Axtarış:
Kafedralar > Sosial gigiyena və səhiyyənin təşkili kafedrası
     Ünvan: Mərdanov qardaşları küç; 101, Azərbaycan Tibb Universiteti (yeni bina).
     Kafedra müdiri: t.e.d. prof. Çobanov Rafiq Ənvər oğlu.
     Sossial gigiyena kafedrasının əsası 1924-cü ildə Bakı Dövlət Universitetində qoyulmuşdur. 1939-cu ildə Respublika Xalq Səhiyyə Komissarlığının «Sanitar statistika birosu» yaradılaraq kafedranın tədris bazasına çevrilmişdir. 1941-ci ildə kafedranın adı dəyişilərək «Səhiyyənin təşkili» adlandırılmış, 1950-cı iidə «Tibb tarixi» kurs halında tədris olunmağa başlanmışdır. 1966-cı ildə kafedranın adı dəyişilərək «Sosial gigiyena və səhiyyənin təşkili» adlandırılmışdır. 1970-ci ildə kafedrada «Əməyin elmi təşkili» laboratoriyası yaradılmış və 1981-ci ildə Respublika Səhiyyə Nazirliyinin strukturuna verilmişdir. 1977-ci ildə kafedraya «Kommunist əməyi kollektivi» fəxri adı verilmişdir. 1976-1988-ci illərdə kafedrada «Sovet hüququ» tədris olunmuşdur. 1989-1993-cü illərdə kafedra «Sosial gigiyena, səhiyyənin təşkili və avtomatik idarəolunma sistemi» adiandırılmış, 1993-cü ildə yenidən «Sosiai gigiyena və səhiyyənin təşkili» adı qaytarılmışdır.
     Kafedraya kimlər və neçənci illərdə rəhbərlik etmişlər: 1926-1932-ci illərdə prof. Örnət Əliyeviç Bayraşeviski; 1932-1964-cü illərdən prof. Əlibəy Qulubəy oğlu Əlibəyov; 1964-1983-cü illərdə prof. İosif İsayeviç Fel; 1983-1989-cu illərdə t.e.n. dos. Əli Əhrnəd oğlu Əhrnədov: 1989-1994-cü illərdə t.e.n. dos. Əzəm Təyyar oğlu Ağayev; 1994-2002-ci illərdə t.e.n. dos. Mirhəşim Seyidağa oğlu Cabbarov; 2002-2005-ci illərdə bu vəzifəni t.e.d. dos. Azad Firudin oğlu Əliyev müvəqqəti icra etmişdir. 2005-ci ilin aprel ayından t.e.d. prof. Rafiq Ənvəroğlu Çobanov.
     Kafedranın elmi probiemləri - 1926-1932-ci illərdə: əhalinin sanitar-məişət şəraitinin, yenidoğulanların fiziki inkişaf göstəricilərinin öyrənilməsi və malyariya xəstəliyi ilə mübarizə tədbirlərinin hazırlanması.
     1932-1964-cü illərdə - malyariya xəstəliyi ilə mübarizə, doğuşa yardımın təşkili, kolxozçulara tibbi xidmətin taşkili, şəhər və kənd əhalisinin ümumi xəstələnməsinin öyrənilməsi və bu istiqamətdə profilaktik tədbirlərin hazırlanması.
     1964-1983-cü illərdə - neftayırma və maşınqayırma sənayesində fəhlələrin əmək qabiliyyətini müvəqqəti itirməklə xəstələnməsı, uşaq ölümü, müxtəlif ixtisas həkimlərinin iş şəraitinin öyrənilməsi və əməyin elmi təşkili, ürək-damar sistemi xəstəliklərinin yayılma səviyyəsi və bu səbəbdən əlilliyin öyrənilməsi və profilaktik tədbirlərin hazırlanması.
     1983-1990-cı illərdə körpə ölümünün, doğumun inkişaf istiqamətlərinin öyrənilməsi, xroniki alkoqolizmin, yarımçıq doğulmanın sosial-gigiyenik aspektlərinin öyrənilməsi və bu istiqamətdə metodiki tövsiyələrin hazırlanması.
     1990-2000-ci illərdə taxta emalı rnüəssisəiərində, tikiş fabriklərində işləyənlərin xəstələnməsinin öyrənilsi, respublikanın kənd əhalisinə tibbi xidmətin planlaşdırılması, demoqrafik dəyişikliklərin izlənilməsi, ana, körpə ölümünün, sanitariya-əksepidemik xidmətin vəziyyətinin öyrənilməsi. 2000-2005-ci illərdə Respublikada vaxtından əvvəl ölümün azaldılmasının sosial-iqtisadi və tibbi-təşkilati əsaslarının öytənilməsi, bağırsaq parazitozlarının, mədə-bağırsaq infeksiyalarının yayılmasının araşdırılması, Respublikanın sanitar-epidemioloji xidmətinin yaxşılaşdırılması istiqamətində tədqiqatların aparılması və müvafiq metodiki tövsiyələrin hazırlanması.
     2005 - 2010-cu illərdə kafedrada hipertoniya xəstəliyinin risk amillərinin öyrənilməsi istiqamətində elmi-tədqiqat işi planlaşdırılmış və yerinə yetirilməsi başlanmışdır.
     Kafedra əməkdaşlarının əsas əsərləri:
     I. Monoqrafiyalar:
     1. Джаббаров М.С. Научные основы организации медико-санитарной помощи населению районов Республиканского подчинения. Баку, 1999, 144 с. (рус).
     2. Алиев А.Ф. Преждевременная смерть как социальная проблема. Баку, «Эльм». 2001,164 с. (рус).
     3. Ələkbərov M.M. Azərbaycan Respublikasında sanitariya-epidemioloji xidmətin təşkili və idarəolunması. Bakı, 2003, 191 s. (azərbaycan).
     II. Dərs vəsaitləri:
     1. Cabbarov M.S. Sosial gigiyena və səhiyyənin təşkili. Bakı, 1994, 50 s.
     2. Cabbarov M.S. Sosial gigiyena və səhiyyənin təşkili. Bakı, 1998, 63 s.
     3. Cabbarov M.S. Statistika kursu. Bakı, 2000, 118 s.
     4. Əliyev A.F. Tibbi statistikanın nəzəri və metodoloji əsasları, Bakı, 2003, 143 s.
     5. Əliyev A.F. Qeyri-parametrik statistik meyarların tibbi tədqiqatlarda tətbiqi. (tədris-metodik vəsait). Bakı, 2005, 21 s.
     (Dərs vəsaitlərinin hamısı azərbaycan dilindədir)
     Dərsliklər:
     1. Sosial gigiyena və səhiyyənin təşkili, (azərbaycan dilində), çapa qəbul olunub.
     2. Tibb tarixi, (azərbaycan dilində), çapa qəbul olunub.
     Kafedrada 24 nəfər əməkdaş çalışır: Professor və müəllim heyəti-16 nəfər, baş laborantlar-2 nəfər, baş preparatorlar-2 nəfər, preparatorlar-2 nəfər.
     Prafessor-müəllim heyətindən: 1 nəfər t.e.d., professor., 5 nəfər t.e.n., dosent., 4 nəfər t.e.n., baş müəllimdir.
     I. Kafedra müdiri: t.e.d. prof. Çobanov Rafiq Ənvər oğlu. Vəli Axundov adına ET Tibbi parazitologiya institutunun tibbi-parazitologiya şöbəsinin aparıcı əməkdaşıdır, İxtisası- «Parazitologiya», «Epidemiologiya». 5 monoqrafiya, 24 metodik material, 8 müəlliflik şəhadətnaməsi, 207 elmi məqalə və helimintozların diaqnostika metodları haqqında təqdim olunmuş 3 potentin müəllifidir. «Tibbi parazitologiya və parazitar xəstəliklər» (Moskva), «Kimya. Biologiya. Tibb» (Bakı) jurnallarının redaksiya şurasının üzvüdür.
     Dosentlər:
     1. Xudaverdiyeva Həqıqət Mustafa qızı.
     2. Paşayeva Pəri Hüseyn qızı.
     3. Abdullayeva Esmiralda Əbdül qızı.
     4. Mikayılzadə Züleyxa Hüseynəli qızı.
     5. Ələkbərov Musa Məhəmmədəli oğlu.
     Baş müəllimlər:
     1. Mehdiyeva Suqra Ağasəf qızı.
     2. Məhərrəmov Məhərrəm Əlibala oğlu.
     3. Yusubova Sədaqət Səid qızı.
     4. Əliyev Qurban Həsən oğlu.
     Assistentlər:
     1. Nağıyeva Rəna Qələndər qızı.
     2. Ağayev Anar Əzəm oğlu.
     3. Məmmədov Fuad Fəxrəddin oğlu.
     4. Rəhimova Səadət Məhərnməd qızı.
     5. Liftiyev Rafiq Balaşirin oğlu.
     6. Ləmbəranskaya Ayşən Zaqlul qızı.
     7. Babayev Kamran Əlövsət oğlu.
     Kafedranın fəaliyyəti dövründə əməkdaşlar tərəfindən 5 doktorluq və 26 namizədlik dissertasiyaları rnüdafıə olunmuşdur.
     Kafedranın fəaliyyəti dövründə 700-dən çox elmi məqalə çap edilmişdir.
     Son illərin nailiyyətlərindən Əliyev A.F. tərəfindən Orta ömür uzunluğu və onun hesablanması üsulları, Əlekbərov M.M. tərəfindən «Müasir sosial-iqtisadi şəraitdə Azərbaycan Respublikasında sanitariya-epidemioloji xidmətin və onun idarəolunmasının təkmilləşdirilməsi» göstərilə bilər.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |