Axtarış:
Kafedralar > Oftalmologiya kafedrası
     Ünvan: AZ1110, Bakı, Puşkin küç.26, tel.:495-55-09.
     Tibb elmləri doktoru, professor Paşa İsmayıl oğlu Musayev Qəlbinur Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, Rusiya tibb elmləri Akademiyasının fəxri doktoru, Azərbaycan Yazıçılar İttifaqının üzvü, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəri (1991-ci ildən kafedraya rəhbərlik edir).
     Azərbaycanda göz xəstəlikləri kafedrası 1922-ci ildə yaranmışdır. Fəaliyyətinin ilk illərində kafedra hal-hazırki 4 saylı xəstəxanada yerləşirdi. Sonralar isə 1939-cu ildən Göz xəstəxanasının binasına köçürülmüşdür. 1946-cı ildən bura Azərbaycan Elmi Tədqiqat İnstitutuna çevrilmişdir. 1972-ci ildə kafedra Semaşko adına xəstəxananın Göz xəstəlikləri şöbəsində yerləşdirilmiş və burada 80 tədris çarpayısı ilə təchiz olunmuşdur. Kafedranın sərbəst mühazirə zalı, dərs və aparat otaqları, 2 cərrahi əməliyyat otağı var idi.
     1922-ci ildə qısa müddət ərzində kafedraya Y.K.Varşavskiy rəhbərlik etmişdir. Sonradan onu K.X.Orlov əvəz edir. 1923-1945-ci illərdə kafedraya professor Trubin, 1945-1974 illərdə əməkdar elm xadimi, Azərbaycan SSR EA-nın müxbir üzvü, professor Umnisə Süleyman qızı Musabəyova, 1975-1991-ci illərdə professor Z.T.Quliyeva, 1991-ci ildən hal-hazıra qədər kafedraya prof. P.İ.Musayev rəhbərlik edir.
     Kafedranın aşağıdakı elmi problemləri var:
     Görmə orqanının fiziologiyası və patologiyası;
     Damarlı qişanın xəstəliklərinin medikamentoz və cərrahi müalicəsi;
     Kompüterin görmə orqanına təsirinin öyrənilməsi və Aktipol preparatının müxtəlif göz xəstəliklərinin müalcəsində tətbiqi;
     Göz xəstəliklərinə müasir yanaşma.
     Kafedra əməkdaşlarının əsas əsərləri:
     «Göz xəstəlikləri» (1936),
     Musabəyli U.S. «Göz xəstəlikləri» (azərbaycan dilində, 1972);
     Z.T.Quliyeva, Z.R.Zairova «Çəpgözlük və onun müalicəsi» (azərbaycan dilində, 1977);
     Musabəyli U.S., Axundova R.M. «Refraksiya, akkomodasiya və optik şüşələrin təyini» (azərbaycan dilində, 1977);
     Axundova R.M., Quliyeva Z.T., Zairova P.Q. «Çəpgözlük və müalicəsi» (azərbaycan dilində, 1977);
     Quliyeva Z.T. «Göz xəstəlikləri» (1978);
     Şulpina N.B., Əliyeva Z.A. «Terapevtik oftalmologiya» (rus dilində,1985);
     Quliyeva Z.T. «Göz xəstəlikləri» (azərbaycan dilində, 1986);
     Мусаев П.И., Полупроницаемые барьеры глаза: Monoqrafiya. (rus dilində, 1986);
     Quliyeva Z.T, Zairova P.H. «Göz xəstəlikləri» (azərbaycan dilində, 1987);
     Мусаев П.И., Кузнетцов Д.А. Проблема полиаденилирования РНК в биологии и медицине: Monoqrafiya (rus dilində, 1992);
     Musayev P.İ., Abdullayev E., Qeybullayev A.A., Əliyev Q.M., İbrahimov B.M., Məmmədov L.A., Rüstəmov Ə.M., Tağıyev E.Q., Hacıyev C., Hüseynov N., Ceylanov F.C. «Keçid dövründə Azərbaycan Respublikası Səhiyyə sisteminin əsas istiqamətləri haqqında konsepsiya» (1992);
     Müsabəyova F.M. «Göz sizin əllərinizdə silsiləsindən» Tələbələrdə assosiativ təfəkürün inkişafı, oftalmoloqiyaya aid biliklərin möhkəmləndirilməsi ücün metodik vəsait (2001, azərbaycan dilində);
     Müsabəyova F.M. «Göz sizin əllərinizdə silsiləsindən» Göz almasının ön hissəsinin xəstəlikləri və müalicəsi haqqında tələbələrdə məntiqi təfəkkürün inkişafı ücün metodik vəsait (2002, azərbaycan dilində);
     Musayev P.İ., Əliyeva S.T., Qəhramanov H.M., «Göz xəstəlikləri» dərslik (2005, azərbaycan dilində).
     Azərbaycanda traxoma xəstəliyini ləğv edilməsində bu kafedranın xüsusi rolu var idi. Kafedrada qlaukoma kimi ağır xəstəliyin öyrənilməsi və müalicəsinə aid böyük işlər aparılmış və bu istiqamətdə elmi işlər davam edir.
     Kafedrada 29 nəfər əməkdaş çalışır.
     Tibb elmləri doktoru, professor 1 nəfər
     Tibb elmləri namizədi, dosent 3 nəfər
     Tibb elmləri namizədi, assistent 7 nəfər
     Assistent 5 nəfər
     Baş laborant 5 nəfər
     Tibb elmləri namizədi, baş laborant 1 nəfər
     Klinik ordinator 3 nəfər
     Preparator 3 nəfər
     Son illər ərzində Oftalmologiya kafedrasında 2000-nə yaxın məqalə çap olunmuşdur.
     12-17 noyabır 2002-ci il tarixində Brüsseldə (Belçika) 51-ci Ümumdünya İxtiralar salonunda «Brüsel Evrika 2002»sərqisində «Oftalmoloqiyada yeni dərman preparatı Aktipol» kəşvi Böyük Qızıl medalla və Belçika Maliyyə Nazirliyinin xüsusi prizinə layiq görülmüşdür. Təklif olunan yeni dərman preparatının müəllifləri Paşa Musayev Qəlbinur, tibb elmləri doktoru Sevinc Əkbərova və biologiya elmləri doktoru Olqa Stroyevadır.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |