.Ə.Axundov rəhbərlik edib.
     Kafedra Bakı şəhəri Kliniki Tibbi Mərkəzdə yerləşdiyi üçün əsasən təcili yardımın təşkili və müalicəsi ilə məşğuldur. Burada əsasən politravmalara məruz qalmış Bakı şəhərinin əhalisinə tibbi xidmət göstərilir. Son vaxtlar müştərək travmaların çoxalması ilə əlaqədar xəstəxanada xüsusi müştərək travma şöbəsi yaradılmış və burada daxili üzvlərin zədələnməsi ilə olan xəstələrə ixtisaslaşmış yardım göstərilir. Burada ən son nailiyyətlərdən kompression-distraksion osteosintezlər , AO-ASİF sistemindən geniş istifadə olunur. Kafedra əməkdaşları tez-tez xarici ölkələrdə konfranslarda, simpoziumlarda və qurultaylarda iştirak edirlər. Kafedrada tələbələr üçün elmi konfranslar təşkil olunur və seminarlar keçirilir. Bundan başqa kafedrada elmi işlər də yerinə yetirilir. Burada aspirantlar elmi fəaliyyətlə məşğul olurlar. Dissertantlar dissertasiyalar yazırlar və müdafiə edirlər. İndiyə qədər kafedrada 2 doktorluq və elmlər namizədliyi müdafiə olunub. Hazırda 2 doktorluq və 3 namizədlik dissertasiyası işləri yerinə yetirilir.
     Kafedrada 2 doktorluq, 6 tibb elmləri namizədi çalışır. Qalan 2 assistentin elmi dərəcəsi yoxdur.
     1. prof. Ə.Y.Əhmədzadə - kaf.müdiri
     2. prof. E.Ş.Abbasov
     3. dos. Əliyev Z.S.
     4. dos. Məmmədov Ü.A.
     5. ass. Sultanov Z.T.
     6. ass. Həsənov N.H.
     7. ass. Yaqubov Ə.V.
     8. ass. Zeynalov F.Ə.
     9. Əzizov M.H.
     10. ass. Məmmədov A.S.
     11. ass. Mirzəyev A.B.
     12. ass. Mirzəyev M.İ.
     13. ass. İsayev İ.A.
     14. ass. Əsgərzadə M.Ə.
     15. ass. Mirzəyev S.H.
     16. ass. Əkbərov A.M.
     17. ass. Cəfərov M.A.
     Kafedrada 2 doktorluq və 6 elmlər namizədi müdafiə edilmişdir.
     1968-ci ildən – 2005-ci illər arasında 2000-ə yaxın elmi iş çap olunmuşdur.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |