Axtarış:
Kafedralar > Histologiya, embriologiya və sitologiya kafedrası
     Ünvan: AZ0078, Bakı, Mərdanov qardaşları küçəsi, 98. Tel: 499-31-95 (kafedra müdiri) 495-25-65 (laboratoriya)
     Kafedraya 1999-cu ilin mart ayından tibb elmləri doktoru, professor Eldar Köcəri oğlu Qasımov rəbərlik edir.
     Respublikada histologiya, embriologiya və sitologiya elmlərinin formalaşma və inkişaf tarixi 1919-cu ildə yaradılmış Bakı Dövlət Universitetinin tibb fakultəsinin histologiya kafedrası ilə bağlıdır. 1930-cu ildə tibb fakültəsinin ayrılaraq müstəqil Azərbacan Dövlət Tibb İnstiutuna çevrilməsi ilə əlaqədar olaraq histologiya kafedrası sonuncunun tərkibinə daxil oldu. Histologiya kafedrasının yaradıcısı və onun ilk rəhbəri məşhur alman alimi R.Virxoffun tələbəsi və dünyanın ən görkəmli morfoloqlarından biri professor Moisey Solomonoviç Milman olmuşdur (1919-1940-cı illər). Yaradıldıqdan sonrakı ilk illərdə kafedra həddindən artıq ağır şəraitdə fəaliyyət göstərirdi: tədris auditoriyaları, mikroskoplar çatışmırdı, əyani-illüstrativ vəsaitlər demək olar ki, yox idi. Beləcə, 1919-1927-ci illərdə diqqətçəkən Histoloji İnstitut adını daşıyan (şək. 2) kafedranın universitetin əsas binasında 4 ədəd orta böyüklükdə otağı vardı. Bu otaqlardan həm praktik məşğələlərin keçirilməsi üçün, həm də ümumi laboratoriya kimi istifadə olunurdu. 1927-1937-ci illərdə institut başqa binaya köçürülür. Burada fənnin praktik kursunun tədrisi üçün dəhlizdən istifadə olunur, ümumi laboratoriyada hüceyrə kulturaları üçün otaqlar formalaşdırılır Bu illərdə kafedranın avadanlığı 25 mikroskop (onlardan çoxunu kafedra öz gücünə təsadüfi satıcılardan almışdı və nəticədə mikroskopların yalnız 15-i işə yararlı idi), 3 mikrotom, 3 termostat, cüzi miqdarda şüşə qab və metal ləvazimatlarla məhdudlaşırdı.
     Bütün bu çətinliklərə baxmayaraq I kurs üçün ümumi histologiya və sitologiyadan, II kurs üçün isə xüsusi histologiya və embriologiyadan yüksək keyfiyyətli mikropreparatların ətraflı nümayişi ilə proffesional səviyyədə mühazirələr oxunurdu (M.S.Milman). Eyni zamanda praktik məşğələlərdə tələbələr tədris preparatlarını dərindən öyrənir, histoloji preparatların hazırlanması texnikasının əsaslarına yiyələnirdilər. Tədris prosesində o zamanlar geniş yayılmış mikromühazirələr formasında izahat metodu, frontal sorğu, mikroskopda tədqiq olunan preparatların təsvirinin çəkilməsi, həmçinin kollokviumların qəbulundan geniş istifadə edilirdi.
     Prof. M.S.Milmanın rəhbərliyi alında çox qısa bir müddətdə histoloji laboratoriya və hüceyrə kulturası laboratoriyası yaradıldı. Elə bununla da sitologiya və birləşdirici və sinir toxumalarının histogenezi sahəsində elmi tədqiqat işlərinin əsası qoyuldu. Sitologiya üzrə sentriol və xromosomların histofiziologiyası, kariokinezin mexanizmləri, sinir hüceyrələrinin lipoid piqmentlərinin sitokimyası ətraflı öyrənildi.
     Kafedranın histoloji laboratoriyasında təcrübədə geniş istifadə olunan nüvənin dəmir hematoksilinlə boyanması üsulunun modifikasiyası detalları ilə işlənib hazırlandı. Qanyaradıcı üzvlərin və neyroqliyanın histogenezinin öyrənilməsi də məhz o illərlə bağlıdır. Eyni vaxtda vegetativ sinir sisteminin ontogenezi, mərkəzi sinir sisteminin qocalması və daxili orqanların xərçəngi proseslərinin tədqiqi ilə bağlı elmi işlər dərc olunmuşdu. Prof. M.S.Milman ümumbioloji xarakterə malik bir sıra nəzəri bilikləri əsaslandırmışdır. Bunların arasında kariokinezin neyrogen nəzəriyyəsi, xərçəngin vegetativ nəzəriyyəsi, inkişafın trofik nəzəriyyəsi, qocalıq və ölüm, panenzemiya nəzəriyyələri də vardır. Qeyd etmək lazımdır ki, ilk dəfə M.S.Milman tərəfindən təklif olunan bəzi terminlər («bioreduktiv proseslər», «biopatologiya») sonradan elmi-tibbi ədəbiyyatda özünə yer elədi.
     1941-1964-cü illərdə kafedraya professor Nikolay Mixayloviç Kolesnikov rəhbərlik etmişdir. Onun elmi işləri sənaye nefti və aşqarları ilə bağlı peşə xəstəliklərinin histopatologiyası və immunomorfologiya sahələrini əhatə edirdi. II Dünya Müharibəsindən sonrakı illər kafedrada tədris metodikası əsasən yenidən qurulur, yeni tədris planları və proqramları işlənib hazırlanır. Tədris 20-ci və 30-cu illərdə olduğu kimi yalnız müalicə-profilaktika fakültəsinin rus bölməsində deyil, həmçinin bütün fakültələrin həm rus, həm də azərbaycan bölmələrində aparılır. 1953-cü ildə kafedra yeni bazaya köçürülür və tədris prosesinin maddi təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşır.
     1965-1969-cu illərdə kafedraya professor Məmmədsadıq Məmmədağa oğlu Abdullayev rəhbərlik etmişidr. Bu müddət ərzində periferik sinirlərin kötükdaxili quruluşu və mieloarxitektonikası dərindən öyrənilmişdir.
     1970-1982-ci illər ərzində kafedra müdiri dosent Hacı Seybət oğlu Abiyev olmuşdur. Bu müddətdə kafedrada ölkənin histoenzimoloji profilli aparıcı laboratoriyaları sırasında özünə yer tutmuş elmi-tədqiqat histokimyəvi laboratoriya təşkil olunmuşdur.
     Laboratoriyada yüksək elmi-metodik səviyyədə müxtəlif araşdırmalar aparılmış, o cümlədən qlükozanın histokimyəvi analizi, monoaminoksidazanın, orqanizmin endokrin hüceyrələrinin sekretor fəaliyyətinin aktivliyi və s. öyrənilmiş, bəzi metodlar yeniləşdirilib, tədqiqat işləri proqramına daxil edilmişdir. Eyni dövrdə müalicəvi naftalan neftinin insan orqanları və hüceyrələrinə təsirinin öyrənilməsinə həsr olunmuş araşdırmalar silsiləsi yerinə yetirilmişdir.
     Dos. H.S.Abiyevin rəhbərliyi dovründə sitologiya, histologiya və embriologiya fənləri üzrə tədris proqramına uyğun olaraq metodik işləmələr hazırlanmış, azərbaycan dilində dərslik və dərs vəsaitlərinin nəşrinə başlanılmışdır.
     Kafedrada ilk dəfə olaraq tədris otaqlarının əsaslı təmiri həyata keçirilmiş, konfrans zalı təşkil olunmuş və kafedra muzeyinin yaradılması üçün lazımi tədbirlər həyata keçirilmişdir. Dos. H.S.Abiyev histologiya və histokimya ixtisasları üzrə keçmiş SSRİ-də tanınmış alimlərdən biri olub, müasir elmi biliklərlə zənginləşdirilmiş mühazirələr oxumuşdur.
     Histologiya, embriologiya və sitologiya kafedrasının köməyilə Respublikada tibbi-bioloji profilli müxtəlif elmi tədqiqat tədris müəssələrinin tərkibində histologiya və histokimya laboratoriyaları yaradılmışdır. Həmin laboratoriyalara histologiya kafedrasında xüsusi hazırlıq keçən elmi kadrlar başçılıq edirlər.
     1982-1989-cu illərdə kafedraya dosent Kamil İslamoviç Mazitov rəhbərlik etmişdir.
     Bu dövrdə kafedrada tədris-metodik işlərin yeni dərs proqramına uyğun olaraq yeniləşdirilməsi və təkmilləşdirilməsi həyata keçirilmişdir.
     1989-1996-cı illərdə kafedra müdiri professor Bahəddin Məciroviç Qorxmazov olmuşdur. Bu illərdə həyata keçirilən işlər arasında insan dərisi şişlərinin və şişəbənzər zədələnmələrinin histogenezi və differensial diaqnostikasının histokimyəvi və ultrastruktur aspektləri ilə bağlı fundamental tədqiqatları xüsusi qeyd etmək lazımdır. Ekstremal şəraidə, xüsusilə orqanizmin dehidratasiyası zamanı hüceyrə, toxuma və üzvlərin funksional morfologiyasının müxtəlif aspektlərini əhatə edən tədqiqatlar da diqqətə layiqdir.
     Böyük elmi potensiala malik olan prof. B.M.Qorxmazov kafedraya rəhbərlik etdiyi dövrdə yeni histokimyəvi metodların tətbiqinə və elektro-mikroskopik tədqiqatların aparılmasına xüsusi diqqət yetirmişdir. Qısa müddət ərzində onun elmi rəhbərliyi və məsləhətçiliyi altında kafedra əməkdaşları ilə yanaşı (Həsənov İ.Ə., Ağayev Y.Ə., Şabanov Ə.H., Büniatzadə E.C., Muradov H.K., Sultanova T.Ə.), digər kafedraların, həmçinin Səhiyyə Nazirliyi və bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da (ATU-nun onkologiya, ümumi cərrahlıq, məhkəmə təbabəti, patoloji anatomiya, patoloji fiziologiya, operativ cərrahlıq və topoqrafik anatomiya, ortopedik stomatologiya, uşaq xəstəlikləri kafedraları, Elmi-Tədqiqat Mərkəzi; akad. Z.Ə.Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu, Ə.Əliyev adına Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutu, Sumqayıt şəhər təcili yardım xəstəxanası, 19 saylı şəhər poliklinikası, N.Tusi adına APU, Müdafiə Nazirliyi məhkəmə-tibbi ekspertiza bürosuvə s.) müvafiq dissertasiya işlərini yerinə yetirmişlər.
     Prof. B.M.Qorxmazovun elmi yaradıcılıq fəaliyyətinin çiçəkləndiyi bir dövrdə qəflətən vəfat etməsindən sonra onun işləri yetirmələri prof. İ.Ə.Həsənov və prof. H.K.Muradov tərəfindən müvəffəqiyyətlə davam etdirilir.
     1996-1999-cu illər kafedraya dosent İlqar Əlixan oğlu Həsənov rəhbərlik etmişdir. Kafedraya rəhbərlik etdiyi dövrdə o, APUD-sistemə aid elmi işləri davam etdirərək 1997-ci ildə Tbilisi Dövlət Tibb Universitetinin İxtisaslaşdırılmış Elmi Şurasında tibb elmləri doktoru elmi dərəcəsini almaq üçün «Norma və bədxassəli şiş transformasiyası şəraitində qadın cinsi yollarında endokrin sekresiya» mövzusunda dissertasiya işini müdafiə etmişdir.
     Göstərilən illər ərzində kafedranın preparat fondunun təzələnməsi və tədris proqramlarının tərtibi sahəsində məqsədyönlü işlər görülmüşdür.
     Qeyd etmək lazimdir ki, prof. İ.Ə.Həsənovun rəhbərliyi altinda 1997–2002-ci illərdə “Normada və patologiyada diffuz endokrin sistem” mövzusunda elmi-tədqiqat işi yerinə yetirilmişdir. Bu mövzu üzrə 2 doktorluq (tibb elmləri doktorları İ.Ə.Həsənov və H.K.Muradov) və 7 namizədlik dissertasiyası müdafiə olunmuş, tədqiqatın nəticələri 73 elmi məqalə, məruzə tezisləri şəklində çap olunmuşdur. Bu zaman histoloji, histokimyəvi və elektron mikroskopik tədqiqatların müasir metodlarından istifadə olunmuşdur. Kafedra əməkdaşlarının əldə etdikləri bəzi nəticələr histologiya üzrə dərslik və dərs vəsaitlərinə, sovet morfoloqlarının monoqrafiyalarına daxil edilmişdir.
     Yuxarıda göstərildiyi kimi, 1999-cu ildən hazırki müddətədək kafedraya professor Eldar Köçəri oğlu Qasımov rəhbərlik edir. Elə bu ildən kafedra Univesitetin 3 №-li tədris binasının 3-cü mərtəbəsini əhatə edən yeni bazaya köçmüşdür. Bununla əlaqədar olaraq kafedranın maddi-texniki təchizatı xeyli artmış, elmi və tədris-metodik işlərin inkişafı üçün böyük imkanlar yaranmışdır. Hazırda kafedrada 2 mühazirə zalı, konfrans zalı və komputer mərkəzi, 24 tədris auditoriyası, 2 tədris laboratoriyası vardır. Bütün otaqlar və dəhliz müasir tələblər səviyyəsində təmir olunmuşdur.
     Kafedrada tədris prosesi son illərdə xeyli müsbət dəyişikliyə uğramış, elmi cəhətdən yenidən əsaslandırılmış və metodik baxımdan məqsədəuyğun formalarla zənginləşdirilmişdir. Kafedrada tədris prosesi yüksək ixtisaslı mütəxəssislər tərəfindən üç dildə (azərbaycan, rus və ingilis) aparılır. Fənnin öyrənilməsi üçün kafedrada mühazirə və təcrübə məşğələlərin təqvim-mövzu planları əsaslı şəkildə işlənib hazırlanmış, hər mühazirə və məşğələ üçün tədris materiallarının həcmi, məzmunu və funksional quruluşu dəqiq müəyyənləşdirilmişdir. Tədris olunan bütün mövzular üzrə tədris-metodik işləmələr yenidən işlənmişdir.
     Kafedranın mikroskop fondu xeyli genişləndirilmiş və bütün dərs otaqları mikroskoplarla təchiz olunmuşdur. Belə ki, tədris prosesi üçün 32 ədəd MBİ (Sankt-Peterburq) və elmi işlərdə istifadə üçün 4 ədəd Leitz mikroskopları və 1 ədəd rəqəmli fotokamera «Pixera Professional» (ABŞ) əldə edilmişdir.
     Universitet rəbərliyinin təşəbbüsü ilə tədris prosesinə elektron resursların tətbiqi dərslərin keyfiyyətində mühüm dəyişikliyə səbəb olmuşdur. Belə ki, mühazirələrin gedişi zamanı slaydların nümayişi multimedia sisteminin köməkliyi ilə həyata keçirilir.
     Həmçinin, bütün dərs otaqlarında yerləşdirilmiş komputerlər vasitəsilə təcrübə məşğələlərində tələbələrə dünyanın müxtəlif histoloji atlaslarından götürülmüş tədris şəkilləri, elektronoqramlar və sxemlər göstərilir. Bu zaman tələbələrin mikroskoplarla sərbəst işləməsinə, histoloji preparatları və elektronoqramları «oxuma» təcrübəsinə və təhlil etmə qabiliyyətinə yiyələnmələrinə xüsusi diqqət yetirilir.
     Son illər elektron mikroskopiya, immunhistokimya, gen mühəndisliyi və s. metodların inkişafı ilə əlaqədar olaraq müasir elmi məlumatlar həddindən artıq çoxalmış və bunların tələbələrə çatdırılması zərurəti yaranmışdır. 2006-cı ildə kafedra müdiri, prof. E.K.Qasımov tərəfindən yazılmış «Sitologiya» dərsliyi kafedranın həyatında əlamətdar hadisəyə çevrilmişdir. Öz nəfis tərtibatı, müasir elmi məlumatlarla zənginliyi və səlis dili ilə seçilən bu dərslik tələbələrin sitologiya elminin incəliklərinə daha dərindən bələd olmağa və tədris edilən materialları daha yaxşı qavramağa yardımçı olmuşdur.
     Kafedranın şəxsi heyətində də nəzərə çarpacaq dəyişikliklər baş verib. Belə ki, əgər 1922-ci ildə kafedranın ştatında 8 işçi (kafedra müdiri, iki assistent, üç prozektor və iki prozektor köməkçisi) vardısa, hazırda kafedranın 41 nəfər işçisi vardır. Onlardan 24 nəfəri akademik işçilər, o cümlədən 3-ü professor, 4-ü dosent, 5-i baş müəllim və 12-si assistentdir. Akademik işçilər içərisində 3 nəfər elmlər doktoru, 9 nəfər isə elmlər namizədidir.
     2003-2007-ci illərdə kafedrada yerinə yetirilməsi nəzərdə tutulmuş elmi işlər «Beyin və onurğa beyni sinirlərinin gedişi boyu qişa, qliya, damar və sinir elementlərinin qarşılıqlı histotopoqrafiyası, elektron mikroskopik quruluş və keçiricilik xüsusiyyətləri» mövzusu üzrə (elmi rəhəbər: prof. E.K.Qasımov) həyata keçirilir.
     Fəaliyyət göstərdiyi bütün illər ərzində kafedrada yeddi mindən çox məqalə dərc olunmuş və 41 dissertasiya işi hazırlanmışdır ki, bunlardan 7-si doktorluq və 34-ü namizədlik dərəcələrinin alınması üçün yazılmışdır.
     Son beş il ərzində kafedra əməkdaşlarının əldə etdikləri naliyyətlər içərisində dos.H.K.Muradov tərəfindən doktorluq, assis. M.T,Orucovun tərəfindən isə namizədlik elmi dərəcəsini almaq uçun dissertasiua işlərinin mudafiə edilməsini göstərmək olar
     Xüsusilə qeyd etmək lazımdır ki, kafedranın nəzdində prof. İ.Ə.Həsənovun rəhbərlik etdiyi təsərrüfat hesablı «Klinik histologiya və sitologiya» laboratoriyası fəaliyyət göstərir. Bu laboratoriyada praktik səhiyyəyə böyük köməklik göstərilərək respublikanın və paytaxtın müxtəlif klinikalarından daxil olmuş materiallar əsasında histoloji diaqnozlar qoyulur.
     Hal-hazırda histologiya, embriologiya və sitologiya kafedrası Respublikada müvafiq profilli yeganə və aparıcı elmi müəssisə olmaqla, yüksək ixtisaslı həkim kadrlarının hazırlanmasında, morfologiya elminin qarşısında duran aktual problemləri özündə əks etdirən elmi-tədqiqat işlərinin aparılmasında öz fəaliyyətini uğurla davam etdirir.
     RESPUBLIKANIN VƏ XARICI ÖLKƏLƏRIN ELMI MƏTBUATINDA DƏRC EDILMIŞ ƏSAS İŞLƏRİN SİYAHISI:
     
     1. Мильман М.С. Учебник по гистологии, 1921.
     2. Мильман М.С. Руководство по гистологии и эмбриологии, 1922.
     3. Milman M.S., Balakişiyev K.Ə. Histologiya və embriologiyadan terminoloji lüğət. Bakı, 1931.
     4. Abdullayev M.S. Histologiya üzrə terminlər lüğəti. Bakı, 1970.
     5. Abdullayev M.S., Abiyev S.H. Histoloji nomenklatura. Dərs vəsaiti. Bakı, 1972, 181 səh.
     6. Abdullayev M.S., Abiyev S.H. Ümumi histologiya. Dərslik. Bakı, Maarif, 1975, səh.12-17.
     7. Abiyev S.H., Əliyev S.M. Embriologiya üzrə qısa kurs. Dərs vəsaiti. Bakı, 1975.
     8. Abiyev S.H., Əminova M.Ş. Ümumi sitologiyaya giriş. Dərs vəsaiti. Bakı, 1976.
     9. Xüsusi histologiya. Dərs vəsaiti. Prof. B.M.Qorxmazovun redaktəsi ilə. Bakı, 1991, 191 səh.
     10. B.M.Qorxmazov, S.M.Əliyev. Histologiya. Dərs vəsaiti. Bakı, 1995.
     11. Мурадов Х.К. Костномозговые опухоли. Монография. Баку, Азернешр, 2002, 216 стр., илл.
     12. Qasımov E.K. Sitologiya. Dərslik. Bakı, Azərnəşr, 2006, 184 səh.
     TƏDRİS-METODİK İŞLƏMƏLƏR
     1. Диагностика и прогнозирование апудом кожи человека. Методическая разработка для врачей. Баку, 1987, 25 стр.
     2. Əliyev S.M. Xüsusi histologiya. Mühazirələr üçün metodik işləmələr. I hissə. Bakı, 1988, 82 səh.
     3. Əliyev S.M. Xüsusi histologiya. Mühazirələr üçün metodik işləmələr. II hissə. Bakı, 1989, 76 səh.
     4. Qorxmazov B.M., Əliyev S.M., Həsənov İ.Ə. Sitologiya. Laborator məşğələlər üçün metodik işləmə. Bakı, 1990, 28 səh.
     5. Коркмазов Б.М., Емельяненко Е.О. Цитология. Учебно-методическая разработка для преподавателей и студентов. Баку, 1990, 33 стр.
     6. Коркмазов Б.М., Емельяненко Е.О. Клетки крови (структурно-функциональные аспекты). Учебно-методическая разработка. Баку, 1990, 27 стр.
     7. Qorxmazov B.M., Əliyev S.M., Şahməmmədova A.İ. Sitologiya, embriologiya və histologiya üzrə tərtib edilən test nümunələri. Metodik işləmə. Bakı, 1991, 52 səh.
     8. Бабаев Б.С., Коркмазов Б.М., Джафаров К.М. Иммуно-морфологическая диагностика и коррегирующая терапия при гипертрофии тимуса у детей раннего возраста. Методические рекомендации. Баку, 1992, 16 стр.
     9. Qorxmazov B.M., Mehtiyev M.R., Həsənov İ.Ə. «Sitologiya» və «İnsan embriologiyasının əsasları» üzrə test nümunələri. Tələbələr və müəllimlər üçün metodik işləmə. Bakı, Təbib, 1993, 15 səh.
     10. Коркмазов Б.М., Джарулла-заде Ч.Д., Мамедбейли А.И. Иммуноцитохимические аспекты диагностики, лечения и прогнозирования герпетических кератитов. Методическая разработка для врачей. Баку, 1993, 19 стр.
     11. Мамедов В.К. Энзимогистохимическая диагностика прижизненной ишемии миокарда после скоропостижной смерти. Методические рекомендации для врачей. Баку,Тэбиб, 1996, 20 стр.
     12. Ağayev Y.Ə. Hüceyrə nəzəriyyəsi. Hüceyrə mikrosistemləri. Tələbələr və müəllimlər üçün metodik işləmə. Bakı, Təbib, 1997, 31 səh.
     13. Ağayev Y.Ə. İmmun müdafiə sistemi elementlərinin histofiziologiyası. Tədris-metodik vəsait. Bakı, 1999, 20 səh.
     14. Мамед-заде Э.С., Буниат-заде Э.Дж. Органы чувств. Орган зрения. Орган обоняния. Орган слуха и равновесия. Методическая разработка. Баку, 2000, 23 стр.
     15. Muradov H.K. Sinir toxuması və sinir sisteminin histologiyası (qrafiki təsvirlərdə). Metodik işləmə. Bakı,2001, 23 səh.
     16. Sultanova T.Ə. Qanın formalı elementlərinin morfoloji xüsusiyyətləri. Metodik vəsait. Bakı, «Ziya-Nurlan», 2003, 36 səh.
     SƏMƏRƏLƏŞDİRİCİ TƏKLİFLƏR
     1. Гасанов И.А. Устройство контроля воды КВ 0,35 в системе водяного охлаждения электронного микроскопа. Удостоверение на рационализаторское предложение № 112 от 19.03.85, выданное АМИ им. Н.Нариманова. Баку, 1985.
     2. Коркмазов Б.М., Гасанов И.А. Новая модификация метода селективного гистохимического выявления нейроэндокринных (АПУД)- клеток. Удостоверение на рационализаторское предложение № 166 от 11.XI.87, выданное АМИ им. Н.Нариманова. Баку, 1987.
     3. Гасанов И.А., Коркмазов Б.М., Мурадов Х.К. Новая модификация метода селективного гистохимического выявления нейроэндокринных (АПУД)- клеток. Удостоверение на рационализаторское предложение № 188 от 26.III.88, выданное АМИ им. Н.Нариманова. Баку, 1988.
     4. Горхмазов Б.М., Гаджиев Р.В., Гасанов И.А. Новая модификация методики дифференцированного выявления нейронов и глии сетчатки. Удостоверение на рационализаторское предложение № 7 от 14.X.94, выданное АзГИУВ им. А.Алиева. Баку, 1994.
     5. Qasımov E.K., Bağırov M.Z., Orucov M.T. Elektron mikroskopiyada blokların itilənməsi zamanı bloksaxlayıcının təsbiti üçün stol. Azərbaycan Tibb Universiteti tərəfindən 30.06.03-cü il tarixdə səmərələşdirici təklif üçün verilmiş 453 №-li vəsiqə. Bakı, 2003.
     6. Bağırov M.Z., Qasımov E.K., Orucov M.T. Elektron mikroskopiyasında istifadə olunan şüşə bıçaqların alınması üçün yeni, ucuz qurğu. Azərbaycan Tibb Universiteti tərəfindən 30.06.03-cü il tarixdə səmərələşdirici təklif üçün verilmiş 454 №-li vəsiqə. Bakı, 2003.
     7. Həsənov İ.Ə. Aşağı ətraf arteriyalarının okklüziv xəstəlikləri olan xəstələrin kompleks müalicəsinin effektivliyinin uzunmüddətli peridural blokada və intravenoz lazer terapiyası ilə artırılması üsulu. M.A.Topçubaşov adına Elmi-Tədqiqat Klinik Təbabət İnstitutu tərəfindən 16.03.04-cü il tarixdə səmərələşdirici təklif üçün verilmiş 82 №-li vəsiqə. Bakı, 2004.
     8. Qurbanov R.Y., Talışinski Ə.M., Həsənov İ.Ə. Damaq badamcıqlarının hüceyrə tiplərinin immunsitokimyəvi təyin üsulu. Azərbaycan Tibb Universiteti tərəfindən 27.09.04-cü il tarixdə səmərələşdirici təklif üçün verilmiş 464 №-li vəsiqə. Bakı, 2004.
     ELMİ ƏSƏRLƏR MƏCMUƏLƏRİ
     1. Труды кафедры гистологии Азербайджанского Медицинского Института. Под ред. проф. М.С.Мильмана. вып. I. Баку, издание АМИ, 1935, 108 стр.
     2. Реактивность соединительной ткани в норме, патологии и эксперименте. Тематический сборник под ред. Г.С.Абиева. вып. II. Баку, 1962, стр. 56.
     3. Актуальные проблемы теоретической и практической медицины. Сборник трудов. Под научной ред. проф. Б.М.Коркмазова. вып. III. Баку, Мутарджим, 1995, 115 стр.
     4. Актуальные проблемы теоретической и практической медицины. Сборник трудов. Под научной ред. проф. Б.М.Коркмазова. вып. IV. Баку, Мутарджим, 1995, 117 стр.
     5. Nəzəri və klinik morfologiyanın aktual problemləri. Elmi əsərlər məcmuəsi. Dos. İ.Ə.Həsənovun elmi redaktəsi ilə. 5-ci buraxılış. Bakı, 1996, 75 səh.
     KAFEDRA ƏMƏKDAŞLARI TƏRƏFİNDƏN SON İLLƏR ÇAP OLUNMUŞ MƏQALƏLƏRİN BİR QİSMİ
     1. Абиев Г.С. О развитии гистологии в Азербайджане за 50 лет СССР. Архив анатомии, 1973, №II, стр. 12-14.
     2. Абиев Г.С., Коркмазов Б.М. О состоянии гликогенового обмена в печени при накожном применении рафинированной нафталанской нефти. Азербайджанский Медицинский Журнал, 1974, I, 25-32.
     3. Абиев Г.С., Емельяненко Е.О. Качественная и количественная оценка содержания гликогена и глюкозы в перенхиме печени в условиях экспериментальной дегидратации. Азербайджанский Медицинский Журнал, 1981, №9, с.29-35.
     4. Абиев Г.С., Коркмазов Б.М. Обмен гликогена и гистохимическая характеристика активности его ферментов в коже человека. Азербайджанский Медицинский Журнал, 1981, П, с. 27-33.
     5. Raichlin N.T., Korkmazov B.M. The histochemical methods and diagnosis of the skin tumours. In the book: Intern. Symposium on histochemistry, 8-10. July, 1985. Debrecen, Hungary, p.159-160.
     6. Райхлин Н.Т., Коркмазов Б.М. Недифференцированный базально-клеточный рак кожи (ультраструктурные и гистохимические аспекты гистогенеза и диагностики), Архив патологии, 1985, IX, с.28-35.
     7. Коркмазов Б.М. Ультраструктурные аспекты гистогенеза и диагностики рака эккриновых потовых желез. Вестник дерматологии и венерологии, 1986, IX, с.22-28.
     8. Коркмазов Б.М. Эпителиальные опухолеподобные поражения кожи. Известия АН Аз.ССР, Серия «Биол. науки», 1986, V, с.109-122.
     9. Коркмазов Б.М., Гасанов И.А. Нейроэндокринные клетки эпидермиса: морфо-гистохимическое исследование в различных периодах постнатального онтогенеза. Известия АН Азерб. ССР. Серия биологических наук. 1988, N1, c.117-123.
     10. Коркмазов Б.М. Недифференцированный рак кожи (ультраструктурные аспекты гистогенеза и диагностики). Вопросы онкологии, 1987, V, с.18-25.
     11. Коркмазов Б.М., Гасанов И.А. «Нейроэндокринные клетки эпидермиса: морфогистохимическое исследование на различных этапах постнатального онтогенеза» - Известия АН Азерб. ССР, 1988, №1, с.17-23.
     12. Коркмазов Б.М. Недифференцированный рак кожи (на английском языке) – Дерматологише монатсшрифт (ГДР) – 1988, №9, 921-930.
     13. Kuprianov V.V., Banin V.V., Gasumov E.K. Histotopography and permeability of the microvessels of the sciatic nerve. Abs. XXXI Morphological Congress. Koshitse, 1989, p.61.
     14. Агаев Я.А. Сравнительная морфомикрометрическая оценка гистоструктуры поясничных симпатических ганглиев человека и ее функциональное значение. Азербайджанский Медицинский Журнал, 1989, №9, с.42-45.
     15. Агаев Я.А. Моноаминоксидазная активность хроамффинных клеток и триптаминпозитивных нейроцитов поясничных симпатических ганглиев человека. Доклады АН Азерб. ССР, 1989, №3, с.57-61.
     16. Гасымов Э.K. Гистотопография и состав микроциркуляторного русла седалищного нерва крысы. Архив. Анатомии. 1989, №2, с.15-21.
     17. Ашуров Б.М., Коркмазов Б.М., Алиев А.П. Нарушение энергообразовательной функции печени при острых холециститах и ее роль в сдвигах водного равновесия. Азербайджанский Медицинский Журнал, 1990, №5, с.3-6.
     18. Банин В.В., Гасымов Э.K. Распределение протеинов в оболочках нерва как фактор реабсорбции эндоневральной (интерстициальной) жидкости. Архив анатомии. 1990, №9, с.47-54.
     19. Həsənov İ.Ə. İnsanın postnatal ontogenezində dərinin epitel strukturları apudositlərinin ultrastruktur xüsusiyyətləri. Azərbaycan Tibb Jurnalı. 1990, N5, s.38-43.
     20. Гасанов И.А. Ультраструктура апудоцитов эпителиальных структур кожи человека в постнатальном онтогенезе. Азербайджанский Медицинский Журнал, 1990, №5, с.38-44.
     21. Гасымов Э.K., Аскеров Р.А. Артериальные микрососуды эндоневрия седалищного нерва крысы. Журнал «Морфология», 1992, №2, с.96-106.
     22. Гасанов И.А., Коркмазов Б.М., Мамедияев Р.Р. Цитоспецифические ультраструктурные параметры апудоцитов в диагностике апудом кожи человека. Азербайджанский медицинский журнал. 1991, N 12, с.13-17.
     23. Гасымов Э.К. Пучки нервных волокон как транспортная единица в стволе периферических нервов. Азербайджанский Медицинский Журнал. 1996, №9, с.14-18.
     24. Гасымов Э.К., Акперов Э.Ч., Худавердиев Н.Б. Гистотопография и ультраструктурная организация артериоллярных микрососудов корешков спинномозговых нервов. Азербайджанский Медицинский Журнал, 1996, №9, с.114-117.
     25. Гасанов И.А., Алиева С.А. Светооптическая оценка волокнистого каркаса терминальных ворсин плаценты родильниц, контактировавших с продуктами переработки нефти. Азербайджанский Медицинский Журнал, 1996, №3, с.26-30.
     26. Гасанов И.А. Гистохимическая характеристика пара-эндокринной секреции в эпителии маточной трубы у женщин репродуктивного возраста. Азербайджанский Медицинский Журнал, 1996, №9, с.23-26.
     27. Гасанов И.А., Korkmazov B.M. Cancers of a body womb, containing endocrine (apudocytous) component: The clinical-morphological characteristic, peculiarity of diagnosis and prognosis. International Islamic Medical Journal, 1996, V.1, N2, р.16-21.
     28. Гасанов И.А., Амирасланов А.Т. Клинико-морфологическая характеристика, особенности диагностики и прогнозирования эндокринно-клеточных раков тела матки. Азербайджанский Медицинский Журнал, 1997, №2, с.26-30.
     29. Гасанов И.А., Mamedov R.A.,Jafarov C.H.,Kuliev S.A.,Bectashi E.K. ECL-apudocytes and plasmocytes: the importance in the prognosis of gastro duodenal haemorragia. I. Avrasija Gastroenteroloji kongresi. –Baku, 1997. –P.5.
     30. Həsənov İ.Ə., Əmiraslanov Ə.T., Bayramov R.B. Bağırsağların karsinoid şişlərinin hormonal statusunun morfo-histokimyəvi qiymətləndirilməsi. Avrasija Gastroenteroloji Dernekğinin II qurultayi. –Alma-Atı, mayıs. –1998. –S.59, P. 233.
     31. Гасымов Э.К., Акперов Э.Ч. Артериальные микрососуды спинальных ганглий у белой крысы. Ж. Самедицино. Кутаиси, 1998, №1. стр.25.
     32. Həsənov İ.Ə., Əmiraslanov Ə.T., Bayramov R.B., Nəbiyev V.N., Səfərov Z.Ə., Əzizova C.N. Polipəbənzər düz bağırsaq karsinoidlərin klinik-morfoloji xarakteristikası, mualicəsi və proqnozu. Azərbaycan onkologiya və həmmərz elmlər jurnalı. –1998, c.4, №1-2, s.34-35.
     33. Гасанов И.А. Гистохимические и ультраструктурные аспекты паракринной секреции в различных тканях человека. Кутаисский медицинский журнал. 1999, №3-4, с.22-24.
     34. Aliev G.M., Samedov SH.KH., Seyidova D., Lamanna J.C., Zimina T.V., Smith M.A., Perry G., Gasimov E.K. [1-3]. The Pathogenesis of Cerebrovascular Lesions in Alzheimer’s Disease. The Proceeding of the National Academy of Sciences of the Azerbaijan Republic, 2000, №4-6, v.56, p.236-241.
     35. Мурадов Щ., Rzayev T., Bayramov N., Sultanov H., Mehtiyev R., Kazimov F. Comparative Evaluation of functional and morphologic alterations of liver during the blunt and water Jet dissection. The Turkish Journal of Castroenterology, 2000, v.11, Supplement 11, P.467-468.
     36. Гасанов И.А., Гидаятов А.А., Алиева С.А. Состояние верхнего отдела пищеварительного канала у больных неспецифическим язвенным колитом. Азербайджанский Медицинский Журнал, 2000, №2, c.57-60.
     37. Гасанов И.А., Пашаев А.Ч. Состояние гистоморфологических и гистохимических показателей тканей пародонта в эксперименте при терапии Кедабекской минеральной водой. «Гафгазын Стоматолоъи Йениликляри» (Бакы), 2000, №2, с.24-29.
     38. Гасымов Э.К., Оруджев М.Т. Ультраструктурные изменения элементов стенки эпи- и эндоневральных микрососудов при гиперволемическом отеке у белой крысы. Журнал «Экспериментальная и клиническая медицина». Тбилиси, 2001, №4, с.39-40.
     39. Алиев Г.М., Самедов Ш.Х., Сеидова Д.Ю., Миронов А., Борнсток Г., ЛаМанна Дж.С., Перри Г., Смит М.А., Гасымов Э.К. Морфологические особенности развития атеросклероза у кроликов Watanabe с наследственной гиперлипидемией (WHHL). Vita Медицинский журнал, 2001, №1-2, с.11-16.
     40. Aliev G.M., Samedov SH.KH., Seyidova D., Smith M.A., Perry G., Friedland R.P., LaManna J.C., Gasimov E.K. [1-5]. The experimental model of Alzheimer’s disease and its seiective pharmacological treatments. The Proceeding of the National Academy of Sciences of the Azerbaijan Republic, 2001, №1-3, v.57. p.112-117.
     41. Оруджев М.Т., Гасымов Э.К. Гистотопографические взаимоотношения оболочек, сосудов и нервных волокон в глазничной части зрительного нерва белой крысы. Азербайджанский Медицинский Журнал, 2001, №3. с.25-30.
     42. Алиев Г.М., Сеидова Д.Ю., Гасымов Э.К. СЭМ-анализ механизмов действия клорикромена на процессы реэндотелизации аорты после криодеструкции. Азербайджанский Медицинский Журнал, 2001, №4, с.25-30.
     43. Гасымов Э.К., Оруджев М.Т. Взаимоотношение структурных элементов оболочек, нервных волокон и кровеносных сосудов в области субарахноидального угла зрительного нерва белой крысы. Медицинский Журнал "VITA", 2001, №3-4, с.16-22.
     44. Мурадов Щ.K. О гистогенезе опухолей костей. Азярбайжан онколоэийа вя щяммярз елмляр журналы, 2001, жилд 8, №2, с. 25-27.
     45. Aliev G.M., Smith M.A., Seyidova D., Maxwell Lewis Neal, Bruce T. Lamb, Akihiko Nunomora, E.K.Gasimov, Harry V.V., G.Perry, J.C.LaManna, R.P.Friedland. The role of Oxidative Stress in the Pathophysiology of Cerebrovascular Lesions in Alzheimer’s Disease. Brain Pathology, 2002, 12, p.21-35.
     46. Гасанов И.А., Пашаев Ч.А.Исаева А.Р. Интерлейкин-2 (СД25)- позитивные клетки при афтозном стоматите в период обострения болезни Бехчета. Научно-практическая ревматология (Москва) – 2002, №4, с.82.
     47. Мурадов Щ.К. Корреляция скорости роста скелета с возникновением остеосаркомы. Экспериментальная и клиническая медицина (Тбилиси), 2002, №1, с. 12-15.
     48. Мурадов Щ.К. Корреляционные отношения саркомы Юинга и PNET костей. International Journal on Immunorehabilitation, 2002, т. 4, №1, с. 130.
     49. Мурадов Х.K. Рентгено-морфологические параллели остеосаркомы. Азербайджанский Медицинский Журнал, 2002, №1, с.54-60.
     50. Мурадов Щ.K. Сравнительные аспекты костномозговых опухолей с признаками нейроэндокринной дифференцировки. Азярбайжан Тибб Ъурналы, 2002, №4 с. 54-57.
     51. Гасанов И.А., Исаева А.Р., Пашаев Ч.А. Иммуногистохимическая оценка СД4-позитивных лимфоцитов слизистой оболочки полости рта (СОПР) в периоды ремиссии и обострения болезни Бехчета (ББ). «Медицинская иммунология» (Санкт-Петербург), 2003, Т.5, №3-4. с.254.
     52. Гасымов Э.К., Банин В.В., Наджафова Т.М., Лихачева Л.М., Шахмамедова А.И. Распределение внутривенно введенной растительной пероксидазы в оболочках нерва на фоне экспериментального отека. Журнал «Биомедицина», 2003, №1, с.18-21.
     53. Гасымов Э.К., Наджафова Т.М., Оруджев М.Т., Багиров М.З. О механизме возникновения эндоневрального отека при воздействии гистамина. Азербайджанский Медицинский Журнал, 2003, №2-3, с.31-37.
     54. Həsənov İ.Ə., Süleymanov Z., Hidayətov Ə., Qarayev Q., Məmmədova F., Burhan Şahin. Mədə selikli qişasında hidrogen ionlarının sekresiyası mexanizmi. Azərbaycan Tibb Jurnalı, 2004, №2, s.11-14.
     55. Мурадов X.K. Иммуногистохимические исследования костеобразуюших и костномозговых опухолей. Материалы III съезда онкологов радиологов СНГ. Минск, 2004, стр. 313-314.
     56. Мурадов X.К., Амирасланов А.Т., Намазов Ф.Р., Севдималиев Ф.Ф., Мамедова Г.Ф. Результаты хирургического лечения рака прямой кишки. Актуальные проблемы колопроктологии. Научная конференция с международным участием. Москва, 2005 г. стр.161-162.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |