Axtarış:
Kafedralar > Şüa diaqnostikası və terapiyası (radiodiaqnostika və radioterapiya) kafedrası
     Ünvan: AZ 0078 Bakı, (Kliniki Tibb Mərkəzi).
     Kafedra müdiri: Tibb elmləri doktoru, professor Baxşiyev Bahadur Ələkbər oğlu. (1969-cu ildən kafedraya başçılıq edir).
     Kafedranın əsası 1930-cu ildə qoyulmuşdur. 1930-cu ildən 1940-ci ilə qədər kafedra Rentgenologiya və Radiologiya üzrə tədris kursu adı altında daxili xəstəliklər propedevtikası kafedrasının nəzdində fəaliyyət göstərilmişdir. Kursun rəhbəri dos M.N.Qasımov olmuşdur. 1942-ildə Rentgenologiya və Radiologiya kursu daxili xəstəliklər propedevtikası kafedrasından ayrılaraq, 1955-ci ilə qədər sərbəst tədris kursu olmuş, bundan sonraki dövrdə isə müstəqil kafedra şəklində fəaliyyət göstərmişdir.
     1942- 1969-cu illərdə kafedraya dos B.İ.Abqarov rəhbərlik etmişdir.
     1969-cu ilə qədər Qara şəhər xəstəxanasında (indiki M.M.Efendiyev adına klinik xəstəxana) yerləşirdi, onun yalnız 1 rentgenodiaqnostika, 1 rentgenoterapiya kabineti və1 dərs otağı var idi.
     Rentgenologiya və Radiologiya kafedrasında o zaman heyət 3 əməkdaşdan – kafedra müdiri dos. V.İ.Abqarovdan, assist. S.Fətəliyeva , assist.F.Əliyeva ibarət idi. 1969-cu ildən əməkdar elm xadimi, professor Bahadur Ələkbər oğlu Baxşiyev kafedra müdiri vəzifəsinə seçilmişdir. Professor B.Ə.Baxşiyevin fəaliyyəti sahəsində qısa müddət ərzində kafedrada əsasla dəyişikliklər baş verdi. Bir tərəfdən tələbələrin sayını və dərs yükünün artması, tədris prosesin təşkili üçün şəraitin olmaması və tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə prof. B.Ə.Baxşiyev bir sıra mühüm tədbirlər həyata keçirdi.
     Beləki, rentgenologiya və radiologiya kafedrası 1969-cu ildə Semaşko adına xəstəxanaya, (indiki Kliniki Tibb Mərkəzi xəstəxanaya ) köçürülməsi haqda Azərbaycan Səhiyyə nazirliyinin qərarı təsdiqləndi. Radioloji xidmət isə Şəhər Onkoloji dispanserinin radiologiya korpusunda yerləşdirildi.
     Beləliklə kafedranın klinik bazası günün tələbələrinə müvafiq şəkildə əsaslı surətdə təmir edildi, yeni diaqnostika və müalicə avadanlığı ilə təhsiz edildi. Mühazirə və praktik məşğələlər üçün otaqlar ayrıldı. Dərs otaqları əyani vəsaitlərlə təmin edildi. Hazırda kafedranın rentgenoloji xidmət sahəsi 3 rentgendiaqnostik kabinetinə, termoqrafiya, mammoqrafiya, ultrasəs və flyuroqrafiya kabinetlərinə, rentgen laboratoriyaya, 8 dərs otağına və ayrıca mühazirə zalına malik olub, müasir diaqnostika texnikası ilə təchiz edilmişdir.
     Radiologiya korpusunda 60 çarpayılıq şöbə, radioterapiya qurqusu, rentgen terapiya kabineti, kifayət qədər dərs otaqların və avadanlıqların olması radiologiya üzrə dərslərin keçirilməsinə zəmin yaratdı.
     Şüa diaqnostikası və şüa terapiyası kafedrasında tibb universitetinin II müalicə profilaktika, terapiya, stomatologiya, tibbi profilaktika, radiobiologiya və radiofizika fakultələrin tələbələrinə dərs keçirlər.
     Təşkil edildiyi ilk illərdə 3 əməkdaşı olan rentgen və radiologiya kafedrası ötən illər ərzində xeyli genişləndirilmişdir. İndi kafedrada professor-müəllim heyəti 14 nəfərdən ibarətdir. Burada 1 professor (B.Ə.Baxşiyev), 3 dosent (M.Ə.Əliyev, R.İ.Həsənov, Q.M.İbrahimov), 9 assistent ( Ə.N.Movlamov, G.İ.Məmmədova, N.S.Şahməmmədov, Ş.R.Məmmədova, R.S.Abdullayeva, M.C.Sultanova, C.M.Əliyev, A.R.Əliyev), 1 baş laborant ( G.İ.Əhmədova) çalışır.
     Kafedrada professor B.Ə.Baxşiyevin rəhbərliyi altında aşağıdakı istiqamətdə elmi tədqiqat işləri aparılır.
     1. Qırtlaq qalxanvari vəzi xəstəliklərin rentgen-radioloji tədqiqi.
     2. Yoğun bağırsaq xəstəliklərin kompleks müayinəsi.
     3. Şəkərli diabet xəstəliklərində aşağı ətrafların angiopatiyaları və qaraciyərdə gedən patoloji dəyişiliklərin erkən diaqnostikası.
     4. Süd vəzi xəstəliklərin erkən diaqnostikası.
     Fəaliyyətdə olduğu illər ərzində kafedrada 1 nəfər elmlər doktoru (B.Ə.Baxşiyev), 11-dən artıq elmlər namizədi ( M.Ə.Əliyev, M.S.İsayev, F.Q.Quliyev, R.İ.Həsənov, N.Y.Qinzburq, Ə.İ.İskəndərov, Q.İ.İbrahimov, Q.İ.Məmmədova, Ə.N.Movlamov, C.M.Əliyev, M.C.Sultanova) hazırlanmış, 15 nəfər kliniki ordinator və 25-dən çox artıq xarici ölkələrdən (Türkiyə, İran və s.) təkmilləşdirmə kurslarını keçmişdirlər.
     Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri professor B.Ə.Baxşiyev 1955-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirmiş, 1955-59-cu illəri Ordubad şəhərində rentgenoloq vəzifəsində çalışmış.1959 ilin dekabr ayında Azərbaycan Tibb İnstitutunda aspiranturaya daxil olmuş.
     B.Ə.Baxşiyev kafedranın ilk aspirantı olmuş, 1960-ci ildə elmi işini davam etdirmək üçün Moskva şəhərində yerləşən RSFSR ET Rentgenologiya və Radiologiya institutuna ezam edilmişdir. O, 1962-ci ildə Poliklinika şəraitində ağciyər xəstəliklərin erkən diaqnozunun qoyulmasında flyuoroqrafiyanın əhəmiyyəti mövzusunda vaxdından əvvəl namizədlik, 1969-cu ildə Qalxanvari vəzin xəstəliklərində rentgen-radioloji müayinə mövzusunda doktorluq dissertasiyası müdafiyə etmişdir.
     Azərbaycan Respublikasında ilk dəfə bu elmi sahəsi üzrə tibb elmləri doktoru elmi dərəcəsini almışdır. Kafedrada işlədiyi müddəti; baş laborant, assistent, dosent, professor və kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir.
     Şüa diaqnostikası və şüa terapiyasına aid respublikada ilk dəfə olaraq bir neçə dərslik yazmışdır. Beləki, 1976-cı ildə tibb institutunun tələbələri üçün SSRi Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 340 səhifədən ibarət Ümumi rentgenologiya I hissə; 1982-ci ildə 380 səhifədən ibarət Tibbi Radiologiya II hissə dərsliklərin müəllifidir.
     Son illərdə tədris proqramında dəyişiklik edildiyindən və yeni diaqnostik metodlar (kompyuter tomoqrafiya, maqnit-rezonans tomoqrafiya, ultrasəs, termoqrafiya) tədrisdə keçirildiyindən yeni dərsliklərə böyük təlabat yaranmışdır. Bunları nəzərə alan prof. B.Ə.Baxşiyev 2001-ci ildə 522 səhiyə həcmində Luçevaə diaqnostika və 2004-cu ildə isə 1155 həcmində Radiodiaqnostika və Radioterapiya sanbalı dərsliklərini çapdan çıxmasına nail olmuşdur.
     Professor B.Ə.Baxşiyev respublikamızda bu sahədə dərslik yazan ilk müəlliflərdən hesab edilir. Bundan əlavə o, 250-cə yaxın elmi əsərləri, o çümlədən 2 monoqrafiyanın və dərslik vəsaitinin, 12 ixtira və səmərələşdirici təklifin, 7 metodik tövsiyyənin müəliffidir. Professor B.Ə.Baxşiyev indiyə qədər 6 dan çox elmlər namizədi hazırlamış və hal-hazırda onun rəhbərliyi altında 2 nəfər doktorluq, 4 nəfər isə namizədlik dərəcəsi almaq üçün elmi işlərini davam etdirirlər.
     1969-cu ildən 1974-cü ilə qədər B.Ə.Baxşiyev Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinin dekanı vəzifəsinə seçilmişdir. O, müalicə fakultəsinin elmi şurasında tədrisin keyfiyyətini qaldırmaq, bir çox kafedralarda kadr çatışmamazlığını həll etmək üçün böyük işlər görür. O, 1983-1989-cu ilə qədər ikinci dəfə I müalicə-profilaktika fakultəsinin dekanı seçilir.
     B.Ə.Baxşiyev 1996,1997,1999-cu illərdə Türkiyə, İran və Avstriyada radioloqlar qrultaylarında məruzələri iştirak edərək, onların fəxri fərman ilə təltif olunmuş, bundan başqa o keçmiş sovetlər ittifaqı bir çox şəhərlərdə – Moskva, Leninqrad, Kiyev, Daşkənd, Obninski, Saratov, Kuybışev, Tiflis, Tallin, Riqa və s. rentgen-radiologiya qrultayların məruzələrində çıxış etmişdir.
     Professor B.Ə.Baxşiyev keçmiş Sovet İttifaqının Ymummittifaq Rentgenologiya və Radiologiya Cəmiyyətinin üzvü, Moskva Tibb Radiologiya jurnalı, Azərbaycan Tibb jurnalının, «Sağlamlıq» jurnalının redaksiya şurasının tərkibində olmuş, 1970-ci ildən bu vaxta qədər Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının və müalicə-profilaktika fakultəsinin Elmi Şurasının üzvüdür.
     1990-ci ildən Onkologiya-Rentgenologiya-Radiologiya üzrə müdafiə şürasının və Tibb Universitetinin Problem Komissiyasının üzvüdür. Hazırda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Baş Rentgenoloqu və Radioloqudur.
     Professor B.Ə.Baxşiyev yüksək ixtisaslı kafedranın hazırlanmasında, Səhiyyə və tibb elminin inkişafında xidmətlərinə görə.
     B.Ə.Baxşiyevin əmək fəaliyyəti aşağıdakı təltiflərlə qeyd olunmuşdur:
     1971-ci ildə «Şərəfli əməyə görə» medalı;
     1981-ci ildə «Azərbaycan Respublikasının Əməkdar Həkimi»;
     1986-cı ildə «Şərəf ordeni»;
     1974-1987-ci illərdə iki dəfə «Səhiyyə əlaçısı» nişanı;
     1994-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin fəxri fərmanı;
     1999-cu ildə «Əmək veteranı»;
     2001-ci ildə 17 iyul tarixli fərmanı «Tərəqqi medalı» ilə təltif olunmuşdur.
     2004-cu ildə ikinci dəfə Azərbaycan Respublikası Səhiyyə Nazirinin fəxri fərmanı ilə təltif olunmuşdur.
     Kafedranın kollektivi Radiodiaqnostika səviyyəsində inkişaf etdirilməsinə, bu sahədə səmərəli fəaliyyət göstərə biləcək həkim kadrların hazırlanmasına böyük səy göstərir və öz üzərinə düşən vəzifəni dərindən dərc edir.
     Kafedranın kollektivi respublikamızın tibb ixtisaslı elmi tədqiqat institutlarından başqa RSFSA ET Rentgenologiya və Radiologiya institutu və İ.M.Seçenov adına Moskvanın Tibb Akademiyası ilə elmi yaradıcılıq əlaqələri saxlayır, tədris prosesin keyfiyyətinə yaxşılaşdırılmasına və elmi-pedaqoji kadrların hazırlanmasına daimi qayğı göstərir.
     Ümumiyyətlə kafedra əməkdaşları 650 elmi əsərləri, 30 metodik tövsiyyələri çapdan çıxmışdır. Əhəmiyyətli dərs vəsaitlərindən 9 böyük həcmində dərslik, 3 monoqrafiya, 25-dən çox səmərələşdirici təklif, 2 metodik tövsiyyələri çapdan çıxmışdır.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |