Axtarış:
Kafedralar > Pataloji fiziologiya kafedrası
     Ünvan: AZ0078, Bakı, Mərdanov qardaşları küç. 98; tel: 495-49-98.
     Əməkdar müəllim, tibb elmləri doktoru, professor Sabir Cahan oğlu Əliyev, 2001-ci ildən kafedraya rəhbərlik edir.
     Azərbaycanda patoloji fiziologiyanın inkişaf tarixi 1919-cu ildə Bakı Dövlət Universiteti və onun nəzdində tibb fakültəsinin yaradılması ilə sıx surətdə bağlıdır. 1923-cü ilə qədər tibb fakültəsində patoloji fiziologiya (ümumi patologiya) fənnindən dərslər professor İ.N.Şıroxoqorovun rəhbərlik etdiyi patoloji anatomiya kafedrasında aparılmış və bu fənnin tədrisi ilə prof. M.S. Milman (1920-ci ilə qədər) və dos. Tolstuxov məşğul olmuşlar. 1922-ci ildə görkəmli rus patofizioloqu N.Q.Uşinski universitet rəhbərliyinin dəvəti ilə Bakıya gələrək, burada ümumi patologiya kafedrası (1925-1926-cı ildən etibarən patoloji fiziologiya kafedrası adlanır) təşkil etmiş və ona 1932-ci ilə qədər rəhbərlik etmişdir.
     Sonrakı illərdə kafedraya prof. M.M.Mirsəlimov (1932-1952-ci illər), prof. T.H.Paşayev (1952-1966-cı illər), prof. Ə.H. Ələkbərov (1967-1971-ci illər), prof. G.Ə.Hüseynov (1972-1979-cu illər), AMEA-nın müxbir üzvi, prof.Y.C. Məmmədov (1979-2000-ci illər) rəhbərlik etmişlər. 2001-ci ildən isə kafedraya prof. S.C.Əliyev rəhbərlik edir.
     Allergik reaksiyalar, ekstremal və terminal vəziyyətlərin patogenezində limfa sisteminin rolu, adekvat korreksiya üsullarının işlənib hazırlanması.
     C.H. Təqdisi «Şokun müasir məsələləri» (Bakı, Azərnəşr, 1975, rus dilində); C.H.Təqdisi «Mikroelementlər və orqanizmin neyrohumoral requlyasiyası» (Bakı, Azərnəşr, 1980, rus dilində); Y.C. Məmmədov və dig. «Praktik limfologiya» (Bakı, Azərnəşr, 1982, rus dilində); C.H. Təqdisi, S.C. Əliyev «Mikroelementlər və sağlamlıq» (Moskva, Znanie, 1983, rus dilində); Y.C.Məmmədov «Qan və limfanın laxtalanması: vena trombozu zamanı onun korreksiyası» (Bakı, Azərnəşr, 1985, rus dilində); Y.C.Məmmədov «Miokard infarktı. Ürəyin limfa sistemi. Patofiziologiyası və müalicəsinin əsasları» (Moskva, Medisina, 1989, rus dilində); Y.C. Məmmodov, İ.H.Musayev «Patoloji fiziologiya» (dərslik, Bakı, 1974, azərbaycan dilində); Y.C.Məmmədov, C.H.Təqdisi, F.İ.İslamzadə «Patoloji fiziologiya» (dərslik, Bakı, 1989,2004, azərbaycan dilində); S.C.Əliyev, H.M. Hacıyeva, N.C.Mikayılzadə «Tibbi biliklərin əsasları» (dərslik, Bakı, 2004, azərbaycan dilində); S.C. Əliyev, İ.H.Musayev «Patoloji fiziologiyadan situasiya məsələləri» (Bakı, 2004, azərbaycan dilində); S.C. Əliyev və d. «Patoloji fiziologiyadan dərs vəsaiti» (Bakı, 2004, azərbaycan dilində).
     Kafedrada 36 əməkdaş çalışır, bunlardan:
     AMEA-nın müxbir üzvi -1 nəfər
     Tibb elm. doktoru, professor -3 nəfər
     Əməkdar elm xadimi -1 nəfər
     Əməkdar müəllim -1 nəfər
     Əməkdar ali məktəb işçisi -1 nəfər
     Tibb elm. namizədi, dos. -6 nəfər
     Tibb elm. namizədi, b.m. -1 nəfər
     Tibb elm. namizədi, ass. -7 nəfər
     15-ə qədər tibb elmləri doktoru, 70-ə qədər tibb elmləri namizədi müdafiə etmişdir.
     1500-dən çox məqalə çap olunmuşdur.
     Allergik xəstəliklərin, ekstremal və terminal vəziyyətlərin patogenezində limfa sisteminin mühüm rol oynaması müəyyən edilmiş, mikroelementlərdən, Azərbaycan florasından olan və limfalaxtalanmaəleyhinə təsir göstərə bilən yeni limfatromb dərman maddələri işlənib hazırlanmışdır.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |