
Ünvan : AZ1078, Bakı, Mərdanov qardaşları - 98, ATU - nun 4 saylı fizika-kimya korpusu, tel: 495-49-94.
Kafedra müdiri: Professor Məmmədov Loğman Abbas oğludur.
Kafedra 1919 - 1920 - ci ildə Bakı Dövlət Universitetinin tərkibində yaradılmış tibb fakultəsinin nəzdində fəaliyyətə başlamış və ona 1930 - cu ilə qədər müxtəlif vaxtlarda professorlar V.İ.Razumovski, Q.B.Berladski, A.İ.Okinşeviç, S.L.Kulebyakin rəhbərlik etmişdir.
1930 - cu ildə Bakı Dövlət Universitetinin tərkibində olan tibb fakultəsinin əsasında Tibb İnstitutu yaradılarkən operativ cərrahlıq və topoqrafik anatomiya fənni institutun Ümumi cərrahiyyə kafedrasının nəzdində 1936 - cı ilə qədər kurs formasında tədris olunmuşdur.
1936 - cı ildə institutun Elmi Şurasının qərarı ilə dosent kursunun fəaliyyəti dayandırılmış və operativ cərrahlıq və topoqrafik anatomiya kafedrası yaradılmışdır, ona 1938 - ci ilə qədər dosent Z.M.Məmmədov rəhbərlik etmişdir.
1938 - 1964 - cü illərdə kafedraya professor G.P.Qurbanov, 1964 - 1967 - ci illərdə əməkdar elm xadimi, professor X.D.Hacıyev, 1967 - 1975 - ci illərdə professor T.A.ƏIiyeva, 1975 - 1977 - ci ildə professor M.Ş.Cahangirov, 1978 - 1985-ci illərdə professor M.M.Mehdiyev, 1985 - 90 - cı illərdə professor R.Ə.Əsgərov, 1990 - 91-ci illərə kimi professor Q.Ş.Qarayev rəhbərlik etmişlər ,1991 - ci ildən hal - hazıra kimi isə kafedranın müdiri professor LA.Məmmədovdur.
Kafedranın elmi problemi: «Cərrahlıqda irinli proseslər (patogenezi, diaqnostika, profilaktika və müalicə üsullarının işlənilməsi)».
Son 5 ildə Universitetin tələbələri üçün azərbaycan dilində 5 dərslik və tədris metodik vəsaiti çap edilmişdir:
1) LA.Məmmədov «Bel və peritonarxası sahənin topoqrafiyası və cərrahi əməliyyatları». Dərslik., Bakı , 2001, 12,5 ç.v.
2) X.Ə.Həsənova «İnsan ətraflarının fassiyal törəmələri». Tədris - metodik vəsaiti. Bakı,2001.51s.
3) L.A.Məmmədov, L.M.Hüseynov, S.N.Yaqubov. «İnsan ətraflarının cərrahi anatomiyası». Dərslik. Bakı, 2002. 37,5 ç.v.
4) LA.Məmmədov «Ümumi operativ cərrahlıq. Ətraflarda cərrahi əməliyyatlar». Dərslik . Bakı, 2003. 14,25 ç.v.
5) LA.Məmmədov «Döş nahiyəsinin topoqrafiyası və cərrahi əməliyyatları» Dərslik. Bakı, 2003, 42,5 ç.v.
6) LA.Məmmədov «Qarın nahiyəsinin topoqrafiyası və cərrahi əməliyyatları». Dərslik. Bakı, 2004, 67,5 ç.v.
Kafedranın professor - müəllim heyəti 13 nəfər, baş laborantlar - 3 nəfər, kiçik personal - 6 nəfərdir. Bunlardan 1 - tibb elmləri doktoru, professor, 3 - tibb elmləri namizədi, dosent,1 - tibb elmləri namizədi, baş müəllim, 2 - dərəcəsiz, baş müəllim, 6 - dərəcəsiz, assistent.
Son beş ildə iki namizədlik dissertasiyası işlərinin ilkin müzakirəsi keçirilmişdir.
|