Axtarış:
Kafedralar > Klinik farmakologiya kafedrası
     Ünvan: “Kliniki farmakologiya” kafedrası 2 bazada yerləşir. Əsas bazanın ünvanı: AZ1054 Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 195, Məlikov adına 6 saylı BŞX-dır (tel: 412-39-61). İkinci baza isə AZ 1122, Şərifzadə 212, Mirqasımov adına RKX-da yerləşir.
     Kafedranın əsası 1992-ci ildə qoyulmuşdur. Həmin ildən hal-hazırki günə qədər kafedraya t.e.d. prof. Baxşəliyev Adil Baxşəli oğlu rəhbərlik edir.
     Kafedranın elmi problemi ürək qan-damar sistemi xəstəliklərinin rasional farmakoterapiyasıdır.
     Kafedra əməkdaşlarının elmi işləri:
     1. A.B. Baxşəliyev və həmm. Kliniki farmakologiya. Dərs vəsaiti, “Ozan nəşriyyatı, Bakı, 2004.
     2. A.B.Baxşəliyev, Mehdiyeva G.C. Psixotrop dərman maddələrinin kliniki farmakologiyası, 2005
     3. А.Б.Бахшалиев, Г.Д. Мехтиева. Побочные эффекты лекарственных средств. Учебное пособие, Баку, 2005
     Kafedrada hal-hazırda 2 proffesor, 3 dosent, 10 assistent (onlardan 6-sı t.e.n.-dir) fəaliyyət göstərir.
     Kafedranın fəaliyyəti ərzində 100-dən artıq elmi məqalələr çap olunmuşdur.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |