Axtarış:
Kafedralar > Psixiatriya kafedrası
     Ünvan – kafedra 2 saylı Klininki psixiatriya xəstəxanasının bazasında yerləşir (AZ0022, Bakı S.Rüstəm küç.40, tel: 440-15-70)
     Kafedranın müdiri - əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Sultanov Hacıağabəy Haşım oğlu. 1990-cu ildən kafedraya başçılıq edir.
     Kafedranın əsası 1920 ci ildə qoyulmuşdur. Əvvəl 1920-1925 illərdə tibb fakultəsi tərkibində birləşmiş psixonevrologiya kafedrası idi, sonradan 1925 ci ildə müstəqil psixiatriya kafedrası yarandı.
     Kafedraya rəhbərlik ediblər:
     1920-1925 illərdə - prof. S.N. Davidenkov
     1925-1932 illərdə - prof. Perelman
     1932-1935 illərdə - doktor İzrailoviç
     1935-1939 illərdə - doktor P.M.Zinovyev
     1939-1959 illərdə - prof. D.S. Ozersekovsky
     1960-1990 illərdə - prof. Ə.Ə.Abaskuliyev
     1990 çi illdən bu günə qədər – prof. H.H.Sultanov
     Kafedranın son 5 illik elmi problemi – “Azərbaycanda müasir sosial-iqtisadi şəraitində psixi və davranış pozuntularının etiopatogenetik, kliniki və terapevtik aspektlərin tədqiqi”
     Kafedranın əməkdaşlarının əsas əsərləri:
     H.H.Sultanov, S.S.Sadıq-zadə “Psixiatriya üzrə muhazirələr” (dərslik), Bakı, “Təbib” 2001, azərbaycan dilində.
     S.S.Sadıq-zadə “Məhkəmə psixiatriyası” (dərslik), Bakı, 2001, azərbaycan dilində.
     N.V.İsmayılov, F.N.İsmayılov “Tibbi psixologiya və psixoterapiya” (dərslik), Bakı, “Maarif”, 2002, azərbaycan dilində.
     H.H.Sultanov «Психиатрия» (dərslik), Bakı, 2003, rus dilində.
     N.V.İsmayılov “Psixiatriya” (dərslik), Bakı, 2004, azərbaycan dilində.
     Kafedranın 19 əməkdaşı vardır: 4 nəfər - professor, 3 nəfər -dosent, 9 nəfər - assistent, 3 baş laborant. Onlardan 2 nəfər - əməkdar elm xadimi, 4 nəfər - tibb elmləri doktoru, 6 nəfər - tibb elmləri namizədidir.
     Kafedrada 9 namizədlik dissertasiyası müdafiə olunub. Hal hazırda 2 doktorluq və 3 namizədlik dissertasiyası müdafiəyə hazırlanır.
     Kafedra əməkdaşları tərəfindən son 5 ildə Respublikada və xaricdə dərc olunmuş 90 yaxın elmi əsər çap edilmişdir.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |