Axtarış:
Kafedralar > Normal fiziologiya kafedrası
     Ünvan: AZ1078 , Bakı şəhəri, Mərdanov qardaşları 98. 4-cü tədris binası. Tel:. 4954953
     Kafedra müdiri – AMEA-nın müxbir üzvü, t.e.d., professor Faiq İlahi oğlu Cəfərov, 1991-ci ildən kafedraya başçılıq edir.
     Kafedra 1920 ildə BDU-nin tibbi fakultəsi nəzdində yaradılmışdır.
     1920-ci ildə kafedraya assistent Landau, 1921-ci ildən 1925-ci ilə qədər dos.Çernikov, 1925-ci ildən 1951-ci ilə qədər isə professor P.Y.Rastovsev rəhbərlik etmişdir.1951-1970-ci ildən kafedraya prof.S.R. Ocaqverdizadə, 1971-1990 - cı illərdə prof. Q.M. Qəhrəmanov rəhbərlik etmişdir.
     1991-ci ildən isə kafedraya AMEA-nın müxbir üzvü, professor F.İ.Cəfərov rəhbərlik edir.
     Kafedranın elmi problemi «Müxtəlif bioloji keyfiyyətli motivasiya və emosiyaların mərkəzi və periferik mexanizmləri».
     Kafedra əməkdaşlarının əsas əsərləri neyromediatorlar və neyropeptidlərin təsir xüsusiyyətlərinə həsr edilmişdir.
     Kafedrada bir çox dərsliklər və dərs vəsaiti nəşr edilmişdir.
     a) «İnsan fiziologiyası»,ilk cildlik, müəllifi, F.İ.Cəfərov.
     b) « Normal fiziologiyadan təcrübə dərslərinə rəhbərlik», müəllifi F.İ.Cəfərov.
     v) «Fiziologiyadan situasion məsələlər və testlər», müəllifi F.İ.Cəfərov.
     q) «Fizioloji terminlər lüğəti», müəllifi F.İ.Cəfərov.
     d) «Fiziologiyadan təcrübə dərsliyi» I, II, III, cildlər, müəllifləri F.İ.Cəfərov,
     Q.M.Qəhramanov, M.D.Mikayılzadə.
     Dərsliklər və dərs vəsaitləri latın qrafikası ilə çap olunmuşdur.
     Kafedra əməkdaşlarının sayı 40 nəfərdir. Bunlardan 2- si elmlər doktoru, 20 nəfəri isə elmlər namizədidir.
     2 doktorluq, 18 nəfəri isə namizədlik dissertasiyası müdafiə etmişdir.
     156 məqalə çap edilmişdir.
     Kafedra müdiri Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Beynəlxalq Elmlər Akademiyası rəyasət heyyətinin üzvüdür. London Beynəlxalq Bioqrafiya Mərkəzinin Sədr müavini, London Diplomatik Akademiyasının üzvü kimi fəaliyyət göstərir.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |