Axtarış:
Kafedralar > Fəlsəfə kafedrası
     Ünvan: AZ0078, Bakı şəhəri, Mərdanov qardaşları küç.98. Tel: 495-55-72.
     Hazırda kafedraya 1996-cı ildən professor Qoşqar Cəlal oğlu Əliyev rəhbərlik edir.
     Fəlsəfə kafedrası 1930-cu ildə təşkil edilmiş və ilk illərdə «ÜİK(b) P tarixi» kursu adlanmışdır. 1938-ci ildə ÜİK(b)P MK-nın «ÜİK(b) P tarixi» kursunun buraxılması ilə əlaqədar «partiya təbliğatının qoyuluşu haqqında» qərarına əsasən keçmiş SSRİ-nin bütün ali məktəblərində «marksizm-leninizm əsasları» adlı vahid tədris kursuna keçilmişdir. 1963-cü ildə bu kafedradan «marksizm-leninizm fəlsəfəsi» fənni ayrılıb, yeni kafedrada tədris edilməyə başlamış, bu kafedra sonralar «Fəlsəfə» kafedrası adlanmışdır.
     N.Nərimanov adına ATU-da Fəlsəfə kafedrası 1963-cü ildə müstəqil fəaliyyətə başlamışdır.
      1963-cü ildən 1989-cu ilə qədər kafedraya professor Adil Məşədi Yusif oğlu Nəcəfov, 1989-cu ildən 1996-cı ilə qədər prof. Qurban Balı oğlu Bayramov, rəhbərlik etmişlər.
     Kafedranın elmi problemləri aşağıdakılardır: Keçid dövrünün sosial fəlsəfi problemi. Təbabətin fəlsəfi və sosial problemi.
     Professor A.Nəcəfovun elmi maraq dairəsi əsasən milli mədəniyyət problemlərinin tədqiqi olmuşdur. Bu problemə dair 35-dən yuxarı monoqrafiya, məqalə çap etdirmişdir. Onlardan aşağıdakıları göstərmək olar: «Ölkəmizdə mədəniyyətlərin inkişafı və yaxınlaşmasında keçmiş irsin rolu», Bakı 1964; «Сближение культур социалистических наций», Баку 1970; «İnkişaf etmiş sosializm və mədəniyyət», Bakı 1978; «Литература и искусство – могучее средство нравственного воспитания» Баку 1978. Prof. Nəcəfov A. təbabətin fəlsəfi, etik və estetik problemləri ilə yaxından məşğul olmuş, respublikanın tibb ictimaiyyətinin mənafeyi naminə yorulmadan çalışmışdır. Prof. A.Y.Nəcəfov «Həkimlik sənətinin mənəvi əsasları», Bakı 1986. və «İncəsənət və səhhət», Bakı. 1979 adlı kitablarında insan sağlamlığı, onu qorumaq problemləri və bu sahədə səhiyyə işçiləri qarşısında duran vəzifələri araşdırmışdır. Ömrünün sonuna kimi kafedraya rəhbərlik edən professor Q.Bayramovun elmi axtarışlarının mərkəzində milli münasibətlər həmişə önəmli olmuşdur. Kafedraya rəhbərlik etdiyi illərdə tədris planları, tədris metodik məcmuələrin hazırlanmasına, tələbələrin mənəviyyatının və elmi dünyagörüşünün formalaşmasına böyük əmək sərf etmişdir. O, çoxsaylı monoqrafiya və dərs vəsaitlərinin müəllifi olmuşdur. Onlardan aşağıdakıları göstərmək olar:«Milli məsələyə iki meyl».(Bakı, 1972);.«Mədəniyyətdə millilik və beynəlmiləlçilik». (Bakı, 1974);«Sosialist millətinin mənəvi siması». (Bakı, 1975); «Mənəvi həyatda millilik və beynəlmiləlçilik». (Bakı, 1979);«Milli və sinfi münasibətlərin qarşılıqlı əlaqəsi», (Bakı, 1981);«SSRİ-də milli münasibətlərin inkişafı», (Bakı, 1984);.«İnsan və zaman». (Bakı, 1992). Professor Q.Bayramov «İnsan, qəribədir həyatın sənin» kitabı və vəfatından sonra işıq üzü görən «Fəlsəfənin əsasları» adlı dərs vəsaiti də öz orijinallığı ilə seçilir. Dünyasını dəyişmiş fəlsəfə elmləri doktoru R.Əliyevin də gözəl elmi-pedaqoji fəaliyyəti qeyd olunmalıdır. R.Əliyev respublika ictimaiyyətində geniş tanınan, həmişə böyük auditoriyaların sevimlisi olan, xalq müdrikliyinə ilk dəfə elmi-nöqteyi nəzərdən yanaşaraq onun təhlilini verən alim-filosof olmuşdur. Onun «Azərbaycan şifahi xalq yaradıcılığında ateizm motivləri» (B.1973); «Xalq müdrikliyi insan sağlamlığı haqqında» (B.1981); «Xalq müdrikliyi» (B.1986); «Uzun ömürlülüyün sirləri» (B.1993); «Zərdüştiliyin sosial kökləri» (B.1993); «Fəlsəfə fənni tədrisinin bəzi məsələləri haqqında» (B.1994); «Dinşünaslıq fənninin tədrisinin bəzi məsələləri haqqında». (B.1996) kitabları öz aktuallıqlarını və dəyərlərini bu gün də itirməyib, oxucular tərəfindən sevilir. Fəlsəfə elmləri doktoru, professor Qoşqar Cəlal oğlu Əliyev gərgin əmək və zəhmət sayəsində bir neçə monoqrafiya, dərslik, dərs vəsaiti hazırlamışdır. «Demokratiya və müasirlik»(Bakı 1996); «Çağdaş demokratik proseslərin bəzi fəlsəfi problemləri (Bakı, Təbib 1997); «Konfliktologiyaya giriş» (Bakı, 1998) monoqrafiyaları ciddi elmi tədqiqat əsərləridir. «Təbabətin etik və estetik problemləri» (Bakı1990); «Politologiya» (Bakı Təbib 1995); «Kulturologiya» (Bakı 1998); «Demokratiya anlayışı» (Bakı 1995); «Metafəlsəfə predmeti və vəzifələri» (Bakı 1999); «Təbabət etikası» (Bakı 2004); «Təbabət fəlsəfəsi»(Bakı 2000); «Mədəniyyətşünaslıq» (Bakı 1999) adlı dərs vəsaitləri, «H.Əliyev və milli ləyaqət fəlsəfəsi» (Bakı 1998); «H.Əliyev və milli mentalitet fəlsəfəsi» (Bakı 2003) əsərləri tələbələrin elmi dünyagörüşünün və mənəvi aləminin formalaşmasına, milli ləyaqət və vətənpərvərlik hisslərinin inkişafında mühüm rol oynayan əsərlərdir. Platonun «Dövlət» əsərinin Azərbaycan dilinə tərcüməsinin elmi redaktoru olub (səh.1-358). Kafedranın digər əməkdaşlarının da bir sıra çap olunmuş əsərlərinin siyahısı aşağıdakılardır: T.Əkbərov: «Təbiət, insan, gözəllik» (B.1966); M.Bayramov: «Mədəniyyətşünaslığın əsasları» (B. 2001); G.Səfərova: «Həyat tərzi və əxlaq» (B.1997); M.Şirinov: «Fəlsəfənin əsasları» (B1996) həmmüəllif. Həmçinin kafedra əməkdaşlarının çoxsaylı məqalələri çap edilmişdir.
     Kafedrada 20 nəfər əməkdaş fəaliyyət göstərir. Onlardan 1 nəfəri fəlsəfə elmləri doktoru, professor, 3 nəfəri dosent, 4 nəfəri dosent əvəzi, 4 nəfəri baş müəllim, 2 nəfəri müəllim, 1 nəfəri kabinet müdiri, 2 nəfəri baş laborant, 1 nəfəri laborant, 2 nəfəri baş preporator.
     İndiyə qədər kafedrada 4 doktorluq, 15 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |