
Ünvan: AZ0078, ATU, 996-cı kvartal, 5-ci korpus, 1-ci mərtəbə, (+994 12) 499 32 18, (+994 12) 495 25 68.
Kafedra müdiri: Tibb elmləri doktoru Nəsrullayeva Gülnarə Məmməd Əli qızı, 2003-cü il.
Kafedra 2003-cü ildə Avropa birliyinin TEMPUS tədris proqramı əsasında yaradılmışdır.
Kafedranın elmi problemləri: normal immun sisteminin quruluşu və fəaliyyətinin öyrənilməsi, immun patologiyaların əmələ gəlmə səbəblərinin, onların yaranma prinsiplərinin və müasir diaqnostika testlərin köməyi ilə təyini, eləcə də tibb universitetinin tələbələrinə nəzəri və kliniki immunologiyanın əsaslarını aşılamaq aiddir.
Kafedra tibb universitetinin tələbələri və həkimlər üçün "İmmunologiya" adlı ilk ana dilində yazılmış dərsliyi hazırlamışdır. (Müəlliflər - t.e.d., professor A.A.Əyyubova, t.e.d. G.M.Nəsrullayeva).
Kafedrada 1 t.e.d., 2 t.e.n. fəaliyyət göstərir. T.e.d. G.M.Nəsrullayeva, t.e.n. baş müəllim A.Z.Fərəməzov, t.e.n. S.H.Şahsuvarova daxildirlər.
Kafedra hal-hazırda 2 doktorluq və 2 namizədlik dissertasiyalarının yerinə yetirilməsinə köməklik göstərir.
Kafedrada hal-hazırda immunologiyanın müxtəlif istiqamətlərinin əhatə edən bir neçə elmi məqalə yekunlaşdırılmışdır.
2003-cü ildən bəri kafedra University College London, Westminster University (United Kingdom), Universite de Bretagne Occidentale (France), University L"Acquila (Italy) elmi tədqiqat mərkəzləri ilə birgə əməkdaşlıq edir. 2003-2005-ci illər ərzində yuxarıda adları çəkilən elmi-tədqiqat mərkəzlərində universitetimizin 6 tələbəsi ezamiyyətdə olmuşlar. Onların fəaliyyəti çox yüksək qiymətləndirilmiş və tələbələrimiz vətənə yüksək dərəcəli diplomlarla qayıtmışlar.
|