Axtarış:
Kafedralar > Dermatovenerologiya kafedrası
     Ünvan: AZ1014 , Bakı, Bül-Bül küç., 61, Tel. 4957920, Respublika dəri-zöhrəvi dispanseri
     Kafedranın müdiri: tibb elmləri doktoru, əməkdar elm xadimi, professor Mina Müzəffər qızı Davatdarova (1991-ci ildən).
     1920-1921-ci ildə Azərbaycan Dövlət Universitetinin nəzdində tibb fakultəsinin Dəri və zöhrəvi xəstəlikləri kafedrası təşkil olunub.1933-cü ildən həmin kafedra N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun nəzdində fəaliyyət göstərir. 1987-ci ildən kafedra dermatovenerologiya adlanır.
     1922-1930-cu illərdə kafedranın ilk rəhbəri Moskva Dövlət Universitetinin professoru M.A.Çlenov olmuşdur. 1933-1938-ci illərdə bölgülü tədris aparılması ilə əlaqədar dermatovenerologiya kafedrasının azərbaycan dilində tədrisinə ə.e.x., professor İ.M.İsmayılzadə, 1938-1964-cu illərdə professor A.C.Cəfərov, rus dilində tədrisinə 1933-1939-cu illərdə M.K.Sultanov, 1939-1964-cü illərdə ə.e.x., professor B.A.Eyvazov rəhbərlik etmişdir.1964-cü ildən tədrisə görə bölünmüş kafedra birləşmiş və kafedraya 1961-1991ci illər ərzində professor R.H.Hacıyev rəhbərlik etmişdir. 1991-ci ildən tibb elmləri doktoru, əməkdar elm xadimi, professor M.M.Davatdarova kafedraya müdir təyin olunmuşdur.
     Kafedranın elmi problemləri:
     Kafedrada xroniki, allergik dermatozların və cinsi yolla keçən infeksiyaların epidemiologiya və patogenezi, onların diaqnostika, müalicə və profilaktika üsulları – elmi işlər yerinə yetirilir.
     Kafedra əməkdaşlarının əsas əsərləri :
     1.М.М.Даватдарова «Показания к применению плазмафереза в комплексе лечебных мероприятий в дерматологической практике », Баку, 1991, Методические рекомендации.
     2.M.M.Davatdarova, R.H.İsmayılov «Ekzemanın klinika, differensial diaqnozu, müalicə, profilaktikası» Bakı, 1993, Metodik göstərici
     3.M.M.Davatdarova, R.H Hacıyev, İ.Ə.Əhmədov, M.Y.Məmmədov, R.H.İsmayılov «Ayaqların mikozunun klinika, differensial diaqnozu, müalicə və profilaktikası» Bakı,1993, Metodik göstərici
     4.M.M.Davatdarova, R.H.Hacıyevin redaktəsi altında «Venerologiya üzrə kontrol testlər», dərs vəsaiti, Bakı,1993, azərbaycan və rus dillərində
     5. M.M.Davatdarova, R.H.Hacıyevin redaktəsi altında «Dermatologiya üzrə kontrol testlər», dərs vəsaiti, Bakı,1994, azərbaycan və rus dillərində
     6.İ.Ə.Əhmədov, Ə.P.Əhmədov «Seksual həyat və pozğunluqlar», Bakı, 1994
     7.Prof.Dr.Rasim Hacıoğlu Uzm.Reşad İsmailoğlu – Deribilim Terimləri esanlamilar sözlücü. Çok Dilli Önçalışma Vaşyayman. Prof. Dr. Alitahsin Güneş Karak : Gövsel Grafik, İzmir : Doğrayel Matbaasi , 1994,
     8. Mahmudov F.R. Применение центральной электроаналгезии в лечении больных атопическим дерматитом. Издательство «Элм», 1995.
     9. Əmirova İ.A., Əli Məhəmməd Əli Əzim. Применение иммунореабилитации в комплексном лечении больных распространенным псориазом. Методические рекомендации. Баку.1995.
     10. Fərəcov Z.H. Лимфопролиферативные заболевания кожи и Саркома Капоши. Патогенез и терапия. Издательство Азербайджан.Баку.1996.
     11. Fərəcov Z.H Злокачественные лимфомы кожи (клиника. Патоморфология, дифференциальная диагностика и методы лечения). Учебно-методическое пособие. Издательство Азербайджан. Баку.1996.
     12.Fərəcov Z.H.Göbələkvari mikozun,mycosis fungoides) təsnifatı, klinikası, diferensial diaqnozu və müalicəsi (tədris metodik vəsait). Azərbaycan nəşriyyatı. Bakı.1996.
     13.Pənahi M.S. Alopesiya (saçların tökülməsi) Təbib nəşriyyatı. Bakı.1996
     14. Амирова И.А. Профилактика гиперпролиферативных заболеваний кожи у нефтяников. Методические рекомендации. Баку.1997.
     15. Fərəcov Z.H. Xeylitlər və ağızın selikli qişasının dodaqların qırmızı haşiyəsinin xərçəngqabağı xəstəlikləri. Tibbi ATM-də Müəllim və tələbələr üçün dərs vasaiti. Bakı.1999.
     16.Əliyeva S.A. Pemfiqus, pemfiqoid, herpesşəkilli dermatoz. Tibbi ATM-də Müəllim və tələbələr üçün dərs vasaiti.Bakı.1999.
     17. Davatdarova M.M.,Hacıyev R.H. Dəri xəstəlikləri üzrə proqramm (azərbaycan və rus dillərində) Bakı. 2000.
     18.Davatdarova M.M., İsmayılov R.H. Sifilisin müalicə və profilaktikası (azərbaycan və rus dillərində metodik göstərişlər) Bakı.2002.
     19. Fərəcov Z.H., Həsənli S.A. Диагностика, лечение и профилактика мочеполового трихомониаза. Методические рекомендации. Баку, 2003.
     20. Davatdarova M,M., İsmayılov R.H. Qonoreyanın diaqnostika, müalicə – profilaktikası (Metodik göstəriş) Bakı. 2005.
     Əməkdaşlar:
     Kafedrada 20 professor-müəllim heyəti, onlardan t.e.d., professor –2, t.e.n., dosent –5, t.e.n., assistent –7 (ikisi t.e.n.), baş laborant –6.
     Yarandığı dövrdən əməkdaşlar tərəfindən 38 dissertasiya işi, bunlardan 11 t.e.d. və 27 t.e.n. – yerinə yetirilib. Professor M.M.Davatdarovanın rəhbərliyi dövründə 5 namizədlik və 1 doktorluq işi yerinə yetirilib.
     Kafedranın yarandığı illər ərzində 1000-ə qədər (1981-ci ildən) məqalə çap olunmuş və onlardan 300 xaricdə çap olunmuşdur.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |