Axtarış:
Kafedralar > Mikrobiologiya və immunologiya kafedrası
     Ünvanı: AZ1078 Azərbaycan, Bakı, Mərdanov qardaşları küç.98 ; 4-cü tədris binası 3-cü mərtəbə. tel: 495-49- 72, 495-49-78; E-mail: tmikatu@box.az.
     Kafedra müdiri - T.e.d., professor Qarayev Zakir Ömər oğlu, 2004-cü ildən kafedraya rəhbərlik edir.
     Kafedra 1926-cı ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinin nəzdində yaradılmışdır. İlk dövrlərdə kafedraya t.e.d., professor P.F.Zdrodovski rəhbərlik etmişdir (1930-cu ilə qədər).
     Kafedraya kimlər başçılıq etmişlər:
     1926-1930 illərdə kafedra müdiri t.e.d., professor P.F.Zdrodovski 1930-1932 illərdə kafedra müdiri t.e.d., professor İ.A. Zilber 1932-1933 illərdə kafedra müdiri t.e.d., professor V.A.Barıkin 1933-1971 illərdə kafedra müdiri t.e.n., dosent F.A.Yaqubov 1971-1988 illərdə kafedra müdiri t.e.d., professor N.C.Əliyev 1988-2003 illərdə kafedra müdiri t.e.d., professor H.H.İbrahimov 2004-cü ildən etibarən kafedra müdiri t.e.d., professor Z.Ö.Qarayev .
     Kafedranın elmi problemləri: «Şərti patogen mikroorqanizmlərlə törədilən xəstəliklərin etioloji strukturu, patogenetik xüsusiyyətləri, müalicə və profilaktika prinsipləri».
     Kafedra əməkdaşları tərəfindən aşağıdakı dərsliklər nəşr olunmuşdur.
     1. Əliyev N.C. «Tibbi mikrobiologiya», 1975 (azərbaycan dilində dərslik);
     2. İbrahimov H.H. «Tibbi mikrobiologiya», 1995 (azərbaycan dilində dərslik);
     3. İbrahimov H.H., Əhmədov İ.B., Zeynalova S.Q., Bayramov A.Q. 3. «Tibbi mikrobiologiyadan təcrübə məşğələlərinə dair», 1998 (azərbaycan dilində dərslik);
     4. Əliyev N.C., Qədirova H.H., Zeynalova S.Q. «Tibbi virusalogiya kursuna dair tədris vəsaiti». 1985 (azərbaycan dilində dərslik).
     Kafedranın 39 nəfər əməkdaşı var. Bunlardan: 3- t.e.d. professor; 1 t.e.d.; 9-t.e.n., dosent; 5-t.e.n., baş müəllim, 2- t.e.n., assistent; 4-assistent; 3-baş laborant, 12- yardımçı heyət.
     İndiyədək kafedrada 7 doktorluq dissertasiyası və 33 namizədlik dissertasiyası müdafiə edilmişdir.
     1000-dən artıq elmi məqalə çap edilmişdir.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |