Axtarış:
Kafedralar > Tibbi və bioloji fizika kafedrası (İnformatika və hesablama texnikası kursu ilə birlikdə)
     Ünvan: AZ0022, Bakı şəhəri, Mərdanov qardaşları, 98. Tel.: 495-49-82, 495-45-30.
     Hazırda kafedraya prof. Zubeyid Haqverdi oğlu Tağıyev rəhbərlik edir.(1993-cü ildən)
     Tibbi və bioloji fizika kafedrası (informatika və hesablama texnikası kursu ilə birlikdə) 1930-cu üdə yaradılmışdır. İlk illərdə bu kafedraya dosent B.R.Mirzəyev (1930-1937) rəhbərlik etmişdir. Sonrakı illər ərzində prof. X.İ.Əmirxanov, baş müəllim M.A.Həşimzadə, dos.T.A.Sadıxov, prof.Q.M.Əliyev (1969-1990), prof. M.N.Əliyev (1990-1993) kafedra müdiri vəzifəsində işləmişlər. 1993-cü ildən kafedraya əməkdar müəllim, prof. Z.H.Tağıyev rəhbərlik edir.
     Kafedranın nəzdində informatika və hesablama texnikası kursu fəaliyyət göstərir. Kursun rəhbəri - pedaqoji elmlər namizədi, dos.E.İ.Musayevdir.
     Tibbi və bioloji fizika kafedrası ATU-nun ən böyük kafedralarından biridir. Kafedranın illik dərs yükü 14000 saata yaxındır. Kafedranın professor-müəllim heyəti 31 nəfərdir. Professor-müəllim heyətinin 3 nəfəri professor, 10 nəfəri dosent, 11 nəfəri baş müəllim, 7 nəfəri isə assistentdir. Onlar arasında 3 elmlər doktoru, 23 elmlər namizədi fəaliyyət göstərir.
     Kafedrada tədris prosesinin təkmilləşdirilməsinə böyük qayğı göstərilir. Bu məqsədlə tədris proqramı zənginləşdirilmiş, tədris laboratoriyaları müvafiq avadanlıqla təchiz edilmişdir. Bir sıra metodik vəsaitlər, dərsliktor və dərs vəsaitləri yazılıb çap etdirilmisdir. Bu sahədə 1969-1990-cı illərdə kafedra müdiri vəzifəsində işləmiş prof.Q.M.Əliyevin əməyini xüsusi qeyd etmək lazımdır. Onun tibb institutu tələbələri üçün Azərbaycan dilində yazdığı ilk "Tibbi və bioloji fizika" dərsliyi iki dəfə böyük tirajla (1982 və 1993-cü illərdə) çap edilmiş və universitetimizin tələbələri üçün olduqca qiymətli vəsait olmuşdur. Prof, Q.M.Əliyev həm də "Ali riyaziyyatın elementləri" adlı dərs vəsaitinin müəllifidir. Kafedranın professoru F.K.İsayev (H.T.Xudaverdiyevlə birlikdə) 1985-ci ildə Azərbaycan dilində ilk dəfə "Tibbi və bioloji fizikadan laboratoriya işlərinə rəhbərlik" adlı dərs vəsaitini çap etdirmişdir.
     Z.H.Tağıyev 1972-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakultəsini bitirdikdən sonra, MDU-da aspiranturaya daxil olmuş, 1975-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək, fizikanın yeni bölməsi olan kvant elektronikası (lazer fizikası) sahəsində namizədlik dissertasiyasını və aparılan elmi tədqiqat işlərinin nəticəsi kimi 1992-ci ildə doktorluq dissertasiyasmı müdafiə etmişdir. Elmi işlərinin nəticələrinə görə Z.H.Tağıyev 1993-ci ildə Beynəlxalq elmi fondun mükafatına layiq görülmiişdür.
     Azərbaycan Respublikası prezidentinin fərmanına əsasən 2000-ci ildə Z.H.Tağıyev əməkdar müəllim fəxri adına layiq görülmüşdür.
     Z.H.Tağıyevin xüsusi səyi nəticəsmdə son illər kafedranın əyani tədris vəsaitləri xeyli yaxşılaşdırılmış, bu da tədrisin keyfiyyətinə öz müsbət təsirini göstərməkdədir.
     Son beş ildə Z.H.Tağıyevin bir monoqrafiyası ("Qeyri-xətti dalğa nəzəriyyəsi sabit intensivlik yaxmlaşmasmda", 2003-cü il), iki dərsliyi ("Tibbi və bioloji fızikadan məsələlər", 2001-ci il; "Tibbi və bioioji fizika praktikumu", 2006-cı il (F.K.İsayev və Ş.Q.Bayramovla birlikdə)) çap edilmişdir.
     Kafedranın əməkdaşları pedaqoji fəaliyyətlə yanaşı elmi tədqiqat işləri ilə də məşğul olurlar. Hazırda kafedrada əsasən aşağıdakı istiqamətlərdə elmi tədqiqat işləri aparılır:
     1. Lazer şüalarının maddə ilə qarşıhqlı təsiri;
     2. Bioloji proseslərin riyazi modelləşdirilməsi;
     3. Polyar fraqmentli yüksək tərtibli üzvi və qeyri-üzvi polimer maddələrin molekulyar quruluşunun makroskopik xassələrinə görə tədqiqi.
     Kafedrada араrıаn elmi tədqiqat işlərinin nəticəsində axırmcı beş ildə 1 doktorluq (R.C.Qasımova) və 6 namizədlik (A.İ.Mövlamverdiyeva, S.E.Həsənova, İ.A.Qafarov, S.F.Şükürlü, Q.Ə.Abduliayeva, N.V.Kərimli) dissertasiyaları müdafiə edilmişdir. Bu müddətdə 150-dən çox elmi məqalə çap edilmişdir. Hazırda kafedranın baş müəllimi C.Ə.Rəhimov "Termotrop polimer maye kristallarınm makroskopik dielektrik xassələri və molekulyar quruluşu" mövzusunda doktorluq dissertasiyasmı tamamlayaraq müdafiə şurasına təqdim etmişdir. Kafedranın daha 3 əməkdaşı (H.Ə.Həsənov, Ş.Q.Bayramov, V.A.Hacıyev) doktorluq, 6 əməkdaşı (N.K.Hacızadə, Z.Ə.Hacıyev, E.M.Həsənov, İ.İ.Aslanov, M.S.Səfixanov, M.S.Murquzova) isə, namizədlik dissertasiyalarını уerinə yetirirlər.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |