
Ünvan: AZ0008,Bakı, Xətai prospekti 3, tel:496-12-81. Azərbaycan Tibbi bərpa institutu.
Kafedra müdiri-tibb elmləri doktoru,professor,əməkdar elm xadimi, Əlişir Veys oğlu Musayev, 1994-cü ildən.
Azərbaycan Tibb İnstitutunun nəzdində Fizioterapiya kursu 1932-ci ildə yaradılmış və Semaşko adına xəstəxananın fizioterapiya şöbəsi nəzdində fəaliyyət göstərmişdir. 1936-cı ildə Azərbaycan ET kurortologiya və fizioterapiya instititu fəaliyyətə başladıqdan sonra kurs həmin instituta köçürülmüş və hal-hazırda həmin institutun klinik bazasında fəaliyyət göstərir. 1981-ci ildə fizioterapiya kursu müalicə bədən tərbiyəsi kafedrasına çevrilmiş, 1988-ci ildə kurs I daxili xəstəliklər kafedrasının nəzdində fəaliyyət göstərmişdir.1994-cü ildən isə yenidən müstəqil kursdur.
Kursun ilk müdiri 1932-1952 –ci illərdə prof.P.Y.Sokolov olmuşdur. 1952-1974-cü illərdə kursun müdiri dos.Ə.Allahverdiyev, 1974-1988-ci illərdə dos.H.P.Bədəlov olmuşdur. 1994-cü ildən kursun müdiri prof.Ə.V.Musayevdir.
Kursun elmi problemi-Azərbaycan respublikasının təbii müalicə amillərinin müalicəvi xüsusiyyətlərinin öyrənilməsinə həsr olunmuşdur.
Kursun dosenti H.P.Bədəlovuun çap etdirdiyi kitablar: «Dağ iqlimi şəraitində ürək-damar xəstəliklərinin müalicəsi», azərb.dilində, 1975: Fizioterapiyadan dərs vəsaiti , azərb.dilində 1986, "Болезни сердча и курорт Гала-алты", 1978,"İnsanın ömür yolu" azərb.dilində 1992, "Ailənin sağlamlıq kitabı" azərb.dilində, 2003-cü il.
Kursun əməkdaşlarının sayı 8 nəfərdir.Bunlardan 1 nəfəri t.e.d., professor, 2 nəfəri dosent.t.e.n, 2 nəfər assistent, 1 baş laborant ,t.e.n, 1 laborant, 1 preparator.
Kursun nəzdində 1 nəfər tibb elmləri doktoru, 3 nəfər tibb elmləri namizədi dissertasiya işi müdafiə etmişdir.
Kursun əməkdaşları tərəfindən 450-dən çox məqalə və tezis çap olunmuşdur
|