
Ünvan: AZ 0078, Bakı, Mərdanov qardaşları küç. 100, tel.: 495-34-95.
Kafedra müdiri : Fil.elm.dok., professor T.A.Xəlilova - 1993-cü ildən kafedraya başçılıq edir.
Kafedranın əsası 1943-cü ildə qoyulub.
Kafedranın ilk müdiri Q.D.Qasımbəyli olmuşdur. Sonrakı illər ərzində kafedraya N.A.Şaxsuvarov (1946-1958), H.M.Atakişiyev (1958-1964), M.Ş.Qasımov (1964-1968), S.M.Molazadə (1968-1984) - 1984-cü ildən isə rus dili kafedrası müstəqil kafedra kimi fəaliyyət göstərir - (1984-1987) K.A.Məmmədova, (1987-1992) Q.E.Quliyeva rəhbərlik etmişlər.
Kafedranın əsas elmi- metodik problemləri: rus dilinin xariçi dil kimi azərbaycanlı tələbələr tərəfindən mənimsənilməsi və bu dildə sərbəst danışıq üslubuna nail olmaq.
Kafedra əməkdaşlarının əsas əsərləri:
Monoqrafiyalar:
1. «Azərbaycan prozası rus dilində» ( T.A.Xəlilova, 1986, rus dilində);
2. «Rus dilinin danışıq qaydalarının sürətlə öyrənilməsi ( tibb təmaüllü)» ( T.A.Xəlilova,T.M.Hüseynova, rus dilində, 2001);
Dərsliklər:
1. « Rus dili- tibb universitetinin tələbələri üçün» ( T.A.Xəlilova, Y.A.Alxasov, T.A.Sazonlı, 2005, rus dilində);
2. « Rus dilindən dərs vəsaiti» (T.A.Xəlilova, T.A.Sazonlı, 2005, rus dilində);
3. « Rus dili stomatoloji fakultənin tələbələri üçün» ( T.A.Xəlilova, Ə.C.Əlizadə və b., 2005, rus dilində).
Bu müddət ərzində kafedrada 3 monoqrafiya, 3 dərslik, 2 dərs vəsaiti və 200-dən artıq elmi və metodik məqalələr çap edilmişdir.
1 doktorluq və 8 namizədlik dissertasiyası müdafiə edilmişdir.
|