
Ünvan: Az 1022, Bakıxanov 23 Tel:. 440-64-50; Kafedra A.T. Abbasov adına Şəhər Onkoloji Dispanserində yerləşir.
Kafedra müdiri əməkdar elm xadimi, akademik Əmiraslanov Əhliman Tapdıq oğludur.
Kafedranın əsası 1974-cü ildə qoyulub.
1974-1990-cı illərdə kafedraya Abdullayev Məmməd Cabbar oğlu, 1990-1993-cü illərdə Ağayev İbadulla Nüsrət oğlu rəhbərlik etmişlər.
Kafedra müdiri akademik Əmiraslanov Əhliman Tapdıq oğlu 1993-cü ildən kafedraya rəhbərlik edir.
Kafedrada 2 elmi tədqiqat işi yerinə yetirilir:
I Mövzu – Azərbaycanda bədxassəli şişlər: epidemiologiyası, diaqnostika və müalicə metodlarının optimallaşdırılması, müalicənin uzaq nəticələri.
II Mövzu – Bədxassəli şişlərin erkən diaqnostikasında və proqnozunda parakrin və immunohumoral faktorların klinik əhəmiyyəti.
Kafedrada 3 dərslik, 5 monoqrafiya, 74 məqalə, 270-dən çox tezis nəşr edilmişdir:
1. «Onkologiya» - Dərslik, 1995 Bakı - müəllif Əmiraslanov Ə.T.
2. «Uşaq onkologiyası» - Dərslik, 2003 Bakı - müəllif Əmiraslanov Ə.T., Qazıyev A.Y.
3. «Abdominal onkologiya»- Dərs üçün vəsait, 2004 Bakı - müəllif Əmiraslanov Ə.T., Bayramov R.B.
Kafedrada 41 əməkdaş çalışır. Onlardan 1 akademik, 2 tibb elmləri doktoru, 15 tibb elmlər namizədi elmi dərəcəsi vardır. Kafedrada 6 dosent, 11 assistent, 7 aspirant çalışır.
Kafedrada 3 doktorluq, 13 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Kafedrada xarici və ölkə istehsalı olan diz və bazu endoprotezlərinin qoyulması, süd vəzi xərçənginə görə mastektomiyadan sonrakı plastik əməliyyatları icra edilir. Həmçinin qida borusu, qırtlaq, pankreatoduodenal zona, mədə və başqa orqanların onkoloji xəstəliklərin müalicəsində müasir metodların tətbiq edilir.
|