Axtarış:
Kafedralar > Məhkəmə təbabəti kafedrası
     Ünvan: AZ0078, Bakı, M.Qasımov küç. 1 tel.: 495-34-94. Kafedra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya " Birliyinin bazasında yerləşir.
     Kafedra müdiri-Tibb elmləri doktoru, professor Bünyatov Mənsur Oyandur oğlu, 2004-cü ildən kafedraya rəhbərlik edir.
     Kafedranın əsası 1920-ci ildə Bakı Dövlət Üniversitetinin Tibb fakultəsi nəzdində qoyulmuşdur. İlk vaxtlar kafedraya rəhbərlik Mixaylov (indiki Hacıqasımov adına 1 saylı doğum evi) xəstəxanasının prozektoru İ.M.Leplinskiyə həvalə olunmuşdur. 1922-ci ildə kafedraya müvəqqəti olaraq Şimali Qafqaz Universitetinin professoru A.İ.Şibko rəhbərlik etmişdir. 1922-1928-ci illərdə kafedraya rəhbərlik yenidən İ.M.Leplinskiyə tapşırılmışdır. İ.M.Leplinskinin vəfatından sonra, yəni 1928-ci ildə pataloji anatomiya kafedrasının müdiri İ.İ.Şirokoqorov eyni zamanda məhkəmə təbabəti kafedrasının müdiri vəzifəsini icra etmişdir. l929-cu ildən 1948-ci ilə qədər kafedraya professor B.A.Rojanovski , 1948-1949-cu illərdə dos. Y.A.Dasayev, 1950-ci ildən 1970-ci ilə qədər professor Ə.Ə.Sultanov rəhbərlik etmişdir. 1970-ci ildə məhkəmə təbabəti kafedrasının müdiri vəzifəsinə professor Ş.A.Səlimxanov seçilmişdir. l991-2003-cü illərdə kafedraya professor R.M.Yusifli rəhbərlik etmişdir. 2003-2004-cü illərdə kafedra müdiri vəzifəsini müvəqqəti olaraq dosent Z.M.Məmmədov icra etmişdir.
     Kafedranın elmi problemləri - tüklərin məhkəmə-tibbi müayinəsi əsasında şəxsiyyətin identifikasiyası və məhkəmə-tibbi travmatalogiya.
     Kafedra əməkdaşlarının əsas əsərləri:
     1) K.İ.Tatiyev "Meyitin tapıldığı yerdə ilkin müayinəsi ", Monoqrafiya ,rus dilində - 1928.
     2) B.A.Rojanovski "Məhkəmə tibbi kursu", dərs vəsaiti, rus dilində - 1935.
     3) Ş. A. Səlimxanov "Meyitin məhkəmə-tibbi müayinəsi", dərs vəsaiti, azərbaycan dilində, 1982.
     4) Ş.A.Səlimxanov, R.M.Yusifli "Meyitin suda qalma müddətinin təyini üsulu", ixtira, rus dilində, 1982.
     5) Ş.A.Səlimxanov "Meyitin tapıldığı yerdə müayinəsi", dərs vəsaiti, azərbaycan dilində, 1984.
     6) R.M.Yusifli "Tükün identifikasiya üsulu", ixtira, rus dilində, 1985.
     7) R.M.Yusifli "Tükün zədələnməsinin məhkəmə-tibbi diaqnostika üsulu" ixtira, rus dilində, 1985.
     8) Ş.A.Səlimxanov "Yanmış meyitlərin ekspertizası", dərs vəsaiti, azərbaycan dilində,1990.
     9) Ş.A.Səlimxanov "Məhkəmə təbabəti", dərslik, azərbaycan dilində, 1992.
     10) R.M.Yusifli "Oxşarlıqdan identifıkasiyaya"(insan tüklərinin identifikasiyasının yeni aspektləri), monoqrafıya, rus dilində, l992.
     11) R.M.Yusifli "Tüklərin məhkəmə-tibbi ekspertizasının yeni aspektləri" monoqrafiya, azərbaycan dilində, 1995.
     12) A.A.Xanməmmədova, Z.M.Məmmədov "Yeni doğulmuş uşaq meyitlərinin məhkəmə-tibbi ekspertizası", dərs vəsaiti, azərbaycan dilində, 1998.
     13) Ş.A.Səlimxanov "Meyitin məhkəmə-tibbi ekspertizasının (müayinəsinin) sənədləşdirilməsi və "Ölüm haqqında həkim şəhadətnaməsi"-nin tərtib edilməsi", dərs vəsaiti, azərbaycan dilində, 1999.
     14) R.M.Yusifli, Z.M.Məmmədov, R.Ə.Əliyev "Meyitlərin məhkəmə-tibbi ekspertizası zamanı diaqnozların tərtib edilməsi və nəticələrin əsaslandırılmasma dair", dərs vəsaiti, azərbaycan dilində, 1999.
     15) R.M.Yusifli "Məhkəmə təbabətinin əsasları", dərslik, azərbaycan dilində, 2001.
     16) M.O.Bünyatov "Hündürlükdən yıxılmanın təyini üsulu", ixtira, rus dilində, 2001.
     17) V.Q.Məmmədov və başqaları "Kəskin və xroniki alkaqol intoksikasiyası" monoqrafıya, rusdilində, 2003.
     18) V.Q.Məmmədov və başqaları "Morfoloji əlamətlərə əsasən etanol və onun surroqatları ilə zəhərlənmələrin məhkəmə-tibbi diaqnostikası", monoqrafıya, rus dilində, 2004.
     Kafedra əməkdaşlarının sayı-17, o cümlədən 2 tibb elmləri doktoru, 4 tibb elmləri namizədi.
     Kafedrada 5 doktorluq, 13 namizədlik dissertasiyası müdafiə edilmişdir.
     Kafedrada 485 elmi məqalə çap olunmuşdur, o cümlədən 42-si uzaq xarici ölkələrdə.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |