
Ünvan: AZ1078, Bakı, S.Vurgun küç.,941-ci kvartal. ATU-nun Stomatoloji klinikası, tel: 449-82-58
Prof., t.e.d. Çingiz Ağaqulu oğlu Paşayev kafedraya 1986-cı ildən başçılıq edir.
Kafedranın əsası 1959-cu ildə qoyulmuşdur. İlk kafedra müdiri prof. G.Qurbanov olmuşdur. Kafedra Səhiyyə Nazirliyinin təsərrüfat hesablı stomatoloji poliklinikasında yerləşmişdir. 1964-cü ildə kafedra Səhiyyə Nazirliyi 4 №-li stomatoloji poliklinikasına köçürülmüşdür. 1983-cü ildə kafedra həmin poliklinikanın yerləşdiyi binanın II mərtəbəsinə köçürülmüş və kafedranın maddi-texniki bazası xeyli yaxşılaşmışdır. Kafedrada ilk dövrdə 3 nəfər əməkdaş çalışdığı halda 1964-cü ildə onların sayı xeyli artmışdır. 1983-cü ildən professor-müəllim heyətinin sayı xeyli artmışdır. 1998-ci ildə ATU-nun Stomatoloji klinikası yaradılması ilə əlaqədar binanın III mərtəbəsində də kafedranın bazası yerləşmişdir və maddi-texniki təchizat əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
Kafedraya rəhbərlik etmişlər:
1) prof.G.Qurbanov 1954-1959
2) dos.Ə.Həsənzadə 1959-1969
3) dos.R.Mirzəyev 1969-1984
4) dos.F.Musayev (müdir əvəzi) 1984-1986
5) prof.Ç.Paşayev 1986-cı ildən
Kafedranın elmi problemləri: «Əsas stomatoloji xəstəliklərin müalicə və profilaktikası»
Dərsliklər:
«Terapevtik stomatologiya» Mirzəyev R.B. az.dilində 1982-ci il.
«Terapevtik stomatologiyanın propedevtikası» İbrahimov M.X., İbrahimov Z.O., az.dilində (kiril və latın əlifbası ilə) 2000-ci il
Kafedrada 34 əməkdaş çalışır. Onlardan: 1 nəfər t.e.d.,professor Ç.A.Paşayev, 8 nəfər dosent, 12 nəfər t.e.n., 19 nəfər assistent, 5 baş laborant, 1 kliniki ordinator.
1 doktorluq, 12 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Kafedra əməkdaşları tərəfindən 300-ə qədər məqalə çap olunmuşdur.
Kafedranın xüsusi nailiyyəti: kariyes və parodont xəstəliklərinin müalicə və profilaktikasında təbii vasitələrin tətbiqi.
|