
Ünvan: Az 1022, Bakı, Bakıxanov küç. 22,tel: 495-43-16, 495-49-28.
Kafedra müdiri – əczaçılıq elmləri doktoru, professor, əməkdar müəllim, Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Məhbubə Nəbi qızı Vəliyeva 1997-ci ildən ƏTİT kafedrasına rəhbərlik edir.
İlk dəfə olaraq 1938-ci ildə Dərman formalarının texnologiyası kafedrası Azərbaycan Əczaçılıq İnsitutunun nəzdində yaranmışdır. Kafedranın ilk rəhbəri provizor İsmayıl Rzabəy oğlu Sultanov olmuşdur. 1941-ci ildən Azərbaycan Əczaçılıq İnstitutu Azərbaycan Tibb İnstitutunun əczaçılıq fakültəsinə çevrilmiş və Dərman formalarının texnologiyası kafedrasına rəhbərlik prof. İsak Konstantinoviç Qolberqə tapşırılmışdır.
1943-1966-cı illərdə Dərman formalarının texnologiyası kafedrasının rəhbəri prof. Rüstəm Qambay oğlu Əliyev olmuşdur. 1967-1990-cı illərdə prof. Əhməd İsmayıl oğlu İsmayılov kafedranın müdiri işləmişdir. 1990-2000-ci illər ərzində Əczaçılıq texnologiyası kafedrasına dosent Fərman Əlibala oğlu Təhmazov rəhbərlik etmişdir. 1969-cu ildən Əczaçılıq texnologiyası kafedrasının nəzdində dosent Ağasəf İskəndər oğlu Rüstəmov tərəfindən Əczaçılığın təşkili və iqtisadiyyatı kursu təşkil edilmişdir. 1970-ci ildə Əczaçılığın təşkili və iqtisadiyyatı kafedrası Bakı şəhərinin 27N-li aptek bazasında yaranmışdır. 1970-1992-ci illərdə kafedraya dosent A.İ.Rüstəmov başçılıq etmişdir. 1992-1997-ci illər ərzində kafedranın rəhbəri əczaçılıq elmləri namizədi R.M.Mahmudov olmuşdur. 1997-ci ildə Əczaçılığın təşkili və iqtisadiyyatı kafedrasına müdür M.N.Vəliyeva təyin olunmuşdur və 2000-ci ilə qədər həmin kafedraya rəhbərlik etmişdir. 2000-ci ildə Əczaçılıq texnologiyası və Əczaçılığın təşkili və iqtisadiyyatı kafedrası birləşdirilmişdir və hal-hazıra qədər yeni yaranmış Əczaçılıq texnologiyası, iqtisadiyyatı və təşkili kafedrasına prof. M.N.Vəliyeva rəhbərlik edir.
Kafedranın elmi problemi: «Yeni dərman vasitələrinin yaranması, öyrənilməsi və marketinq tədqiqatları». 2001-2005-ci illər ərzində Azərbaycan florasının bir neçə dərman bitkisi (hamar biyan, yapon soforası, qırmızı yonca, gülxətmi, dəfnə yarpağı, zəfəran, dazı otu, itburnu, əkilən nanə, exinaseya, gülümbahar, çaytikanı, bağayarpağı, zirinc, qaragilə, andız, yemişan, dəvədabanı, kəklikotu, heyva, səhləb) tədqiq olunmuş, onların əsasında yeni dərman formaları yaradılmış və istehsalata təklif edilmişdir. Bununla yanaşı müasir əczaçılıq bazarının və müxtəlif dərman qruplarının marketinq tədqiqatları aparılmışdır.
Azərbaycanın zəngin florasından istifadə olunan dərman bitkiləri, həmçinin dərman maddələri əsasında yeni dərman preparatları və yarıməczaçılıq məhsulları yaradılmışdır. Onlara ilk dəfə normativ-texniki sənədlər işlənib və təsdiq edilmiş, nəticələri əczaçılıq sənayesinə təklif olunmuşdur. Elmi araşdırmaların marketinq tədqiqatları hissəsində ilk dəfə olaraq əczaçılıq dərman bazarlarının vəziyyəti təhlil olunub və müxtəlif qrup dərman vasitələrinin tələbatı elmi əsaslı öyrənilib.
2006-2010-cu illər üçün kafedranın yeni elmi probemi: «Əczaçılıq məhsullarının tətdiqi, elmi-əsaslı öyrənilməsi və marketinq tədqiqatlar».
Professor M.N.Vəliyevanın rəhbərliyi altında üç əsas istiqamtədə elmi-tədqiqat işləri aparılır:
• «Hamar Biyanın qatı ekstraktı əsasında şirə, şərbət, tabletlərin və kosmetoloji vasitələrinin hazırlanması və standartlaşdırılması» mövzusu çərçivəsində: ə.e.n. B.A.Əkpərbəyova, S.C.Mehralıyeva, S.A.Müslümzadə (müalicəvi tabletlərin), ə.e.n. A.X.Rəhimova, M.Q.Aslanov, A.A.Bəndəliyeva (şirə və şərbətlərin), ilə ə.e.n.F.Ə.Təhməzov, Ə.E.Qəhrəmanlı (kosmetoloji vasitələrinin hazırlanması və standartlaşdırılması problemləri) məşğul olurlar.
• «Bitki və mineral mənşəli maddələrdən istifadə etməklə yeni dərman formalarının rasional üsulla alınma texnologiyasının axtarışı, təkmilləşdirilməsi və standartlaşdırılması» mövzusu çərçivəsində ə.e.n. C.C. Sailova Azərbaycanda bitən Yapon Soforasının meyvələrindən, qönçələrindən və s. yeni dərman formalarıının yaradılması və tibbi praktikaya tətbiqi, ə.e.n. S.Ə.Tağıyev mikrokapsullar, fitomikrosferlər, yarasağaldıcı dərman preparatları, unitar və ekoloji dərman sistemlərinin hidrogel terapevtik sistemləri və bioloji fəal əlavələrə aid dərman formalarının hazırlanma texnologiyası və onların standartlaşdırılması, K.Y.Əliyeva barium–sulfat əsasında yeni kontrast dərman formalarının alınma texnologiyası, standartlaşdırılması və tibbdə tətbiqi və s. məsələləri üzərində işləyirlər.
• «Azərbaycanda əhaliyə dərman xidmətinin yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə yönələn marketinq tədqiqatları» mövzusu çərçivəsində: ə.e.n.N.M.Naibov (Azərbaycanda əczaçılıq sahəsində terminologiyanın öyrənilməsi), N.S.Zülfüqarova (əhaliyə fitoterapevtik və fitoprofilaktik dərman xidmətinin təşkilinin öyrənilməsi), K.İ.Cəlilova (aptek təşkilatının əczaçılıq bazarının digər subyektləri ilə əlagələrinin öyrənilməsi və təkmilləşdirilməsi), E.A.Quliyeva, N.A.Əzizzadə, L.N.Mansurova, aspirant F.İ.Mədətli (dərman preparatlarının müxtəlif qruplar üzrə farmakoiqtisadi təhlilinin aparılması və formulyar sistemində tətbiqi), Ş.A.Cabbarova, T.Ə.Əmirəliyeva, aspirant A.Əliyeva (Azərbaycanda əczaçılıq sahəsində audit xidmətinin öyrənilməsi və təkmilləşdirilməsi ilə bağlı) mövzuları araşdırırlar.
İşin əhəmiyyəti ölkəmizin milli sərvəti hesab edilən dərman bitkilərindən muasir texnoloji üsullardan istifadə edib yeni əczaçılıq məhsullarını yaratmaq və onlara sənaye əhəmiyyətli normativ-texniki sənədlər işləmək, əhaliyə geniş şəkildə çatdırmaq, ayrıca ölkəmizin dərman siyasətinə yönələn əczaçılıq vasitələrinin marketinqini təhlil etməkdir.
Kafedranın əsas əsərləri:
1. Dərman preparatları. Əliyev R.Q. (azərbaycan dilində) Dərslik, 1949
2. Çətinlik törədən reseptlər, səmərəsiz və uyuşmaz dərman qatışıqları. Əliyev R.Q., M.A.Etinker (rus dilində) Monoqrafiya, 1950
3. Dərman növləri. Əliyev R.Q. (azərbaycan dilində) Dərslik, 1951
4. Dərman bitktləri. Əliyev R.Q., Dəmirovİ.A. (azərbaycan dilində) Dərslik, 1954
5. Yeni dərman bitktləri. Əliyev R.Q. (azərbaycan dilində) Dərslik, 1957
6. Azərbaycan florasından bəzi bitkilərindən alınan qankəsici preparatlar. Əliyev R.Q. (rus dilində) Monoqrafiya, 1960
7. Azərbaycanda əczaçılıq işinin inkişafı A.İ.Rüstəmov (azərbaycan dilində) 1961
8. Dərmanların texnologiyası. 2 hissədə Ə.İ.İsmayılov, F.Ə.Təhmazov (azərbaycan dilində) 1985.
9. Əczaçılıq işinin təşkili A.İ.Rüstəmov (azərbaycan dilində) 1992.
10. Солодка и ее применение в медицине. Велиева М.Н. (rus dilində) Монография – Баку, "Тебиб", 1995, 168 с.
11. Tibbi deontologiya A.İ.Rüstəmov, S.A.Mehdiyev (azərbaycan dilində) 1996.
12. Əczaçılıq menecmenti I hissə. Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. (azərbaycan dilində) tədris vəsaiti, Bakı, 2002, 94s.
13. Фармацевтический менеджмент Ы часть. Велиева М.Н., Джаббарова Ш.А., Кулиева Э.А. (rus dilində) Учебное пособие, Баку, 2002, 96 с.
14. Əczaçılıq menecmenti (apteklərdə uçot, hesabat) II hissə Vəliyeva M.N., Cabbarova Ş.Ə. Əlizadə A.A. (azərbaycan dilində) Dərs vəsaiti, Bakı, 2004, 265 s.
15. Лекарственные растительные средства, применяемые в спортивной медицине. Велиева М.Н., Алиев Н.А., Велиев П.М. (rus dilində) монография Баку, 2004, 460 с.
16. Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. TəhməzovF.Ə., ƏliyevaK.Y. (azərbaycan dilində) Dərs vəsaiti, Bakı, 2005, 415 s.
17. Технология приготовления гомеопатических лекарственных средств. Велиева М.Н., Акбербекова Б.А., Амиралиева Т.А. (rus dilində) Учебно-методическое пособие, Баку, 2003, 30 с.
18. Homeopatik dərman vasitələrinin hazırlanma texnologiyası. Vəliyeva M.N., Əkbərbəyova B.A., Əmirəliyeva T.A. (azərbaycan dilində) Tədris-metodik vəsait, Bakı, 2003, 30 s.
19. Müasir əczaçılıqda biznes-planın rolu və tərtibi. M.N.Vəliyeva, Zülfüqarova N.S. İsmayılova L.N. (azərbaycan dilində) Tədris-metodiki vəsait, Bakı, 2003, 27 s.
20. Əczaçılıq mallarının mübadiləsi üzrə müqavilələrin bağlanması və tərtib edilmə qaydaları. M.N.Vəliyeva, Mehralıyeva S.C. (azərbaycan dilində) Tədris-metodiki vəsait, Bakı, 2003, 42 s.
21. Aptek müəssisələrində əmtəə siyasəti. VəliyevaM.N., Quliyeva E.A., Zülfüqarova N.S., Cəlilova K.İ. (azərbaycan dilində) Tədris-metodiki vəsait, Bakı, 2003, 27 s.
22. Aptek çeşidi malları anlayışı və onların təsnifatı. Vəliyeva M.N., Cabbarova Ş.A., Əzizzadə N.Ə. (azərbaycan dilində) Tədris-metodiki vəsait, Bakı, 2004, 18 s.
23. Aptek təşkilatlarında aptek çeşidi mallarının saxlanılmasının təşkili. Vəliyeva M.N., Cabbarova Ş.A., Əzizzadə N.Ə. (azərbaycan dilində) Tədris-metodiki vəsait, Bakı, 2004, 36 s.
24. Tərkibində maksimal təmizlənmiş məcmu və fərdi bioloji fəal maddələr saxlayan preparatlar. M.N.Vəliyeva, S.C.Mehralıyeva (azərbaycan dilində) Tədris-metodiki vəsait, Bakı 2005, Ramiz-K poliqrafiya mətbəsi. 75 s.
25. Aptek təşkilatlarında əmtəəşünaslıq əməliyyatları və onların aparılması üsulları M.N.Vəliyeva, Ş.A.Cabbarova (azərbaycan dilində) Tədris-metodik vəsait Bakı, 2005, s. 47
26. Əczaçılıqda reklam-məlumat təşkili və əczaçılıq mallarının markalanma prinsipləri. M.N.Vəliyeva, Zülfüqarova N.S. İsmayılova L.N. (azərbaycan dilində) Tədris vəsaiti, Bakı, 2004, 32 s.
27. Özünümüalicə və həkim resepti olmadan buraxılan dərman preparatları. Vəliyeva M.N., Bəndəliyeva A.A. (azərbaycan dilində) Tədris vəsaiti, Bakı, 2004, 24 s.
28. Müalicə –profilaktika müəssələrində dərman vasitələrinin yazılması və onların aptekdən buraxılması qaydaları. Vəliyeva M.N., Bəndəliyeva A.A. (azərbaycan dilində) Tədris vəsaiti, Bakı, 2004, 32 s.
29. Понятие аптечный товар и их классификация. Велиева М.Н., Джаббарова Ш.А., Азиззаде Н.А. (рус дилиндя) Учебно – методическое пособие, Баку, 2004, 18 с.
30. Организация хранения товаров аптечного ассортимента в аптечных учреждениях. Велиева М.Н., Джаббарова Ш.А., Азиззаде Н.А. (рус дилиндя) Учебно – методическое пособие, Баку, 2004, 36 с.
31. Azərbaycan Respublikasının Milli Anti-dopinq proqramının layihəsi. Vəliyeva M.N., Əliyev N.A., Vəliyev P.M. (azərbaycan dilində) Metodiki təklif, Bakı, 2004, 12 s.
ƏTİT kafedrasında hal-hazırda 30 nəfər çalışır. Onlardan:
1. Vəliyeva M.N. – professor, əczaçılıq elmləri doktoru
2. Təhməzov F.Ə. – dosent, əczaçılıq elmləri namizədi
3. Əkbərbəyova B. – dosent, əczaçılıq elmləri namizədi
4. Rəhimova A.X. – dosent, əczaçılıq elmləri namizədi
5. Naibov N.M. – dosent, əczaçılıq elmləri namizədi
6. Sailova C.C. – dosent, əczaçılıq elmləri namizədi
7. Tağıyev S.Ə. – baş müəllim, əczaçılıq elmləri namizədi
8. Bəndəliyeva A.A – baş müəllim
9. Cabbarova Ş.A. – baş müəllim
10. Əzizzadə N.Ə. – baş müəllim
11. Quliyeva E.A. – baş müəllim
12. Zülfüqarova N. – baş müəllim
13. Mehralıyeva S.C – baş müəllim
14. Əmirəliyeva T.Ə. – assistent
15. Əliyeva K.Y. – assistent
16. Cəlilova K.İ. – assistent
17. Aslanov M.Q. – assistent
18. Müslümzadə S.A.– baş laborant
19. Qəhrəmanlı Ə.E. – baş laborant
20. Mansurova L.N. – baş laborant
ƏTİT kafedrasının yarandığı tarixdən hal-hazıra kimi 3 doktorluq və 26 namizədlik dissertasiyaları müdafiə edilmişdir.
ƏTİT kafedrasının fəaliyyəti dövründə 300 sayda elmi məqalələr çap olunmuşdur.
ƏTİT kafedrasında ilk dəfə olaraq professor M.N.Vəliyevanın rəhbərliyi altında uzun illər ərzində əldə edilmiş elmi araşdırmaları nəticəsində 36 bitki mənşəli müalicə-profilaktika dərman vasitələrinin hazırlanmasının texnoloji əsasları öyrənilib və istehsalata təklif edilmişdir. Hazırlanmış dərman formalarının Sanitar Gigiyenik Normativləri dəqiqləşdirilmiş, Normativ Sənədlər Azərbaycan Respublikası Səhiyyə Nəzirliyinin Baş Dövlət Sanitariya həkimi tərəfindən təsdiq edilmiş və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən qeydiyyata alınmışdır.
|