
Ünvan: AZ1022, Bakı, Mərdanov qardaşları 98, tel.: 441-38-38
T.e.d., RPTEA-nın akademiki, Respublikanın əməkdar həkimi, professor Vaqif Bilas oğlu Şadlinski 1995-ci ildən kafedraya başçılıq edir.
Əsası 1919-cu ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsi nəzdində qoyulan kafedra 1930-cu ildə Azərbaycan Dövlət Tibb institutunun yaradılması ilə əlaqədar tibb kadrları yetişdirən həmin ali təhsil ocağında öz fəaliyyətini davam etdirdi.
1919-1920-ci illərdə Azərbaycan Dövlət Universitetinin rektoru, ə.e.x., prof.V.İ.Razumovski (1857-1935) tibb fakültəsi nəzdində ilk dəfə «Normal anatomiya» və «Operativ cərrahlıq və topoqrafik anatomiya» kafedralarına rəhbərlik etmişdir. 1922-1926-cı illərdə kafedraya K.N. Malinovski (1876-1926), 1926-1937-ci illərdə N.İ. Anserov (1898-1944) Azərbaycan Dövlət Tibb İnstitutunun «Normal anatomiya» kafedrasına rəhbərlik etmişdir. Azərbaycanın ilk milli morfoloqu, prof. K.Ə. Balakişiyev (1906-1973) Azərbaycan anatomiya məktəbinin yaradıcısı olmuş və 1937-1973-cü illərdə insan anatomiyası kafedrasına rəhbərlik etmişdir. Onun vəfatından sonra 1973-1993-cü illərdə kafedraya prof. G.A. Hacıyev (1923-1993), 1990-1995-ci illərdə isə prof. R.Ə. Əsgərov (1933) rəhbərlik etmişdir. 1995-ci ildən hazıra qədər kafedraya t.e.d., professor, Respublikanın əməkdar həkimi, Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının akademiki V.B.Şadlinski (1940) rəhbərlik edir.
Kafedrada aparılan elmi işlər sinir, ürək-qan-damar sistemi və vəzili orqanların morfologiyasının aktual problemlərinin öyrənilməsinə həsr olunmuşdur.
86 illik fəaliyyəti dövründə kafedrada 18 monoqrafiya, 30 dərslik, 49 dərs və metodik vəsait, 5 səmərələşdirici təklif, tibbə və morfologiyaya aid olan 8 əlavələr və göstərişlər çap edilmişdir:
1.«İnsanın normal anatomiyası» K.Ə. Balakişiyev, 4 cildlik, azərbaycan dilində (1971, 1977, 1982 illər).
2.Нервы легких - R.Ə.Əsgərov, rus dilində, 1982 .
3. Anatomiya atlası - V.B. Şadlinski, Ş.İ. Qasımov, N.T. Mövsümov, azərbaycan dilində, Bakı, 1997.
4. Структурный гомеостаз и морфофункциональные особенности щитовидной железы в норме и при струмогенном воздействии - V.B. Şadlinski, rus dilində, Bakı, 1998.
5. Малые железы пищеварительной и дыхательной систем, M.R. Sapin, D.B.Nikityuk, V.B. Şadlinski, N.T. Mövsümov, rus dilində, Moskva, 2003
6. Анатомия человека - V.B.Şadlinski, N.T. Mövsümov, M.R. Sapin, rus dilində, Bakı, 2005.
Kafedrada 30 professor - müəllim heyəti, yəni 3 professor, 4 t.e.d., 22 t.e.n., 8 dosent çalışır.
Yarandığı 86 il ərzində kafedrada 14 doktorluq, 41 namizədlik dissertasiyası müdafiə edilmişdir.
86 il ərzində kafedrada cəmi 1100 elmi məqalə nəşr edilmişdir ki, bunlardan da 300-dən çoxu xaricdə çap olunmuşdur.
Kafedra müdiri t.e.d., prof., Respublikanın əməkdar həkimi, Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının akademiki V.B.Şadlinski «Morfologiya» jurnalının redaksiya heyətinin, (Sankt-Peterburq); «Eksperimental və klinik təbabət» jurnalı redaksiya şurasının, (Tbilisi); Avropa Patoloqlar Cəmiyyəti İdarə heyətinin, (Niderland); Beynəlxalq Anatomlar Assosiasiyasının Koordinasiya Şurasının üzvüdür. Prof. V.B. Şadlinski Beynəlxalq Kadrlar Akademiyası tərəfindən 1999-cu ildə Tibb təhsilində əldə etdiyi xüsusi nailiyyətlərə görə qızıl medalla təltif olunub.
|