
Ünavn: AZ0078, Bakı, Mərdanov qardaşları küç., 98, tel.: 495-54-37.
Kafedra müdiri dos. Əhmədov İ.R.
Qidalanma gigiyenası və kommunal gigiyena kafedralarının hər ikisi 1942-ci ildə təşkil edilmiş və 1987-ci ilə qədər sərbəst fəaliyyət göstərmişdir. 1987-ci ildə kafedralar birləşdirilmişdir.
Kafedrada keçilən fənnlər tibbi-profilaktika ixtisası üzrə təhsil alan tələbələrin təhsil proqramına daxildir. Kafedranın akademik personalı 1 professor, 3 dosent, 2 baş müəllim və 2 nəfər assistentdən ibarətdir.
Kommunal gigiyena kafedrasının ilk müdiri prof. D.İ.Koqan (1942-1944) olmuşdur. Müxtəlif illərdə kafedraya dos. C.R.Nuriyev (1944-1968), dos. L.M.Tağızadə (1968-1980),dos. A.K.Kərimov (1980-1986), prof. B.S.Kiçibəyov (1986-1987) rəhbərlik etmişlər.
Kommunal gigiyena kafedrasında respublikanın yaşayış məntəqələrinin su təchizatının gigiyenik qiymətləndirilməsi, Mingəçevir və Ceyranbatan su hövzələrinin sanitariya mühafizəsi, kənd yaşayış məntəqələrinin baş planının işlənməsi, Bakı şəhəri atmosfer havasının fotooksidantlarla çirklənməsinin gigiyenik təsiri, ona nəzarət üsulları və b. istiqamətlərdə elmi-tədqiqat işləri aparılmışdır. 5 namizədlik dissertasiyası müdafiə edilmiş, həmin dövrlərdə 20-dən artıq məqalə və tövsiyyələr çap olunmuş, kafedrada tədrisin təkmilləşdirilməsi, tədris prosesinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilmişdir.
Qidalanma gigiyenası kafedrasına yarandığı ilk illərdə (1942-1946) ümumi gigiyena kafedrasının müdiri prof. M.M.Əfəndizadə, sonra (1946- 1950) kommunal gigiyena kafedrasının müdiri dos. C.R.Nuriyev (hər ikisi əvəzçilik üzrə) rəhbərlik etmişlər. Sonrakı illərdə kafedraya dos. Ə.H.Abdulov (1950-1963), prof. Ə.M.Məmmədov (1964-1965 əvəzçilik üzrə) və dos. N.C.Bağırov (1965-1978) rəhbərlik etmişlər.
1950-ci ildən kafedrada tədris işinin təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Kafedra əməkdaşlarının 20 elmi məqaləsi və qida gigiyenasına dair yaddaş kitabçası çar edilmişdir.1964-cü ildən kafedrada tədris işləri ilə bərabər, elmi-tədqiqat işlərinin keyfiyyətinə də diqqət artırılmış və 2 aspirant namizədlik dissertasiyası, 1 nəfər (M.H.Kərimova) 1975-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
Kafedranın elmi fəaliyyətinin əsas istiqamətlərini neft qazmaçılarının qidalanmasının səmərələşdirilməsi, məktəbəqədər uşaq müəssisələrində qidalanmanın öyrənilməsi, yeyinti sənayesində tətbiq edilən poliamid qətranının gigiyenik və toksikoloji səciyyələndirilməsi, əhalinin qidasının mikroelement tərkibinin öyrənilməsi və s. məsələlər təşkil etmişdir.
Kafedra əməkdaşlarının 80-ə yaxın elmi məqaləsi, qida gigiyenasına dair yaddaş kitabçası, «Qidalanma gigiyenasından praktik məşğələlərə rəhbərlik», «Azərbaycan müalicə kulinariyası» adlı tələbələr üçün tədris vəsaiti və 2 metodik tövsiyə çar edilmiş, 1 ixtiraya müəlliflik şəhadətnaməsi alınmış, 1 doktorluq və 3 namizədlik dissertasiyası müdafiə edilmişdir.
1978-ci ildə qidalanma gigiyenası kafedrasının müdiri vəzifəsinə prof. M.H.Kərimova seçilmişdir. Tədqiqatlarını əsasən qidanın, o cümlədən milli Azərbaycan xörəklərinin bioloji dəyərinin öyrənilməsinə həsr edən M.H. Kərimovanın kafedraya rəhbərlik etdiyi dövrdə kafedrada elmi-tədqiqat işlərinin əhatə dairəsi daha da genişləndirilmiş, elmi-tədqiqatların əksəriyyəti pestisidlərlə təmasda olan kənd təsərrüfatı əməkçilərinin, məktəbəqədər və məktəb yaşlıların, qocalar evlərində yaşayanların qidalanmasının və vitaminlər vasitəsilə müalicənin səmərəliliyinin öyrənilməsinə, «Stress və qidalanma» mövzularında elmi-tədqiqat işinin yerinə yetirilməsinə həsr edilmiş, əməkdaşlardan 6 nəfər namizədlik dissertasiyası müdafiə etmişlər.1978-ci ildə qidalanma gigiyenası kafedrasının müdiri vəzifəsinə prof. M.H.Kərimova seçilmişdir. Tədqiqatlarını əsasən qidanın, o cümlədən milli Azərbaycan xörəklərinin bioloji dəyərinin öyrənilməsinə həsr edən M.H. Kərimovanın kafedraya rəhbərlik etdiyi dövrdə kafedrada elmi-tədqiqat işlərinin əhatə dairəsi daha da genişləndirilmiş, elmi-tədqiqatların əksəriyyəti pestisidlərlə təmasda olan kənd təsərrüfatı əməkçilərinin, məktəbəqədər və məktəb yaşlıların, qocalar evlərində yaşayanların qidalanmasının və vitaminlər vasitəsilə müalicənin səmərəliliyinin öyrənilməsinə, «Stress və qidalanma» mövzularında elmi-tədqiqat işinin yerinə yetirilməsinə həsr edilmiş, əməkdaşlardan 6 nəfər namizədlik dissertasiyası müdafiə etmişlər.
Yuxarıda göstərildiyi kimi, 1987-ci ildə qidalanma gigiyenası və kommunal gigiyena kafedraları birləşdirilmiş və yeni yaradılan qidalanma və kommunal gigiyena kafedrasına prof. M.H.Kərimova müdir təyin olunmuşdur.
Həmin dövrdə tələbələr üçün tədris-metodik vəsaitlərin hazırlanması, mövzular üzrə proqramlaşdırılmış nəzarət sualları, situasiya tapşırıqları, test biletləri tərtib edilib tədrisdə geniş tətbiq edilmiş, işçi oyunlar keçirilmişdir. «Qida obyektlərində sanitariya-mikrobioloji nəzarət» Bağırov N.C. Kərimova M.H.(1983), «Qida zəhərlənmələri və onlara qarşı profilaktik tədbirlər» Kərimova M.H., Bağırov N.C.(1985), «Mineral gübrələr, qida və yem əlavələri, çirkab sularının tətbiqi və onlardan istifadə edilməklə əldə olunan yeyinti məhsullarının keyfiyyəti üzərində sanitar-gigiyenik nəzarət» M.H.Kərimova, İ.R.Əhmədov (1989) dərs vəsaitləri, « Гигиена атмосферного воздуха » M.H.Kərimova, A.M.Məmmədov, S.Ə.Əhmədova (1990) tələbələrin sərbəst hazırlaşmaları üçün tədris vəsaiti, 10-dan artıq tələbələrin auditoriyadankənar sərbəst hazırlaşmaları üçün tədris metodik vəsaitlər çap edilib tələbələrin istifadəsinə verilmişdir.
Kafedrada «Şəhər və kənd əhalisinin, uşaq və yeniyetmələrin qidalanmasının səmərələşdirilməsi», «Əhalinin faktik qidalanması və sağlamlıq vəziyyəti», «Atmosfer havasının çirklənməsinin və çirklənmə mənbələrinin məktəbyaşlı uşaqların əmək qabiliyyətinə təsirinin sanitariya-gigiyena baxımından qiymətləndirilməsi» mövzularında kompleks elmi-tədqiqat işləri həyata keçirilmişdir. Bu işlər əsasında əməkdaşlardan 3 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Beləliklə prof. M.H.Kərimovanın rəhbərliyi altında 9 namizədlik dissertasiyası müdafiə edilmiş, 1 nəfər doktorluq dissertasiyasını başa çatdıraraq ixtisaslaşdırılmış şuraya təqdim etmişdir.
Bu dövrdə kafedranın tədris proqramına yeni bölmə – «dietologiya» kursu daxil edilmişdir. Bununla əlaqədar olaraq, kafedranın əməkdaşları – M.H.Kərimova, İ.R.Əhmədov, İ.R.Ələsgərova bu bölmə üzrə tədris prosesinin keyfiyyətini yüksəltmək və tələbələrin fənni mənimsəməsinə kömək etmək məqsədilə Azərbaycan və rus dilində «Alimentar və qeyri alimentar xəstəliklərin dietologiyası» (1997) adlı tədris-metodik vəsaiti çap etdirmişlər. Eyni zamanda seminar məşğələləri üçün metodik vəsaitlər, tələbələrin biliyini yoxlamaq üçün proqramlaşdırılmış nəzarət vasitələri və situasion məsələlər tərtib etmişlər.
Prof. M.H.Kərimova 1999-cu ilə qədər kafedraya rəhbərlik etmiş, Moskva şəhərinə köçməsi ilə əlaqədar 1999-cu ildə kafedra müdiri vəzifəsindən öz xahişi ilə azad edilmişdir.
Həmin vaxtdan kafedraya dos. İ.R. Əhmədov rəhbərlik edir.
Kafedrada tədris proqramlarının, tələbələr üçün tədris-metodik vəsaitlərin təkmilləşdirilməsi, məşğələlərin laborator avadanlıqlar və reaktivlərlə təminatının yaxşılaşdırılması istiqamətində nəzərəçarpan işlər görülmüşdür. Bütün mövzular üzrə proqramlaşdırılmış nəzarət sualları, situasiya tapşırıqları, test biletləri tərtib edilib tədrisdə geniş tətbiq edilir, işçi oyunlar keçirilir. Mühazirə və təcrübə məşğələlərinin əyani vasitələrlə təminatı gycləndirilmiş, bu məqsədlə 300-dən artıq transpiranslar hazırlanıb tədrisdə istifadə edilir. Hazırda isə kafedrada intensiv olaraq kompyüter texnikasının tədrisdə tətbiqinə başlanmışdır. Mühazirə mövzularının hamısının (təcrübə məşğələlərinin isə qismən) kompyüter variantı işlənib hazırlanmış və tədrisdə müvəffəqiyyətlə tətbiq olunur.
Kafedra Respublika Səhiyyə Nazirliyi və Beynəlxalq Səhiyyə Təşkilatları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. 2000-ci ildən etibarən «Mikronutrient çatışmazlıqları ilə mübarizə» regional proqramı çərçivəsində «Azərbaycan Respublikası əhalisinin müxtəlif qrupları arasında alimentar patologiyaların inkişafında qidalanmanın rolu və müasir şəraitdə profilaktikası yolları» mövzusunda elmi tədqiqat işi həyata keçirilərək başa çatdırılıb. Kafedra əməkdaşları Səhiyyə Nazirliy xətti ilə Respublika səviyyəsində «Yod satışmazlığı xəstəlikləri» və «Alimentar anemiyanın» profilaktikasına dair çox geniş tədbirlər həyata keçirmişlər.
Səhiyyə Nazirliyi, UNİCEF və AİB-in köməyi ilə bu mövzu çərçivəsində müxtəlif sahələrin mütəxəssisləri: səhiyyə və təhsil işçiləri, ictimaiyyət nümayəndələri, GEM-lər, gömrük xidməti, sanitar-karantin xidməti işçiləri, duz və un istehsalı müəssisələri işçiləri və laborator xidmətləri üçün müvafiq metodik vəsaitlər-treninq paketləri (12 vəsait) çap etdirilərək həmin qurumların bu vəsaitlərlə təminatına imkan yaradılmışdır.
Kafedranın əməkdaşlarından prof. M.S.Qasımovun son illərdə «Pəhriz xörəkləri. Azərbaycan mətbəxi» (1995) kitabı, «Ümumi dietologiyanın əsasları» (1997) adlı dərs vəsaiti, həmmüəlliflərlə «Azərbaycan mətbəxində pəhriz» (2004), «Artıq bədən çəkisi və piylənmə ilə yanaşı gedən xəstəliklərdə pəhriz» (2004), «Диетическое питание в Азербайджанской кулинарии» (2004), «Sağlam həyat tərzi uğrunda» (2005) «За здоровый образ жизни» (2005) kitabları, «Sosial təminat sistemində yoxsul, qoca və ahıl yaşlı adamların səmərəli və pəhriz qidalanmasının təşkili» (2006) və «Məktəblilərin gigiyena və sağlamlıq üzrə biliyini artırmaq üçün» metodik tövsiyyələri (2006) çap edilmişdir.
Kafedra müdiri dos. İ.R.Əhmədov Azərbaycan respublikası əhalisinin müxtəlif qrupları üçün qidalanma normaları və məhsul toplusunun (istehlak səbəti) işlənməsində yaxından iştirak edir.
Hazırda kafedrada bir doktorluq, bir namizədlik dissertasiyası işi başa çatdırılmışdır və AAK- na təqdim edilmək ərəfəsindədir.
Kafedranın fəaliyyəti müddətində əməkdaşlar tərəfindən 300-dən artıq elmi iş, o cümlədən 30-dan artıq metodik tövsiyyələr, yaddaş kitabçaları, dərslik və dərs vəsaitləri çap edilmişdır.
|