Axtarış:
Kafedralar > Epidemiologiya kafedrası
     Ünava: AZ 122, Bakı, H.Zərdabi küç. 96, tel.: 430-32-34; 431-11-17. Kafedra Respublika ailə-sağlamlıq mərkəzinin bazasında yerləşir.
     Kafedraya Tibb elmləri doktoru, professor Ağayev İbadulla Əliağa oğlu, 1992-ci ildən rəhbərlik edir
     Epidemiologiya kafedrası 1943-cü ildə təşkil edilmişdir. İlk illərdə kafedra Malyariya və Tibbi Parazitologiya institutunun bazasında yerləşirdi. Bu dövrdə kafedrada yalnız sanitariya-gigiyena fakültəsinin tələbələrinə dərs keçilirdi. Epidemiologiya fənni hazırda müalicə-profilaktika, pediatriya, tibbi profilaktika və tibbi-biologiya və stomatologiya fakültələrinin tələbələrinə tədris edilir.
     Kafedraya aşağıdakı professorlar rəhbərlik etmişdir:
     Professor İsmayıl Əbdülxaliq oğlu Axundov - 1943-cü ildən 1952-ci ilə qədər;
     Professor, əməkdar elm xadimi Tağı Ələkbər oğlu Tağızadə - 1952-1954-cü illər və 1964-1992-ci illər;
     Professor Pyotr Petroviç Popov - 1954-1964-cü illər;
     Professor İbadulla Əliağa oğlu Ağayev - 1992-ci ildən indiyə qədər.
     Kafedranın bütün tarixi ərzində burada aparılan elmi işlərin əsasını Azərbaycanın ölkə patologiyasının və səhiyyəsinin əsas problemləri təşkil etmişdir. Hazırda əsas elmi problem leptospirozlar, qida toksikoinfeksiyaları və helmintozların epidemiologiyasının öyrənilməsidir.
     Kafedra əməkdaşlarının əsas əsərləri:
     «Epidemiologiya», dərslik. Tağızadə T.Ə., 1957, azərbaycan dilində;
     Инфекционные кишечные заболевания. Tağızadə T.Ə. 1977, azərbaycan dilində;
     Epidemiologiyadan təcrübə məşğələlərinə dair dərs vəsaiti. Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə. 1984, azərbaycan dilində;
     Epideiologiya terminlərinin izahlı lüğəti. Tağızadə T.Ə. 1990, azərbaycan dilində
     Salmonelyozlar. Quliyeva E.M. 1995, rus dilində;
     Azərbaycan Respublikasında fəlakətlər təbabəti sistemində sanitariya-gigiyenik və əksepidemik qurumlar şəbəkəsinin təşkili. Vəkilov V.N., 2005, rus dilində;
     Dezinfeksiya. Dərs vəsaiti. Ağayev İ.Ə., Quliyeva E.M., Cəfərova X.H. və başqaları, 2006, azərbaycan və rus dillərində.
     Hazırda kafedrada 21 nəfər əməkdaş çalışır. Professor-müəllim heyəti 14 nəfərdən ibarətdir. Onlardan 2 nəfər- tibb elmləri doktoru, professor, 4 nəfər- tibb elmləri namizədi, dosent, 3 nəfər- tibb elmləri namizədi, baş müəllim, 3 nəfər- tibb elmləri namizədi, assistent, 1 nəfər- tibb elmləri namizədi, baş laborant və 1 nəfər baş laborant.
     Kafedrada 9 doktorluq və 46 namizədlik dissertasiyası müdafiə edilmişdir
     Kafedranın mövcud olduğu illərdə müxtəlif jurnallarda və elmi məcmuələrdə 700-dən artıq məqalə çap edilmişdir
     1992-ci ildən indiyə qədər kafedrada 22 nəfər elmlər namizədi hazırlamışdır.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |